/ / Diaspor rəhbəri: Misirdəki diasporumuz Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək əzmindədir
Diaspor rəhbəri: Misirdəki diasporumuz Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək əzmindədir
29.12.2020 [09:30]
2019-cu il dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu imzalayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin bu il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etdiyi soydaşlarımızın arasında “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov da var.
Dövlətimizin başçısına və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirən S.Nəsirov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, bu mükafat Misirdə fəaliyyət göstərən diaspor təşkilatlarının hər bir üzvünün əməyinə verilən yüksək qiymətdir. O qeyd edib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, səfirliklə birgə fəaliyyət göstərən diasporumuz 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği, şanlı Ordumuzun torpaqlarımızı azad etməsi haqqında xəbərlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görüb. Belə ki, Misirin və digər ərəb ölkələrinin KİV-lərində məqalələr dərc etdirilib, ermənilərin vəhşilikləri, xüsusən İslam abidələrini dağıtması və məscidləri təhqir etməsi barədə ətraflı məlumatlar yayılıb. Eyni zamanda, Misir parlamentinin üzvləri, dini qurumlar və cəmiyyətlərin rəhbərləri ilə mütəmadi əlaqə saxlanılıb.
S.Nəsirov, həmçinin deyib: “Qələbədən sonra diaspor təşkilatımızın üzərinə daha çox vəzifə düşür. Biz Yaxın Şərq və Şimali Afrika ölkələrində hələ də güclü təbliğat aparan erməni diasporunun yalan və iftira dolu məlumatlarının qarşısının alınması, onlara vaxtında və tutarlı, tarixi faktlara və müasir reallıqlara əsaslanan cavab verilməsi istiqamətində daha səmərəli fəaliyyət göstərməliyik. Vətən müharibəsi günlərində Misirdəki hər bir azərbaycanlı sosial şəbəkələrdə bu qətiyyətli fəaliyyəti nümayiş etdirdi. Bu gün də fəaliyyətimiz davam edir. Bundan sonra da Misir ictimaiyyəti arasında, yerli KİV-lərdə doğma Azərbaycanımızın haqq səsinin daha çox yayılması, xalqımızın mədəniyyətinin və tarixinin təbliği istiqamətində səyləri artıracağıq. Əminəm ki, yeni ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün Misirdə yaşayan hər bir azərbaycanlı diaspor fəaliyyətinə öz töhfəsini verəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

