Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Bişkekdə həlak olanların xatirəsinə həsr olunmuş mərasim keçirib

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Bişkekdə həlak olanların xatirəsinə həsr olunmuş mərasim keçirib

13.04.2010 [09:20]

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu aprelin 6-8-də baş vermiş hadisələr zamanı həlak olanların xatirəsi ilə əlaqədar paytaxtın mərkəzi məscidində böyük hüzn mərasimi keçirib. Mərasimdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov, Fondun fəal üzvü Qiyas Xəlilov, Bişkekdə yaşayan azərbaycanlılar, türk və qırğız xalqlarının nümayəndələri, Qırğızıstanın Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbaevlə bərabər, 16 tanınmış yazıçı, bundan başqa incəsənət və mədəniyyət xadimləri, paytaxtın mərkəzi məscidinin imam və müftiləri iştirak ediblər. 500-dən çox adamın iştirak etdiyi anma mərasimində həlak olanların ruhuna dualar oxunub, ehsan verilib.
Fondun sədri Nüsrət Məmmədov bildirib ki, qardaş qırğız xalqının kədəri bizim də hüznümüzdür: “Biz çox təəssüf edirik ki, Bişkekdə belə faciəli hadisə baş vermişdir”.

Paylaş:
Baxılıb: 1062 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30