Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanda rəhbər şəxslər ölkənin gəlirlərinin 85 faizini öz əllərində cəmləşdiriblər

Ermənistanda rəhbər şəxslər ölkənin gəlirlərinin 85 faizini öz əllərində cəmləşdiriblər

17.04.2010 [14:49]

Smbat Qaraxanyan: Ermənistanda rəhbərliyindən asılı olmayaraq, dövlətin milli maraqlarını, ərazi bütövlüyünü və sadə vətəndaşların hüquqlarını müdafiə edən oturuşmuş dövlətçilik qurulmayıb
Bir müddət öncə Ermənistan xalqının milli sərvətlərini talayan bandokratların əməlləri və sərvətləri haqqında detallı şəkildə məlumatları dərc etmişdik. Həmin materialın böyük rezonans doğurmasını nəzərə alaraq yenidən araşdırmaları davam etdirərək, əldə olunmuş informasiyaları nəşr etmək qərarına gəlmişik. Belə ki, Ermənistan Milli Klubunun rəhbəri “Miabanutyun” Smbat Qaraxanyanın verdiyi məlumata görə, Ermənistan hakimiyyətinin yuxarı eşelonunda yer almış bandokratlar ölkənin gəlirlərinin və aktivlərinin 85 faizini əllərində cəmləşdiriblər. Onlar eyni zamanda, qeyri-qanuni trafiklərə, ümumi maliyyə axınının 90 faizinə nəzarət edirlər. “Ermənistanda rəhbərliyindən asılı olmayaraq, dövlətin milli maraqlarını, ərazi bütövlüyünü və sadə vətəndaşların hüquqlarını müdafiə edən oturuşmuş dövlətçilik qurulmayıb” - deyə, Smbat Qaraxanyan əlavə edib.
Ermənistan hərbi diktaturasının rəhbərliyinin malik olduğu sərvəti faktlarla oxucuların diqqətinə çatdırmadan öncə, 2006-cı ildən erməni milyonçularının siyahısını dərc edən “Forbs-Ermənistan” jurnalının qənaətini nəzərə çarpdırmaq istərdik. Dərginin tərtib etdiyi siyahıda aşağıdakılar yer alıb:
- “çiçəklənən Ermənistan” partiyasının sədri, “Multi qrup” konsernin rəhbəri Qaqik çarukyan,
- Gömrük İdarəsinin rəisi Armen Avetisyan,
- “MİKA” kompaniyasının prezidenti, Armaviyanın sahibi Mixail Baqdasaryan,
- “Qrand Tobaqo”nun və “Qrand kendi”nin prezidenti Qrant Vardanyan,
- “SİL” konserninin sahibi Semya Sukiasyanov,
- Yerevanın meri Yervard Zaxaryan,
- Ermənistanın sabiq prezidenti Robert Köçaryan,
- Ermənistanın prezidenti Serj Sarkisyan,
- Nəqliyyat və əlaqələr naziri Andranik Manukyan,
- Ədliyyə naziri David Arutyunyan və digərləri.
Qeyd edək ki, adı çəkilən 10 nəfərdən 6-sı hazırda hakimiyyətdə olan və ya olmuş şəxslərdir. Ermənistanın ikinci prezidenti Robert Köçaryan hakimiyətdə olduğu müddət ərzində əlinə böyük sərvət toplamağı bacarıb. Müşahidəçilərin sözlərinə görə, R.Köçaryan eyni zamanda, dolayısı ilə vergi, telekommunikasiya, tikinti və qazla təminat sahəsini nəzarətində saxlayıb. Köçaryan, həmçinin, bu sahələri öz monopoliyasında saxlayıb.
qiymətli daşların emalı, eləcə də belə daşlarla bağlı digər əməliyyatlar (ilk növbədə idxal və ixrac);
- metal məhsullarının icxracı;
- ümumi idxal (bəzi qiymətləndirmələrə görə 30 faizdən 40 faizə qədər);
- mineralların hasilatı və emalı sferası;
- kommunikasiya və nəqliyyat infrastrukturu;
- qızılın idxalı və realizasiyası;
- aviayükdaşımalar və aviaşirkətlər.
Təxmini hesablamalara görə, Robert Köçaryan ailəsinin maddi və qeyri-maddi aktivləri 4 milyard ABŞ dollarından artıqdır.
Nəşrlərdə vurğulanıb ki, hazırki Ermənistan hakimiyyəti ölkə iqtisadiyyatının aşağıdakı sahələrini nəzarətdə saxlayır:
- vergi rüsumları;
- neft məhsullarının, benzinin və dizelin idxalını;
- metal və melallomun ixracını;
- qızıl idxalını;
- aviadaşımalar və aviaşirkətlər sferasını;
- idxal sferasını (bəzi məlumatlara görə, 35 faizdən 45 faizədək).
Nəşrlərdə o da qeyd olunub ki, hazırda Ermənistan ərazisindən bir sıra narkotrafik marşrutları keçir: “Onlar ölkənin cənub sərhədlərindən başlayaraq, Gürcüstana, Ukraynaya, Rusiyanın şəhərlərinə, Avropaya gedən Yerevan və Gümrünün əsas dəmiryol vağzalları və hava limanlarını əhatə edir. Ermənistanda qızıl və qiymətli daş məmulatlarının, xüsusən də, Avropa və Rusiyaya daşınan cilalanmamış brilyantların qaçaqmalçılığı mövcuddur. Əldə olunmuş faktlara görə, Ermənistanın 150 vətəndaşı hərbçilərin nəzarəti altında ekvatorial və subekvatorial iqlim qurşağının ağır təsirlərinə baxmayaraq, Afrika ölkələrinin (xüsusilə, Nigeriya və Namibiyada) yataqlarında çalışırlar”.
Məqalədə göstərilir ki, “Miabanutyun” Erməni Milli Klubunun rəhbəri Smbat Karaxanyan faktları konkretləşdirərək qeyd edir: “Əminliklə deyə bilərəm ki, Ermənistanın birinci şəxsi olmuş eks-prezident Robert Köçaryan hansı əmlaka sahibdir”...
