Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasi-hüquqi müstəvidə
13.04.2010 [09:19]
Bu bir həqiqətdir ki, ermənilər “Böyük Ermənistan” yaratmaq xülyası naminə XX əsrdə Azərbaycan xalqını dini-etnik mənsubiyyətinə görə, bir neçə dəfə soyqırımına, deportasiyalara məruz qoyub. Bu özünü 1905-1907, 1918-1920, 1947-1953, 1988-1992-ci illərdə kütləvi qətliamların törədilməsi fonunda qabarıq şəkildə göstərib. Lakin keçmiş SSRİ-nin tərkibində olduğumuz müddətdə rəsmi Moskvanın apardığı siyasət nəticəsində bu faciənin xalqımızın yaddaşından silinməsinə cəhd göstərilib. Bu, unutdurmaq siyasəti Azərbaycanın ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşmasına qədər davam edib. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı faktına siyasi qiymətin verilməsindən sonra isə bu qanlı faciələrlə bağlı təbliğat işləri aparılmağa, diskussiayalar təşkil olunmağa, soyqırımı faktları araşdırılmağa və kitabların nəşrinə başlanılıb. Artıq ölkəmizdəki KİV-lər mütəmadi olaraq ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı ilə bağlı dəyirmi masalar təşkil edir, respublikanın ictimai-siyasi xadimlərilə fikir mübadilələri aparılır. Həmin məsələni daim diqqətdə saxlayan “Yeni Azərbaycan” qəzeti isə, bu dəfə məsələyə yeni prizmadan yanaşmağa qərar verib. Daha doğrusu, redaksiyamız soyqırımı problemini siyasi-hüquqi müstəviyə daşıyaraq ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri beynəlxalq hüquqa və konvensiyalara əsasən, beynəlxalq ictimaiyyətə tanıdılması, soyqırımını törədənlərin cəzalandırılması, beynəlxalq məhkəmənin qurulması üçün atılmalı olan lazımi addımların müəyyən edilməsi, həmçinin, bugünkü siyasi reallıqlar barədə dəyirmi masanın təşkil edilməsinə qərar verib.
“Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasi-hüquqi müstəvidə” adlı ilk dəyirmi masanın qonaqları Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov və Ombudsman aparatının sektor müdiri, hüquqşünas Zaur Əliyevdi.
- Məsələyə yeni formada, yəni, hüquqi müstəvidə yanaşmaya dair qonaqlarımızın mövqeyini öyrənmək maraqlıdır. Lakin yaxşı olardı ki, öncə Rauf müəllim ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri soyqırımının dünyada tanıdılması istiqamətində aparılan işlər barədə ümumi məlumat versin...
- Rauf Zeyni: Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında xalqımız keçmiş SSRİ dönəmində az məlumatlı idi. Yalnız müstəqillik əldə olunduqdan sonra informasiya xarakterli olsa da, cəmiyyətimiz 1918-ci ilin mart soyqırımı ilə bağlı müəyyən qədər məlumatlandırılmağa başlanmışdı. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalandıqdan və ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərə siyasi qiymət verildikdən sonra dövlət tərəfindən konkret addımlar atılmağa başlandı. Bu istiqamətdə qeyri-hökumət təşkilatları da dövlət qurumlarının gördükləri işlərlə paralel olaraq üzərinə düşən vəzifələri yerinə yetiriblər. Məsələn, QHT-lər tərəfindən soyqırımı siyasi, hüquqi, tarixi və digər aspektlərdən araşdırılıb, həmçinin, nəşrlər, müxtəlif təbliğat vasitələri hazırlanıb. Yəni, istər Milli QHT Forumu, istərsə də diaspor fəaliyyəti ilə məşğul olan qeyri-hökumət təşkilatları birlikdə fəaliyyət göstərərək, XX əsrin əvvəllərində ermənilərin Qafqaz arealında azərbaycanlılara qarşı soyqırımı törətməsi