Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Media təmsilçiləri arasında voleybol turniri keçiriləcək

Media təmsilçiləri arasında voleybol turniri keçiriləcək

14.04.2010 [09:18]

May ayının 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü tamam olur. Bu münasibətlə respublikamızda böyük kütləvi tədbirlərin, mərasimlərin keçirilməsi nəzərdə tutulur. “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetləri də Ulu öndərimizin doğum günü münasibətilə kütləvi informasiya vasitələri arasında voleybol yarışları təşkil etməyi planlaşdırır. Məqsəd xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin təbliğ olunması, Onun Azərbaycan dövlətçiliyinin xilas olması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərinin ictimaiyyətə daha geniş çatdırılmasına dəstək vermək, həmçinin, media təmsilçiləri arasında əməkdaşlığı və həmrəyliyi möhkəmləndirməyə nail olmaqdır. Eyni zamanda, son illərdə ölkəmizdə böyük inkişaf yolu keçmiş idman növlərindən biri olan voleybolun kütləviləşdirilməsinə, bu idman növünə marağın daha da artırılmasına xidmət göstərməkdir.
Qeyd edək ki, yarışın püşkatması aprelin 23-də keçiriləcək. Oyunlara isə aprelin 24-də start veriləcək. Oyunları Azərbaycan Voleybol Federasiyasının təyin etdiyi hakimlər idarə edəcək. Turnirin sonunda 1, 2 və 3-cü yeri tutmuş komandalar mükafatlandırılacaq. Yarışda iştirak könüllüdür və Azərbaycanın bütün KİV kollektivləri turnirə dəvətlidirlər. Turnirdə iştirak etmək istəyən KİV-lər aprel ayının 20-dək yarışın təşkilat komitəsinə müraciət etsinlər.

Paylaş:
Baxılıb: 1037 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30