Məqalədə göstərildiyi kimi, “Miabanutyun” Erməni Milli Klubunun rəhbəri Smbat Karaxanyan faktları konkretləşdirərək qeyd edir: “Əminliklə deyə bilərəm ki, Ermənistanın birinci şəxsi olmuş eks-prezident Robert Koçaryan hansı əmlaka sahibdir:
- Artsaxbank;
- MAP - 50 faiz;
- Armeksimbank (şərik);
- Yunibank (şərik);
- AVV bank (şərik);
- Renko konstrukşn;
- Zəngəzur mis-molibden kombinatı (90 faizdən yuxarı);
- Ardşininvestbank (50 faizdən yuxarı);
- “Konversbank” (müxtəlif məlumatlara görə 30 faizdən 50 faizə qədər);
- Kaputan Sevan kompleksi - 100 faiz (Artak Voskanyan vasitəsilə);
- “Nairi” tibb mərkəzi (səhiyyə naziri Arütyun Kuşkyanla birlikdə 50 faiz);
- Brendlər (Emporio Armani, Stefano Ricci və digərləri);
- “BiŞin” tikinti şirkəti (100 faiz);
- “Dauntaun Yerevan” tikinti şirkəti (böyük oğlu Sedrak Koçaryan vasitəsilə);
- “N2” teleşirkəti - 50 faiz (şəriklər Samvel Mayrapetyan və indiki baş nazirin müavini Armen Gevorkyan);
- “Star” mağazalar şəbəkəsi (30 faiz Sedrak Koçaryana - Robert Koçaryanın böyük oğluna məxsusdur);
- “Noy” konyak-şərabçılıq kombinatı - 50 faiz (şəriki Haqik çarukyan);
- “Zvartnots” hava limanı - 50 faiz (30 illik icarə, şəriki Argentina vətəndaşı Eduardo Ernekyandır);
- “Armpoçt” - 50 faiz (böyük oğlu Sedrak Koçaryan vasitəsilə, digər şərik Argentina vətəndaşı Eduardo Ernekyandır);
- Mobil telefonlar idxalı - bazarın 80 faizi;
- Moskvada iri ticarət kompleksi (şəriki Samvel Karapetyan);
- Moskvada kazino (Şakro ilə birlikdə);
- “Toyota” şirkətinin Ermənistandakı nümayəndəliyi.
- Bundan başqa, Robert Koçaryan müstəqil direktor kimi Rusiyanın “Sistem” AFK müəssisəsinin Direktorlar Şurasının tərkibinə daxildir.
Robert Koçaryan, eyni zamanda, Rusiyanın AFK “Sistema” şirkətinin Direktorlar Şurasının üzvüdür. Ekspertlər hesab edirlər ki, Robert Koçaryanın əvvəl sahibi və ya payı olduğu şirkət və müəssisələri çoxdur:
- “K-telekom” (“Vivasel” ticarət markası);
- OOO aqromüəssisəsi (1870 hektar);
- İrəvanda yerləşən Qolden Palas Hotel (real sahibi 83 faiz payla Sedrak Koçaryan olub);
- Araratsement - 33 faiz;
- “Konversbank” (böyük oğlu Sedrak Koçaryan vasitəsilə).
- “Konversbank” vasitəsilə beynəlxalq terrorizmlə əlaqəli olan bir sıra firma və bankların pulları (800-900 milyon dollar) “yuyulduğu” üçün ABŞ xüsusi xidmət orqanlarının nəzarətinə götürülüb. Bununla bağlı yaranmış qalmaqal bankın prezidenti S.Nasibyanın istefasına və aktivlərin Eduardo Ernekyana satılmasına gətirib çıxarıb: “Lakin kifayət qədər əsas var ki, Sedrak Koçaryanın bankda olan paylarının satılması barədə sövdələşmə yalançı xarakter daşıyır. Real olaraq o, “Konversbank”ın şəriki kimi qalır”.
- Nəşrlərdə bütün bunlarla yanaşı, vurğulanıb ki, Prezident Serj Sarkisyan ona etibarlı olan şəxslər, o cümlədən, qardaşı Aleksandr və kürəkəni Mikael Minasyan vasitəsilə aşağıdakı müəssisə və şirkətləri idarə edir:
- “Fleş” şirkətinin aktivləri - (şəriki Barsek Beqlaryandır);
- Yanacaqdoldurma şəbəkələri;
- Dağlıq Qarabağda 3 şərabçılıq kombinatı;
- Şərabçılıq zavodu (Ermənistanda satılan şərabın üçdə biri məhz bu zavodun payına düşür);
- “Ararat” bankı;
- “Ararat” restoranlar şəbəkəsi (30 ədəd);
- “MİKA” şirkətinin aktivləri (şəriki Mixail Baqdasrovdur);
- “Armavia” aviaşirkəti;
- “MİKA” şirkətinin yanacaq, benzin, aviakerosin, dizel yanacağı idxalı ilə bağlı bölməsi;
- “MİKA” futbol klubu (40-50 milyon dollar dəyərində qiymətləndirilir);
- “MİKA-sement”;
- “MİKA house” tikinti şirkəti (İrəvanda 5-dən artıq elitar evlər);
- Moskvada mehmanxana-restoranlar kompleksi;
- Londonda xüsusi ev;
- VTB bank (300 min dollara alıb 28 milyon dollara satıb);
- “Cazve” kofeenlər şəbəkəsi; müdafiə naziri olarkən Bolqarıstanda özəl istehsalçılardan alınan atıcı silahların üçüncü dünya ölkələrinə satılmasında vasitəçi olub;
- Kürəkəni M.Minasyan vasitəsilə “ArmenAkob” və “Ay TV” teleşirkətlərinin sahibidir...
- ...Şərhə ehtiyac yoxdur... Belə dövlət sistemində hansı çiçəklənmədən söhbət gedə bilər?!” - deyə Smbat Karaxanyan bildirir”.