barədə dünya ictimaiyyətini məlumatlandırıblar. Bu proses indi də davam etdirilir. Göründüyü kimi, dövlətin bu istiqamətdəki fəaliyyətindən kənar, QHT xəttilə də böyük işlər görülür. Onu da deyim ki, 2004-cü ildə Milli QHT Forumu “Soyqırımı Tanıtma Mərkəzi” yaratdı və görüləsi işlərlə bağlı prinsiplərini elan etdi. Bundan sonra isə, imkanlar çərçivəsində işlər görüldü. Amma, bu gün imkanlar daha da artıb. Yəni, həm ölkənin maddi imkanlarının artması, həm beynəlxalq əlaqələrinin genişlənməsi, həm də Azərbaycanın nüfuzunun artması bizim bu istiqamətdəki işimizin daha səmərəli şəkildə həyata keçirilməsi üçün münbit şərait yaradıb. Bir sözlə, artıq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə xarici ölkələrə dolğun məlumatların verilməsilə bağlı işlər sistemli şəkildə aparılır. Mən onu da qeyd etmək istəyirəm ki, Milli QHT Forumu olaraq biz “Yeni Azərbaycan” qəzetinin bu mövzuya müraciət etməsi, yəni, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktına siyasi-hüquqi qiymətin verilməsi, bu məsələnin hüquqi müstəvidə araşdırılması təşəbbüsünü alqışlayırıq. çünki bu məsələnin gündəmə gətirilməsi ermənilərin iç üzünün dünyaya tanıdılması istiqamətində dövlətmizin apardığı məqsədyönlü siyasətə dəstək kimi dəyərləndirilməlidir.
- Aydın müəllim, 1918-ci ilin mart soyqırımının hüquqi müstəvidə qiymətləndirilməsi istiqamətində nə etməliyik?
- Aydın Kərimov: ümumiyyətlə, soyqırımı, genosid termini bu gün aktual müzakirə məsələsi olaraq qalmaqdadır. Proseslərin gedişatı dərinləşdikcə, yeni mövzular ortaya çıxdıqca əlbəttə ki, yeni anlayışlar da gündəmə gəlir. Ona görə də, mövzuya girməzdən əvvəl istərdim ki, məhz, soyqırımı termininin mahiyyətinə diqqət çəkim. Soyqırımı mürəkkəb siyasi-hüquqi faktdır. Soyqırımı faktına birmənalı yanaşma, səhv istiqamətlərə gətirib çıxara bilər. Yəni, soyqırımına yalnız cinayət və ya hüquq kimi baxsaq, böyük ədalətsizlik olar. Bu səbəbdən də, soyqırımına hüquq və siyasətin sintezi aspektindən baxmaq lazımdır. ümumiyyətlə, genosid termini ilk dəfə 1944-cü ildə polyak alimi Rafael van Plinkinin “İşğal olunmuş Avropada ox qaydaları” əsərində işlədilib. Burada göstərilir ki, bir qrupun və ya etnosun məhv edilməsi genosiddir. Bildiyiniz kimi, “geno” yunan sözüdür, mənası irq, tayfa, “sid” isə latın sözüdür, mənası öldürmək deməkdir. Bəzən belə bir səhv təsəvvür yaranır ki, genosid bir millətin tamamilə məhv edilməsi deməkdir. Əslində isə, burada bir millətin tamamilə məhv edilməsindən söhbət getmir. Məsələn, tutaq ki, 1918-ci il soyqırımında ermənilər Azərbaycan xalqının kökünü kəsmədilər. Onlar sadəcə olaraq burada həm də millətin mövcudluğu üçün müstəsna əhəmiyyət daşıyan qurumların, sistemlərin məhv edilməsini həyata keçirdilər ki, bu da genosid faktıdır. Yəni, hər hansı etnik mənsubiyyətinə görə, insanların öldürülməsi konkret olaraq o zaman soyqırımı anlayışına uyğun gəlir ki, bu, ardıcıl şəkildə həyata keçirilən, əlaqələndirilmiş fəaliyyət sistemi olsun. Genosid bir millətin digərinə qarşı zaman-zaman, niyyətli şəkildə qətliamlar həyata keçirməsi deməkdir. Bir millətin və ya etnosun şərəf və ləyaqətinin alçaldılması, məhv edilməsi, mədəniyyətini inkişaf etdirmək üçün imkanların yaradılmaması məhz, genosidin elementləridir. Beləliklə, 1918-ci ildə ermənilər tərəfindən