Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq layihə olimpiadasının iştirakçıları Heydər Əliyev Fondunda olublar

Beynəlxalq layihə olimpiadasının iştirakçıları Heydər Əliyev Fondunda olublar

08.04.2010 [15:01]

“İNEPO-EUROASİA” ətraf mühitin mühafizəsi 4-cü Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları dünən Heydər Əliyev Fondunda olublar. Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, əsas məqsədi Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir. Olimpiadanın iştirakçıları ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara maraqla baxıblar. Məlumat verilib ki, ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövr tariximizə sabitlik və inkişaf mərhələləri kimi daxil olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilib. Heydər Əliyev Fondu ilə tanışlıq 4-cü Beynəlxalq layihə olimpiadasının iştirakçılarında zəngin təəssüratlar yaradıb.

Paylaş:
Baxılıb: 1024 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30