“Artıq eks-prezident Robert Koçaryanın və hazırki dövlət başçısı Serj Sarkisyanın var-dövləti və maliyyə aktivləri haqqında çox danışılıb. Bu informasiyaların Rusiyada, eləcə də, Ermənistanda böyük rezonans doğurmasını söyləmək artıq olardı. Necə düşünmək olar ki, belə bir kasıb ölkədə yerli olmayan var-dövlət əldə edəsən, cəmiyyətin həyat fəaliyyətinin bütün sferalarında hökm sürən total özbaşınalıq şəraitində çarlıq edəsən”. Bunu İqor Petrov Rusiyanın aparıcı mətbu orqanlarından olan “Versiya” qəzetində dərc edilən “Ermənistan soyğunçuları - prezidentlərin mülkiyyəti” adlı yazısında qeyd edib. Müəllif vurğulayıb ki, bir çox oxucularda elə təəssürat yarana bilər ki, milli sərvətlərin talan edilməsi dövlət başçısı üçün görünməmiş bir haldır: “Amma Ermənistanın sabiq prezidenti Robert Koçaryan, elə indiki prezident Serj Sarkisyan əllərinə düşən fürsətdən lazımınca istifadə ediblər. Faktlar sübut edir ki, hazırda onlar elə korrupsion sistem formalaşdırıblar ki, orada vicdanlı insana yer yoxdur. Bu cür vəziyyətin Ali varlıq Allah tərəfindən təklikdə yaradıldığını düşünmək sadəlövhlük olardı. Amma ölkə əhalisinin öz “qəhrəmanlarını” tanımaq hüququ var. Ona görə də, erməni bandokratiyasının digər rəsmi üzvləri, deputatları haqqında dərc etdiyimiz materialların davamını nəşr edirik”.
Müəllif qeyd edib ki, Ermənistanın dövlət sistemi idarəçiliyində bu və ya digər məmur asan qazanc əldə etmək məqsədilə vəzifə səlahiyyətindən sui-istifadə etməyi adi hala çevirib, bununla bağlı məmurların fəaliyyət dairəsi daim genişlənməkdədir: “Belə vəziyyət, həm də ona gətirib çıxarıb ki, Ermənistanda əsas iş adamları kimi yalnız yüksək çinli məmurlar çıxış edir və sözügedən ölkənin mövcud reallığı kontekstində hakimiyyət və biznesin tam qovuşmasını görmək mümkündür. Bu sistemdə biznesmenlər yalnız yüksək vəzifəli şəxslər olur. Dövlət sifarişindən və biznesdən erməni reallığı çərçivəsində danışmaq qeyri-mümkündür. 2009-cu ilin yekunlarına əsasən, Ermənistan MDB dövlətləri arasında ümumi daxili məhsulun azalması baxımından 14,4 faizlik göstərici ilə birinci yerə çıxıb. Ekspertlər belə hesab edirlər ki, həmin nəticə tamamilə qanunauyğun və gözlənilən olub. çünki Ermənistanın iqtisadi cəhətdən sürətlə çökməsinin əsas səbəblərindən biri də hədsiz miqdarda varidata sahib olan yüksək çinli məmurların gündən-günə artan korrupsiyanın, hakimiyyət sıralarına kriminal ünsürlərin daxil olmasının qarşısını ala bilməməsidir”. “Miabanutyun” Erməni Milli Klubunun rəhbəri Smbat Karaxanyan “Vek” qəzetinə açıqlamasında deyib ki, Ermənistanda iqtisadi sferada maliyyə-fırıldaq piramidasının prinsipləri ilə fəaliyyət göstərən kriminal-güc konstruksiyası formalaşıb: “Hökumət asan və rahat bir şəkildə süni olaraq dramın kursunu qaldırır və öz kriminal-oliqarx qruplaşmalarının yüksək valyuta mənfəəti qazanmasını təmin edir. Əlbəttə, qazanılan belə pullar Ermənistanda saxlanılmır. ölkəni idarə edənlər möhkəm əsaslara malik milli dövlət, eləcə də, istər milli, istərsə də sadə vətəndaşların maraqlarını qoruyacaq hakimiyyətin yaradılması istəyindən çox uzaqdırlar. Onlar hakimiyyətə öz siyasi opponentlərinə və siyasi rəqiblərinə qarşı cəza vasitəsi kimi baxırlar. Problem ondadır ki, bütün ölkə kriminal anlayışın ən pis ənənələri ilə fəaliyyət göstərən bir neçə insanın mülkiyyətinə çevrilib. Ən pisi hakimiyyət qruplaşmalarının Ermənistanda olan müəssisələrinə valyuta vasitələrini xarici banklarda və offşor zonalarda yerləşdirmək üçün bir alət olaraq yanaşmalarıdır. Belə vəziyyətdə Ermənistana verilən beynəlxalq kreditlər də məmurların öz şirkətləri arasında bölüşdürülür. Həmin kreditlər sadə vətəndaşların sosial müdafiəsinin güclənməsində heç bir rol oynamır, əksinə, ölkənin xarici borclarını təhlükəli templərlə artırır. Həmçinin, real və yeni iş yerlərinin yaradılması müşahidə olunmur”.
Robert Koçaryan və Serj Sarkisyanla yanaşı, korrupsiya və dövlətin talan edilməsi ilə məşğul olan digər yüksək çinli məmurların sırasında ilk olaraq parlamentin spikeri Ovik Abramyanın adı çəkilir. 1980-ci ildə Mxçyan kəndində yerləşən “AvtoVaz” xidmət məntəqəsində fəhlə işləyən Abramyan daha sonra Artaşat şəhərində yerləşən şərab-konyak zavodunun direktoru vəzifəsinə kimi yüksələ bilib. 1995-ci ildə deputat seçilən Abramyan 5 il sonra bütün ölkə üzrə yerli hakimiyyət orqanları üzərində nəzarəti ələ alıb. Abramyan həm də 2003-cü ildə keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasını həyata keçirən əsas şəxslərdən biri kimi tanınır. 2004-cü ildə isə məhz o, oliqarxların cangüdənləri və kriminal strukturlardan istifadə etməklə müxalifətin keçirdiyi aksiyaların dağıdılması ideyasını irəli sürüb. Bununla yanaşı, onu xarakterizə edən əsas cəhətlərdən biri müxtəlif oliqarx qruplaşmaları arasında yaranan mübahisələr zamanı tez-tez münsif - “razborşik” funksiyasını öz üzərinə götürməsidir.