həyata keçirilən soyqırımı ona görə aktualdır ki, orada baş verənlər hamımızın və hər birimizin faciəsidir, hamımıza və hər birimizə qarşı yönəldilmiş qəddar bir cinayətdir. Yəni, XX əsrdə dəfələrlə azərbaycanlılara qarşı qətliamlar həyata keçirən ermənilərin dedikləri kimi, onlar azərbaycanlıları məhz, azərbaycanlı olduqlarına görə, “Böyük Ermənistan” yaratmaq məqsədilə soyqırımına məruz qoyublar. Ona görə də, ermənilərin azərbaycanlılara qarşı törətdikləri genosiddir. Bunu nəzərə alaraq mən də “Yeni Azərbaycan” qəzetinə məsələyə yeni baxış bucağından yanaşılması və bu məsələnin hüquqi müstəvidə həll edilməsi üçün atılan addıma görə minnətdarlıq edirəm. Eyni zamanda hesab edirəm ki, bu tədbir davamlı olmalı, yəni, növbəti mərhələdə “Yeni Azərbaycan” qəzetinin təşəbbüsü ilə keçiriləcək ikinci tədbirdə müxtəlif sahələri təmsil edən mütəxəssislər də iştirak etməlidirlər.
- Zaur müəllim bu sahədə araşdırma aparan bir mütəxəssis kimi siz nə deyə bilərsiniz?
- Zaur Əliyev: ümumiyyətlə, soyqırımı məsələsinə kompleks fəaliyyət kimi baxmaq lazımdır. Tarixə nəzər saldıqda görürük ki, ermənilər bir əsr boyu mərhələli şəkildə azərbaycanlılara qarşı soyqırımı aktını həyata keçiriblər. Bir şeyi qeyd edim ki, soyqırımını digər cinayətlərdən fərqləndirən cəhət odur ki, burada niyyət əsas faktor kimi çıxış edir. Ermənilərin də azərbaycanlılara qarşı mərhələli şəkildə həyata keçirdiyi soyqırımı aktının arxasında spesifik niyyət dururdu. Qeyd edildiyi kimi, genosid bir etnik qrupun digəri tərəfindən milli-irqi mənsubiyyətinə görə qəbul edilməməsidir. Genosidi homosiddən fərqləndirən cəhət odur ki, soyqırımı qrupun, etnosun bütövlükdə yaşamaq hüququndan imtinadır. Cinayətə görə, məsuliyyətə cəlbedilmə məsələsinə gələndə isə qeyd edilməlidir ki, soyqırımı məsələsində həm dövlətin, həm də fərdin məsuliyyəti meydana gəlmiş olur. 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması” haqqında Konvensiyada göstərilir ki, bütün dövlətlər soyqırımı aktlarının törədilməsinin qarşısını almalıdırlar. çünki, Konvensiyanın da preampulasında yazıldığı kimi, genosid tarix boyu bəşəriyyətə ağır bəlalar gətirib. Ona görə də, göstərildiyi kimi, soyqırımına görə, məsuliyyət universial xarakter daşıyır. Digər tərəfdən, aktual olan məsələ odur ki, soyqırımını törətmiş cinayətkarlar vəzifəli şəxs olsa belə, bu onlara məsuliyyətdən yayınmağa imkan yaratmır. Konvensiya imkan yaradır ki, məhz, həmin vəzifəli şəxslər beynəlxalq cinayət məsuliyyətinə cəlb olunsunlar. Konvesiyanın digər müddəasına görə, soyqırımı törətmiş cinayətkarlara siyasi sığınacaq verilməsi məsələsi aktual olmur. Ona görə də, genosid törətmiş və ya təhrik etmiş beynəlxalq cinayətkarların ekstradisiyası mümkün olan məsələdir. Digər mühüm müddəa isə müddətlə bağlıdır. Bəzən belə fikirlər səsləndirilir ki, müəyyən müddət ötdükdən sonra cinayət faktının araşdırılması aktuallığını itirir və bağlanır. Amma Konvensiyanın müddəalarına görə, soyqırımı aktının araşdırılmasına müddət tətbiq edilmir. Müddət məsələsi eyni zamanda, 1968-ci ildə BMT tərəfindən qəbul edilmiş “Müddətin genosid və hərbi cinayətlərə tətbiq edilməməsi” haqqında Konvensiyada da öz əksini tapıb. Burada əks olunduğu kimi, soyqırımı cinayətini törətmiş cinayətkarlar müddət tətbiq edilmədən məsuliyyətə cəlb edilə bilər.
