/ / Tahir Rzayev: Ermənilər yenə də özlərinin vəhşi xislətindən əl çəkməyərək Kəlbəcərdə evləri yandırır, təbiətə ciddi ziyan vururlar
Tahir Rzayev: Ermənilər yenə də özlərinin vəhşi xislətindən əl çəkməyərək Kəlbəcərdə evləri yandırır, təbiətə ciddi ziyan vururlar
20.11.2020 [09:46]
“Ermənilərə Kəlbəcərdən çıxması üçün daha 10 gün vaxt verilməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bəşəri dəyərlərə, insanlığa qiymət verməsinin, humanizminin bariz nümunəsidir. Halbuki, erməni təcavüzkarları Kəlbəcəri işğal edərkən azərbaycanlı əhaliyə 10 saat vaxt vermiş, hətta buna da əməl etməmiş dinc sakinləri qətlə yetirmişdilər. Bax budur Azərbaycan xalqının böyüklüyü, insana qiyməti. Ancaq bunun müqabilində ermənilər yenə də özlərinin vəhşi xislətindən, təcavüzkar əməllərindən əl çəkmirlər. Onlar evləri yandırır, ağacları qırır, ev heyvanlarını öldürür, meşələrə od vurur, nə varsa məhv edirlər. Bu nəinki erməni əsgərlərinin, eləcə də mülki ermənilərin də vandallığını xalqımıza, torpağımıza nifrətini bir daha nümayiş etdirir”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
T.Rzayev təəssüflə bildirib ki, bir çox beynəlxalq təşkilatlar ermənilərin bu vəhşiliyini yenə də görməməzliyə vurur, təbiətə, mülkiyyətə edilən qəsd barədə dinib-danışmırlar. Əksinə, demokratiyanı əldə bayraq edən bir çox ölkələrin mətbuat, informasiya orqanları bu vəhşi hadisələrin fonunda ermənilərin yazıq görkəmlərini canlandırmağa, onların öz “doğma” torpaqlarından çıxarılması fikrini formalaşdırmağa çalışırlar. Onlar Azərbaycan Ordusu tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirildiyini bildikləri halda yenə də beynəlxalq normaları bir kənara atır, ermənipərəst mövqeləri ilə təcavüzkarları dəstəkləyir, əslində münaqişəni qızışdırmağa çalışırlar.
“Ancaq bu təşəbbüslərin heç bir faydası yoxdur. Çünki sülhsevər bəşəriyyət artıq Azərbaycanın haqq mübarizəsini dəstəkləyir və atəşkəsə əməl edilməsi, müharibənin dayandırılması, erməni silahlı birləşmələrin işğal edilmiş torpaqlardan çıxması barədə bir çox dövlətlərin, xüsusilə Rusiyanın və Türkiyənin təşəbbüslərini, əməli tədbirlərini yüksək qiymətləndirir. Əlbəttə, qələbə bizimlədir, çünki haqq, ədalət bizim tərəfimizdədir. Biz öz haqqımızı qoruyur, tarixi ədaləti bərpa edir, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparırıq. Qarabağ əzəli torpağımızdır. Qarabağ Azərbaycandır!”, - deyə komitə sədri vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52