Abramyan oyun-qumar biznesinin əsas hissəsinə nəzarəti də öz əlində saxlayır, ölkənin məşhur qumarbazlarından sayılır və Ermənistanda ən böyük torpaq sahiblərindən biridir. Dünya Bankının suvarma ilə bağlı proqramları yalnız onun Araz çayına yaxın olan torpaqlarında reallaşır. Ancaq bütün bunlar heç də Abramyanın malik olduğu varidatı göstərmir və onun mülkiyyətinə aşağıdakılar da daxildir:
- Araz çayı sahilində 3 qum karxanası;
- Artaşatda 1500 hektar torpaq, üzümlüklər, bağlar;
- İrəvandan kənarda 10-dan artıq qazdoldurma stansiyası;
- “Araratsement”də üçdə bir pay;
- Kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan “ArtFood” firması;
- Oyun-qumar evləri;
- Bütün Ermənistan boyu yanacaqdoldurma stansiyaları;
- Krımda istirahət evi (2007-ci ildə 7 milyon dollara alınıb);
- Artaşatda trikotaj fabriki və mexanika zavodu;
- Şaumyan kəndində səyyar mexaniki kolonna;
- “Selstroy” avtopark tresti;
- “Sirius” zavodu:
- “Artaşat” qastronomu;
- Artaşat şəhər mehmanxanası və onun restoranı;
- Mxçyan kəndində mexaniki zavod və avtomüəssisə;
- Beton zavodu;
- Narek və Kaxtsraşen kəndlərində 200 hektar torpaq;
- çaxkadzorda istirahət evinin böyük binası və 5 hektar torpaq;
- Yerevanda 2 çoxmənzilli bina;
- Sevan gölü sahilində ev;
- Yerevandakı “Qələbə” parkında 2500 kvadratmetr ərazi;
- Yerevanda hazırda 40 mənzilin tikintisini həyata keçirir;
- Qərb ölkələrində istehsal olunan onlarca xüsusi avtomobil;
- Araratda bütün SO tənzimləmə stansiyaları.
Ermənistan hakimiyyətinin digər yüksək çinli məmuru olan baş nazir Tiqran Sarkisyan isə öz siyasi karyerasına 1990-cı ildə deputat seçilməklə başlayıb. 1991-ci ildə formal olaraq bitərəf olduğunu bəyan etməsinə baxmayaraq, keçmiş baş nazir Vazgen Manukyanın rəhbərlik etdiyi radikal müxalifət fraksiyası olan Milli Demokratik İttifaqın sıralarına qoşulub, lakin hakimiyyətlə də əməkdaşlığını davam etdirib. 1998-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkənin Milli Bankına rəhbərlik etməyə başlayıb və bütün baş nazirlərlə sıx əməkdaşlıq edib. Lakin onlardan birinə - Aram Sarkisyana xəyanət edib və onun baş nazir postundan devrilməsini dəstəkləyib, bununla da Robert Koçaryanın ən inanılmış adamlarından birinə çevrilib. Bundan sonra hökumət başçılarının xarici siyasi danışıqları barədə daim Robert Koçaryanı məlumatlandıran Tiqran Sarkisyan Serj Sarkisyanla da yaxınlıq edə bilib. Serj Sarkisyan məhz onun köməyi ilə “Birləşmiş” adlı bank yaradıb. Tiqran Sarkisyanın adı bir neçə dəfə kriminal qalmaqallarda da hallanıb və onlar arasında ən yaddaqalanı aşağıdakılardır: ev seyfindən 50 min dollardan yuxarı pulun oğurlanması, növbəti maliyyə fırıldağı zamanı Milli Bankın nəzarət xidməti rəhbərinin onun əleyhinə ifadə verməsi. Ermənistanın baş nazirinin adının hallandığı ən böyük maliyyə qalmaqallarından biri “Kredit-Yerevan” bankı ilə bağlı olub. Məhz Tiqran Sarkisyanın fəaliyyəti nəticəsində bu bank müflislik həddinə düşüb və daha sonra o, hakimiyyətin nəzarətində olmayan digər bir neçə müəssisənin də məhv edilməsində əsas rollardan birini oynayıb. Tiqran Sarkisyanın İspaniyada dəbdəbəli malikanəsi var və həyat yoldaşı ilə uşağı on ildən artıqdır ki, məhz orada yaşayır. Əsas kapitalını da İspaniyaya yönəldən Tiqran Sarkisyanın mülkiyyətindən danışarkən aşağıdakılar göstərilir:
- inkassasiya müəssisələri (bu sahə üzrə inhisarçıdır);
- İspaniyada xüsusi ev;
- Yerevanda mənzillər;
- “Konversbank”da və “Arminvestbank”da payı olub, sonradan onları satıb;
- “Araratbank”da və qızıl alqı-satqısında payı var;
- “Taksi-tur” firmasının sahibidir;
- aktivlərinin ümumi qiyməti 25-30 milyon dollardır.
Ermənistanda korrupsioner məmurlardan danışarkən Yerevanın keçmiş meri, hazırda Daşınmaz Əmlak Kadastrı Komitəsinin sədri Yervand Zaxaryanın adı da xüsusi qeyd olunanlar sırasındadır. O, Ermənistanda həm də mazut oğrusu kimi tanınır. Belə ki, hələ ötən əsrin 90-cı illərinin ortalarında Rusiyadan Ermənistana gəlməli olan böyük miqdarda mazutun oğurlanmasını təşkil edənlərdən biri məhz Yervand Zaxaryan olub. Bundan sonra 1998-ci ildə nəqliyyat və rabitə naziri təyin olunub, marşrut taksiləri üzərində nəzarəti tam ələ keçirib. Yerevan meri vəzifəsinə təyinat aldıqdan sonra isə özünün və tabeliyində olan işçilərin aldıqları rüşvətin həcmi bir neçə dəfə artıb. Yaxşı pula torpaq sahələrinin ticarəti, tikinti normalarının və qaydalarının pozulması, qanunsuz tikintilər aparılması Yervand Zaxaryanın mer olduğu dövrdə adi hala çevrilib. Həmin vaxt 5 mərtəbədən yuxarı tikilən binanın hər mərtəbəsi üçün yüz minlərlə dollar həcmində əlavə rüşvət tələb edilməsinin əsasının qoyulması da məhz Yervand Zaxaryana məxsusdur. Binanın arxitektura layihəsinin iri məbləğdə rüşvət müqabilində merin otağında verilməsi də onun dövründən başlayıb.