- Bəs, həmin cinayətkarların cəzalandırılması üçün hansı addımlar atılmalıdır?
- Həmin cinayətkarların cəzalandırılması məsələsi isə bir neçə yolla həyata keçirilə bilir:
- Birincisi, bu BMT səviyyəsində olmalıdır - Yaxın keçmişə nəzər salsaq, görərik ki, Ruanda da törədilmiş cinayət soyqırımı kimi qiymətləndirilib və ilk dəfə olaraq, şəhərin meri məsuliyyətə cəlb edilib. Bu proses müvəqqəti beynəlxalq məhkəmə, Ruanda tribunal məhkəməsinin qurulması ilə həyata keçirildi. Bu tribunal məhkəməsi isə, qısa müddət ərzində cinayəti araşdırdı və cinayətkarları məsuliyyətə cəlb etdi.
- İkincisi, bu cür cinayətlərin araşdırılması qarışıq məhkəmələrin qurulması ilə həyata keçirilir. Bu təcrübədən son illər ərzində geniş istifadə olunmağa başlanılıb. Burada dövlət özü BMT-yə müraciət edir, sonra həmin ölkənin ərazisində bir və ya bir neçə beynəlxalq ekspertin iştirakı ilə məhkəmələr keçirilir. Azərbaycanda da bu cür qarışıq məhkəmələrin keçirilməsi mümkündür.
- R.Z: Hörmətli hüquqşünasımız qarışıq məhkəmələrin yaradılmasının mümkünlüyü ilə bağlı olduqca maraqlı bir məsələni qeyd etdi. Mənə elə gəlir ki, biz məhz bu amilə üstünlük verməliyik. Yəni, bu gün bəzi dövlətlərin məsələlərə ikili standartlardan yanaşması faktını unutmaq olmaz. O baxımdan da, indiki halda ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktına hüquqi qiymətin verilməsi üçün Azərbaycan ərazisində qarışıq məhkəmələrin yaradılması müəyyən nəticə verə bilər. Bununla əlaqədar olaraq biz QHT-lər olaraq müvafiq dövlət qurumları ilə hərtərəfli şəkildə əməkdaşlıq etməyə hazırıq. Hesab edirəm ki, biz artıq təbliğat mərhələsindən 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına beynəlxalq hüquq çərçivəsində qiymət verilməsi mərhələsinə keçməliyik.
