Azərbaycan Milli Məclisi Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib
27.11.2020 [09:20]
Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 26-da keçirilən iclasında Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.
AZƏRTAC həmin bəyanatı təqdim edir.
Azərbaycan Respublikası
Milli Məclisinin
BƏYANATI
Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bəyan edir:
* Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 1988-1994-cü illərdə işğal edilmiş ərazilərində qeyri-qanuni yaradılan və heç bir dövlət tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulmuşdur;
* Fransa Senatı tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir;
* Fransa Senatının bu addımı Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır;
* Sözügedən qətnamənin müddəalarının həyata keçirilməsi Avropa İttifaqına və onun “Şərq Tərəfdaşlığı” proqramına sarsıdıcı zərbə vurmaq potensialı daşıyır;
* Cənubi Qafqazın və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri sülh danışıqlarında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması olmuşdur;
* Cənubi Qafqaz regionunda qeyri-sabitliyin davam etməsində maraqlı olan xarici qüvvələrin dəstəyindən cəsarətlənən, sülh danışıqlarını birdəfəlik pozmaq və Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyən Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribata əl atmış, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edən Azərbaycanın həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı təcavüzkar Ermənistanı sülhə məcbur etmişdir;
* Fransa Senatının qətnaməsində Azərbaycan tərəfindən əks-hücum əməliyyatında Türkiyə Silahlı Qüvvələrinin iştirak etdiyinə və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Ermənistana qarşı istifadə olunduğuna, Dağlıq Qarabağda mülki əhaliyə qarşı müharibə cinayətləri törədildiyinə dair əsassız və saxta iddialar irəli sürülmüş, lakin bu iddialarla bağlı heç bir dəlil göstərilməmişdir;
* Bununla belə, Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdlu dəstələrin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə, Azərbaycanın hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrində dinc əhaliyə və mülki obyektlərə qarşı ağır müharibə cinayətləri törədildiyinə dair təkzibedilməz faktlar mövcuddur;
* Ermənistan silahlı qüvvələri 1992-1994-cü illərdə Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində də dinc azərbaycanlılara qarşı bir sıra qətliamlar, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətmişlər;
* Özünü insan hüquqlarına və demokratik dəyərlərə hörmətin “nümunəsi” sayan Fransa Respublikası dinc azərbaycanlılara qarşı bu cinayətlər qarşısında səssiz qalmağa üstünlük vermişdir;
* Müstəmləkə hakimiyyəti dövründə Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara bir ləkədir;
* 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açmışdır;
* Bu üçtərəfli bəyanat beynəlxalq hüquq normalarının və prinsiplərinin üstünlüyünü bərqərar etmiş, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Fransa Respublikasının özünün də dəstəklədiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamənin, eləcə də Avropa İttifaqının və Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərin icrasını təmin etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayır, bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladır və yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakılarla bağlı çağırış edir:
1. Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin;
2. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın;
3. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək lazımi tədbirlər görülsün.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25