Prezident Serj Sarkisyanın doğma qardaşı Aleksandr Sarkisyan deputat olmaqla yanaşı, həm də külli miqdarda var-dövlətə malik iş adamlarından biri kimi tanınır. Siyasi və iqtisadi arenada 1998-ci ildən etibarən görünməyə başlayıb. Əvvəlcə “Multi-qrup”un rəhbəri Haqik çarukyanla birgə qazdoldurma stansiyaları şəbəkəsinin şəriki olub. Onun ixtiyarında olan belə stansiyalar dövlətə heç bir vergi ödəməyib və ya bu verginin miqdarı qazancla müqayisədə cüzi olub. Hazırda prezidentin qardaşı kimi iş adamlarına himayədarlıq edir, xaricdə, o cümlədən, ABŞ və Böyük Britaniyada daşınmaz əmlak bazarında aktiv fəaliyyət göstərir. Məlumatlara görə, Kaliforniyanın daşınmaz əmlak bazarındakı fəaliyyətinə görə ABŞ Federal Təhqiqat Bürosunun və Vergi Xidmətinin nəzarətində olub. Sözügedən ştatda onun aktivlərinin qiymətinin 30 milyon dollara çatdığı bildirilir. Mətbuatda müxtəlif vaxtlarda Aleksandr Sarkisyana məxsus və ABŞ-ın qərb sahillərində yerləşən malikanələrin şəkilləri dərc olunub. 2007-ci ilin yanvarında isə “Milli Birlik” Partiyasının sədri Artaşes Qeqamyan sensasiyalı bəyanatla çıxış edərək Aleksandr Sarkisyanın zəngin kriminal keçmişə malik olduğunu, muzdlu qatillərdən istifadə etdiyini və “killerlər” şəbəkəsinə nəzarət etdiyini bildirib. Ermənistanda çoxları əmindir ki, Artaşes Qeqamyanın dedikləri həqiqətdir. Bununla bağlı Artaşes Qeqamyan, hətta hüquq-mühafizə orqanlarına videoyazı da təqdim edib. O, Razdan Sement Zavodunun keçmiş sahiblərindən olan Mikael Azatyanın qətli ilə Aleksandr Sarkisyanın sıx əlaqəsinin olmasına dair də konkret ifadələr verib.
Ermənistanda orta gəlirli ailə büdcəsinin 2/3 hissəsini kommunal və nəqliyyat xərclərinə ayırır
Smbat Qaraxanyan söyləyir ki, hazırda Ermənistanı kriminal-oliqarxlardan ibarət qrup idarə edir: “Faktiki olaraq, ölkədə mühüm məsələlər bu qrupun razılığı əsasında həll olunur. Hökumət, Mərkəzi Bank və bütün icraedici orqanlar, eyni zamanda, qanunverici hakimiyyət bu qrupun nəzarətindədir. Bu qeyri-rəsmi, kriminal siyasi büronun əsas üzvləri qaranlıq keçmişləri ilə fərqlənirlər. Bu şərtlər daxilində Ermənistanda öz hüquq və qanunları olan iki dünya formalaşıb. Bu dünyalardan biri yoxsulluğu daha çox hiss edən sadə vətəndaşlar, digəri isə kriminal-oliqarxlar üçündür. ölkədə eyni zamanda iki - dövlət və kölgə büdcələri mövcuddur. Müxtəlif hesablamalara görə, kölgə büdcəsi dövlət büdcəsindən 3-4 dəfə böyükdür. Aydındır ki, ölkədə korrupsiyanın qarşısının alınması üçün sadəcə, bir neçə addım atmaq olardı. Məsələn, rəsmi monitorinqlər keçirmək olar ki, bununla da, dövlət vəzifələrini tutan insanların xərclərinin hesablanması aparıla bilər. İldə iki dəfə yoxlamalar aparmaqla məmurların daşınan və daşınmaz əmlakları, bank hesablarındakı maliyyə əməliyyatları haqqında məlumatlar əldə olunmalıdır. Bununla yanaşı, ictimai təşkilatlara da müstəqil şəkildə araşdırmalar aparmaq və məlumatları dərc etmək imkanı verilməlidir. Sadə vətəndaşlar nə üçün məmurların onların maaşlarından 100 dəfə, hətta, 1000 dəfə artıq gəlir əldə etməsini aydınlaşdıra bilmirlər. Bu gün Ermənistanda orta gəlirli ailə büdcəsinin 2/3 hissəsini kommunal və nəqliyyat xərclərinə ayırır”.
“Ermənistan hakimiyyətində korrupsiya və kriminal” İnformasiya-Tətqiqatları Mərkəzinin araşdırmalarının nəticələrinə əsaslanan S.Qaraxanyan bandokratiyanın yuxarı təbəqəsində oturmuş şəxslərin adlarını da açıqlayıb.
Vətən xaini Baqdasaryan...
Artur Baqdasaryan - Təhlükəsizlik Şurasının katibi (2008), parlamentin sabiq spikeri (2003-2006), parlamentin deputatı (1995-2008), “Orinar Yerkir” partiyasının sədri: faktiki olaraq, “Orinar Yerkir” partiyası o vaxtki, daxili işlər və milli təhlükəsizlik naziri S.Sarkisyanın rəhbərliyilə yaradılıb.
Unikal təsadüf: A.Baqdasaryan Ermənistanın Təhlükəsizlik Şurasının katibi təyin olunandan bir neçə ay sonra Böyük Britaniya səfirliyi ilə bağlı ajiotaj yaratmış problemdə onun adı çəkilməyə başlandı. Hətta Robert Koçaryan Baqdasaryanı “vətən xaini” də adlandırdı.
A.Baqdasaryan Ermənistanda yeganə siyasətçilərdəndir ki, o hakimiyyətin yuxarı pilləsinə həm daxili biznes-qrupların, həm də xarici qüvvələrin (Fransa) köməyilə qalxıb. O, həmçinin, Fransanın, Avstriyanın və Qazaxıstanın ordenlərilə təltif edilib. Baqdasaryan özəl təhsil alanların hesabına hazırki imkanlara malik olub. O, həmçinin, universitetlərə lisenziyaların verilməsi məsələsinin həyata keçirilməsini də təmin edib.