- A.K: Mən bu istiqamətdə müəyyən əlavələr etmək istəyirəm. ümumiyyətlə, soyqırımı məsələsi ilə bağlı hüquqi tərəfləri ilə yanaşı, siyasi tərəfini də nəzərə almaq lazımdır. Siyasəti tərəfi nədən ibarətdir? Bilmək lazımdır ki, əgər bu məsələ BMT-də müzakirə olunacaqsa deməli, məsələ dövlət səviyyəsində orada qaldırıla bilər. Lakin bunun üçün öncə BMT-də təmsil olunan dövlətləri, həmçinin, bu qurumun müvafiq komissiyalarını soyqırımının olduğuna inandırmalıyıq. Yəni, bütün lazımi faktlar incəliklərinə kimi toplanmalı və təqdim edilməlidir. Məsələyə dəxli olan hüquqi dəyərləri beynəlxalq standartlara uyğun olaraq bir-bir ortaya qoymaqla, sistemləşdirməklə, müvafiq addımı atmalıyıq. Beynəlxalq hüququn iki qaydası var. Birincisi budur ki, zor qapıdan girəndə qanun pəncərədən qaçır. Yəni, bu mənada bu gün biz göstərilən istiqamətdə güclü dövlətləri inandırmalıyıq. Yəni, əgər biz məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxarsaq belə, orada Şuranın daimi üzvlərindən biri məsələnin əleyhinə çıxsa, o zaman hər şey heç olacaq. İkincisi, beynəlxalq hüququn belə bir qaydası var ki, haqlı olmaq azdır, sən haqlı olduğunu sübut etməyi bacarmalısan. Əgər sübut edə bilmirsənsə, deməli haqlı deyilsən. Bu baxımdan da, biz haqlı olduğumuzu təkzibolunmaz faktlarla beynəlxalq aləmə sübut etməyi bacarmalıyıq. Təbii ki, bu istiqamətdə də hər bir qurumun üzərinə müəyyən işlər düşür və həmin qurumların səmərəli fəaliyyəti üçün bəzi təkliflərin gündəmə gəlməsi də mümkündür.
- Şəxsən siz konkret olaraq hansı təklifi irəli sürərdiniz?
- Hesab edirəm ki, istər təcrübəli hüquqşünaslar, istərsə də, QHT təmsilçilərindən ibarət müştərək bir komissiya yaradılmalıdır. Həmin komissiya beynəlxalq təcrübəni öyrənməli və dövlətin atacağı müvafiq addımlarda yardımçı rolunu oynamalıdır.
- Aydın müəllim, maraqlı təklif səsləndirdiniz. Elə isə, həmin təklifin reallaşması istiqamətində Milli QHT Forumunun təşkilatçılığı ilə geniştərkibli bir günlük konfransın keçirilməsi bəhs etdiyiniz qrupun, yaxud da komissiyanın yaradılmasına dəstək ola bilərmi?
- A.K: Təbii ki, ola bilər. Məsələn, mən deyərdim ki, bu konfransı Milli QHT Forumu ilə “Yeni Azərbaycan” qəzeti birlikdə təşkil edə bilər.
- R.Z: çox gözəl təşəbbüsdür. Milli QHT Forumu olaraq biz bu təşəbbüsün reallaşması üçün əlimizdən gələni etməyə, yəni, deyildiyi kimi, “Yeni Azərbaycan” qəzeti ilə birlikdə həmin konfransı təşkil etməyə hazırıq. Amma bununla bağlı yuxarıda qeyd etdiyim bir məqamı xatırlatmağı da özümə borc bilirəm. Belə ki, 2004-cü ildə Milli QHT Forumunun təşəbbüsü ilə “Soyqırımı Tanıtma Mərkəzi” təsis edilib. Sadəcə olaraq, müəyyən səbəblər ucbatından həmin mərkəz lazımi fəaliyyət göstərə bilməyib. Eyni zamanda, bu gün Milli QHT Forumunun 2010-cu il üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim etdiyi layihə Dağlıq Qarabağ barədə həqiqətlərin yerli və beynəlxalq QHT-lər vasitəsilə dünya ictimaiyyətinə çatdırılması layihəsidir. Elə sizin dediyiniz təşəbbüs də əslində, bu layihə ilə üst-üstə düşür. Yəni, bir daha bəyan edirəm ki, biz səslənə təklifin reallaşması üçün üzərimizə düşən işin öhdəsindən gəlməyə hazırıq.
Ramil VƏLİBƏYOV,
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