2003-cü ildən 2006-cı ilədək Baqdasaryan Arkadiy Ambarsumyanın, Artak Sarkisyanın, Qriqoriy Marqaryanın, Aleksan Petrosyanın, Sayad Zaxaryanın, Samvel Balasanyanın, Ovanes Marqaryanın, Arşak Mxitaryanın və digərlərinin təmsil olunduğu fraksiyanın “rəhbərliyini” həyata keçirib. Baqdasaryanın spiker vəzifəsindən getməsindən sonra onun fraksiyasında yer almış biznesmenlərin bir çoxu Robert Koçaryanın “rəhbərlik” etdiyi müstəqil deputatlar sırasına daxil olmaq istədilər. Eyni zamanda, onlardan hər biri keçid yerinə görə, “Orinar Yerkir” partiyasının liderinə 150 min ABŞ dolları verməli olublar.
Yerevanda böyük mal-mülk sahibi olan (xüsusilə, Arabkir və Kanaker-Zeytun ərazilərində) Baqdasaryanın mülkiyyəti ailə üzvlərinin, xüsusilə, atasının adına qeydiyyatdan keçirilib. O, son iki ildə ölkənin şimalında yüngül sənaye müəssisələrinin aktivlərinin alınması işi ilə məşğuldur.
Koçaryanın xidmətçisi “Armençik”...
Armen Qevorqyan - “Armençik” ləqəbli Armen baş nazirin müavini, ərazi idarəetmə naziridir. Robet Koçaryanın dönəmində hökumətdə onun köməkçisi işləyib, sonra prezidentin köməkçisi, prezident administrasiyasının rəhbərinin birinci köməkçisi, aparatın rəhbəri və Təhlükəsizlik Şurasının katibi işləyib.
Armen Qevorqyan Robert Koçaryanın bütün biznes layihələrində iştirak edən şəxsdir. Londonda yaşayan keçmiş baş nazir Armen Sarkisyanın S.Sarkisyan administrasiyasında təmsilçiliyini həyata keçirir. Hazırki hakimiyyətdə Koçaryanın biznes maraqlarının qorunmasını təmin edir, maliyyə axınını nəzarətdə saxlayır.
Oliqarx-kriminal dövlətin hüquqi strukturunu formalaşdıran David...
Parlamentdə hüquq məsələləri üzrə komissiyanın rəhbəri, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin başçısı, keçmiş ədliyyə naziri, Respublika partiyasının İcraedici orqanının üzvü David Arutyunyan son 10 il ərzində oliqarx-kriminal dövlətin hüquqi strukturunu formalaşdırıb. Robert Koçaryana yaxın adam hesab olunan David Arutyunyan, həm də Koçaryanın qohumudur.
David Arutyunyan Koçaryanın bütün qeyri-qanuni yolla həyata keçirdiyi əməliyyatlara, xüsusilə, “ArmenTel” kompaniyasının özəlləşdirilməsinə hüquqi “rəhbərlik” edib. Onun gəlirlərinin əsas mənbələrindən biri qardaşlarının idarə etdiyi “Arutyunyan qardaşları” vəkillər mərkəzidir. Onlar qonorarlar almaq hesabına lazım olan şəxslərin məhkəmələrdə müdafiəsini təşkil edirlər. Məhz bu mərkəzin “ArmenTel” kompaniyasının keçmiş sahibi Yunanıstanın OTE dövlət şirkətinin məhkəmədə məğlub olmasında böyük xidmətləri var. Arutyunyan qardaşları ilə birgə “Kornet” provayder firmasının sahibidir. Məhz bu şəxs Yerevanın mərkəzindəki evlərin sahiblərinin şəhərin şimalında və Byüzand küçəsində elit şəhərciyinin salınması ilə bağlı məhkəmələrə etdikləri şikayətlərin qarşısını alıb. Onun xidmətləri hesabına bu məsələnin hüquqi yolla tənzimlənməsi baş tutub və minlərlə yerevanlı öz evlərindən qovulub, sökülmüş mülklərinin əvəzində isə sakinlər “alçaldıcı” kompensasiyalar alıblar. Arutyunyanın bu xidmətinin hədiyyəsi kimi, onun qardaşına tikinti işlərində iştirak etmək imkanı veriblər. Xatırladaq ki, 2007-ci ildə keçirilmiş parlament seçkiləri zamanı müxalifətçi A.Karapetyanın verdiyi açıqlamaya görə, D.Arutyunyan Nyu-Yorkun mərkəzində bahalı mülkə sahibdir.
“Təbiətin mühafizəçisi” Vardan...
Parlamentin iqtisadiyyat komissiyasının sədri, təbiətin mühafizəsi naziri (2001-2007) Vardan Ayvazyan Koçaryanla bir çox biznes layihələrin həyata keçirilməsində ortaq olub. Eyni zamanda, Koçaryana təbii ehtiyatların, xüsusilə, qiymətli qazıntıların nəzarətdə saxlanılmasına yardım edib. “Sevan” Milli Parkının ərazilərinin qeyri-qanuni yolla özəlləşdirilməsini təşkil edən V.Ayvazyan göldəki balıqların kütləvi şəkildə ovuna göz yumub, bir sıra layihələrin, o cümlədən, mübahisəli “Şikaxox” rayonunda çəkilməsi planlaşdırılan magistral yolun layihəsinin həyata keçirilməsini və Tequts bal yatağının işlənməsini təmin edib. Robert Koçaryanın dəstəklənməsi üçün ABŞ-ın “Global Gold” şirkətindən 3 milyon dollar rüşvət tələb edib. Bunun əvəzində ABŞ səfirliyi Ermənistan hakimiyyətini beynəlxalq sazişlərə əsasən, öz ölkəsinin şirkətinin hüquqlarını qoruyacağı ilə təhdid edib. Ermənistanda səs-küy salmış məsələlərdən biri də “Jurnalist-araşdırmaçıların assosiasiyası”nın üzvlərinin cəzalandırılması idi ki, bu olay da məhz Vardan Ayvazyanın adı ilə bağlıdır. O zaman, jurnalistlər təbiətin mühafizəsi nazirinin öz qohumlarına təbii ehtiyatlar yataqlarında işləyən kompaniyalara lisenziya verməsi faktını mətbuatda geniş şəkildə işıqlandırmışdılar.
Terrorçu Aleksan Arutyunyan...
Ermənistanın ictimai televiziyasının Şura sədri, Milli Təhlükəsizlik Şurasının sabiq katibi (1998-2001), Ermənistanın Fransadakı keçmiş səfiri (1992-1995), qondarma “DQR”in Ermənistandakı keçmiş nümayəndəsi (1995-1997), baş nazirin sabiq məsləhətçisi (1997-1998) - Aleksan Arutyunyan səfirliyin katibi vəzifəsində çalışarkən, rəsmi şəkildə qeydə alınmamış bir neçə 100 minlik ABŞ dollarını Ermənistandan Fransaya aparmaq istəyərkən, yerli polisləri tərəfindən limanda tutulub. O, “Kaym” teleşirkətin qurucularından biridir. Bu prodakşn-studiyası Ermənistan büdcəsindən ayrılan külli miqdarda maliyyə vəsaiti əvəzinə ictimai televiziya üçün proqramlar hazırlayır. Aleksan, həmçinin, “Konversbank”la da əlaqəlidir. 1999-cu ildə parlamentdəki terror aksiyasında təşkilatçı qismində həbs olunub. Terrora qədər dəstənin başçısı N.Unanyanla sıx əlaqələr saxlayıb. Bir neçə ay həbsxanada qalan Arutyunyan 2000-ci ilin aprel ayında azadlığa buraxılıb.
Ən böyük korrupsioner erməni məmuru - Qaqik Xaçatryan...
Gömrük xidməti idarəsinin sabiq rəis müavini/rəisi, Dövlət Vergiləri üzrə Komitə rəhbəri olmuş Qaqik Xaçatryan Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi general Qrişi Sarkisovanın yaxın qohumudur. Son məlumatlara görə, o, həm də R.Koçaryanın uzaq qohumudur.
Q.Xaçatryan ən çox korrupsiyaya baş vuran erməni məmurudur. İş orasındadır ki, gömrük xidməti idarəsinin rəisi və DVK-nin rəhbəri təyin olunmasından sonra Q.Xaçatryan öz biznesini daha da genişləndirdi. Onun sahibi olduğu, “Qellakse” supermarketi, “Santa-Fe” kafesi, “Fila” və “Qırmızı papaq” mağazalar şəbəkəsi, “Sorvano”, “Apeyron”, “Savos qrup” firmaları və digər onlarla obyektlər faktiki olaraq vergi ödəmirlər. O, eyni zamanda, arağın və şirniyyatın böyük idxalçısıdır. Xaçatryan malik olduğu vəzifəsindən istifadə edərək bazarda rəqiblərini sıxışdırır.
Qrupun “kassiri” Artur Cavadyan...
2008-ci ildən Ermənistan Mərkəzi Bankının sədri işləyən Artur Cavadyan ölkədə qanunvericiliyi kobud şəkildə pozan “Arminvestbank”ın sahibidir. O, “Arminvestbank”ın nəzarət paketini özündə saxlayan “Qenon” şirkətinin də rəhbəridir. “Qenon” şirkəti müxalifətçi “Azadlıq” partiyasının kirayələdiyi ofisdən qovulması prosesində iştirak edib. “Armvozxoz”un balansında olan “Kino evi”ni 90 min ABŞ dollarına ələ keçirib. 1999-2000-ci illərdə Cavadyan “Arminvestbank”ın sədrinin maliyyə məsələləri üzrə müşaviri olub. 2005-ci ildə o, “Arminvestbank”ı erməni əsilli iki ukraynalı iş adamına satıb və bank sonradan “Armbiznesbank”/ABB adlanıb. Onun tərəfdaşlarından biri də R.Koçaryandır. Artur Cavadyan müflisləşmiş “Ermənistan” bankının idarə heyətinin sədri olub.
Artur Cavadyan BVF-nin və DB-nın nümayəndələrinin tənqidlərinə baxmayaraq, Yerevanın mərkəzində mülk alıb, valyutadəyişmə məntəqələri açıb, banklar formalaşdırıb və bütün bunları özünə yaxın adamların adına qeydiyyatdan keçirib.
“Bespredel Liska”...
Sünik vilayətinin administrasiya rəhbəri Suren Xaçaturyanı (Liska) Ermənistanda bir çoxları sadəcə, residivist kimi tanıyırlar. çünki o müxtəlif müddətlərə 6 dəfə azadlıqdan məhrum olub. Xaçaturyan və onun qohumları Sünik vilayətindəki qeyri-qanuni fəaliyyətdən, oradakı nəzarətsizlikdən, total korrupsiya halından hər kəs xəbərdardır. Əldə olunmuş məlumatlara görə, onun komandası Ermənistanın cənubundan Yerevana qədər gedən müxtəlif qeydə alınmayan malların trafikinə əlverişli şərait yaradıb. Prezident Serj Sarkisyan onun qardaşı Saşikin parlamentə deputat seçilməsi üçün Sünik vilayətində seçkilərin saxtalaşdırılmasına görə minnətdar olur və onu müdafiə edir.
“Yaraşıqlı Arut”...
Parlamentin deputatı, Respublika partiyasının İcraedici orqanının üzvü Arutyun Pambukyan (Yaraşıqlı Arut) benzin və dizelin idxalı ilə məşğul olan “MaksQrupp” şirkətinin sahibidir. Böyük torpaq mülkiyyətçisi olan “Yaraşıqlı Arut” həm də yumurta və broyler istehsalı ilə də məşğuldur. O, hətta Dünya Bankının layihəsi əsasında Armavir vilayətində işlərin aparılmasına baxmayaraq, burada da böyük torpaq sahələrinə sahibdir.
Arutyun Pambukyan, eyni zamanda, Ermənistanın enerji şəbəkələrinin satılması prosesində də iştirak edib. Bu şəbəkələr Böyük Britaniyanın “Midlend resursis” şirkətinə satılıb. Bəzi mənbələrin məlumatına görə, Pambukyanın arxasında Robert Koçaryan dayanıb.
Telemaqnat Baqrat Sarkisyan...
“Ermənistan” və “ArmeniyaUSA” teleşirkətlərinin rəhbəri, telemaqnat Baqrat Sarkisyan Robert Koçaryanın və Serj Sarkisyanın ən yaxın adamlarından biri hesab edilir. 90-cı illərin ortalarında proqram təminatını həyata keçirmək üçün ACN firmasını yaradıb. O, həm də Ermənistana kompüter idxal edilməsi məsələsilə də məşğul olub. Baqrat Sarkisyan əvvəllər Dövlət Televiziyasında dizayner işləyib, sonradan isə özünün ilk “Biznes TV” teleşirkətini qurub.
1998-ci ildə “Ermənistan” televiziyasını yaratmış Baqrat Sarkisyanın əsas tərəfdaşları “Ermənistan hava yolları”, Mal birjası (rəhbəri Sedrak Sedrakyan), general Arşalyus Patyan və başqaları olub. Müəyyən müddətdən sonra Baqrat Sarkisyan teleşirkətin bütün aktivlərini öz əlinə keçirə bilib. 2000-ci ilin əvvəllərində daşınmaz əmlak satışı ilə məşğul olmağa başlayan Baqrat Sarkisyan teleşirkətin 50 faiz aktivlərini erməni əsilli amerikalı multimilyoner Cerard Qəfəsyana satıb. Bunlar isə ona daha iki teleşirkət formalaşdırmağa imkan verib. Bu dəfə isə Baqrat Sarkisyan Arutyun Pambukyanla birlikdə TV-5 və “Armnyuz” şirkətlərini yaradıblar. Bu şəbəkəyə sonradan kabel televiziyası, “Super system” sputnik sistemi və reklam agentlikləri qoşulub, burada, həmçinin, “TV mol” və “TV man” jurnalları özünə yer tapıb.
Bütün bunlarla yanaşı, Baqrat Sarkisyan Yerevanda bir sıra mağazaların və restoranların sahibidir. Bu sıraya “Bufe”, “Palermo”, İKEA və digər obyektlər daxildir. O, həmçinin, oyun biznesilə də məşğuldur.
Hazırda Baqrat Sarkisyan 5 teleşirkətin sahibidir. Bəzi məlumatlara görə, Yerevanın mərkəzində 10-larla evin mülkiyyətçisidir. Son altı ayı ABŞ-da yaşaması ilə bağlı informasiyalar var.
“Servis” Andranik...
Parlamentin sabiq deputatı, 1999-cu ildəki parlament terrorunda təsadüfən güllə yarası almış Andranik Manukyan 2001-2007-ci illər ərzində nəqliyyat və əlaqələr naziri, uzun müddət isə “AvtoVAZ-Ermənistan” şirkətinin rəhbəri postunda işləyib. Burada işlədiyinə görə də, onu “Servis Ando” adlandırırlar. O, Ermənistanda Rusiya istehsalı olan maşınların satılması üçün “Ararat-Lada” şirkətini yaradıb. Rusiyadan maşınların Ermənistana gətirilməsi isə “çilik motor tikaret” şirkəti tərəfindən Türkiyə və Gürcüstan vasitəsilə həyata keçirilir. Maraqlıdır ki, maşınlar Rusiyadan Türkiyəyə zavod qiymətlərilə gətirilirdi, Ermənistana da eyni qiymətlərlə aparılırdı və sənədlərdə bu öz əksini tapırdı. Bütün bunlarla yanaşı, maşınların idxalı saxta sənədləşdirmə ilə həyata keçirilir.
A.Manukyan Ermənistanın o məmurlarındandır ki, 10-12 il ərzində vergi və gömrük baryerlərini aşaraq, ərzaq məhsulları və tibbi ləvazimatların idxalı ilə məşğul olub. Faktiki olaraq, gömrük və vergi tərəfindən tutulsa da, məsuliyyətdən yayınmağı bacarıb. “Pejo” firmasının İranda istehsal etdiyi “Samand” avtomobillərinin idxalına nəzarət edən A.Manukyan, eyni zamanda, Avropadan, ABŞ-dan da bir sıra markalı maşınların Ermənistana gətirilməsinə görə, məsuliyyət daşıyır. O, uzun müddət Rusiyadan Ermənistana tikinti materialları adı altında mebel sənayesi üçün taxtalar idxal edib. Bu taxtalar isə İranın “Şahbazyan” mebel zavoduna yenidən ixrac olunub.
Parlamentdəki terror aktına görə, Koçaryan-Sarkisyanı bu hadisədə günahlandırsa da, sonradan onların tərəfinə keçib. özünün siyasi karyerası zamanı 6 partiya dəyişən A.Manukyan 2003-cü ildə prezident seçkilərində Koçaryanın xeyrinə səsləri saxtalaşdırıb.
O, həmçinin, reyd zamanı “Metropol” mehmanxanasını inşaat vaxtı ələ keçirib. Əvvəlki nazir, bir gecə içində tender elan edərək, “K-Telekom”un qalib gəlməsinə şərait yaradıb. Ermənistanda ikinci böyük mobil operatorun arxasında isə R.Koçaryan dayanıb. Son zamanlar, Ermənistanın iki böyük mobil operatorları - “ArmenTel” və “VivaCell” şirkətləri A.Manukyana maraqlandığı şəxslərin telefon danışıqlarının yazılı mətnini verirdilər. Bu yazılar lazım olan şəxslərə bir neçə 10 min dollarlara satılırdı. Bunlar isə şantaj üçün istifadə edilirdi. A.Manukyan Yerevanda elit evlərin tikintisində payı olan məmurlardan biridir...
Bir sözlə, Ermənistanda korrupsiya və cinayətlə məşğul olan məmurların siyahısını xeyli artırmaq da olar. Smbat Karaxanyanın da bildirdiyi kimi, adları çəkilənlər öz xalqından oğurluq edən və onu soymaqla məşğul olanların tam siyahısı deyil. Bu faktlar Ermənistanda yüksək vəzifədə olanların nə dərəcədə böyük varidata malik olduğunu, korrupsiya, cinayət, rüşvət hesabına var-dövlətlərini artırdıqlarını kifayət qədər aydın göstərir. Təbii ki, belə vəziyyət Ermənistan iqtisadiyyatının tənəzzülünü daha da sürətləndirir, onun bir dövlət olaraq çöküşünü tezləşdirir.
Tərcümə etdi: Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1082 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30