Milli Məclisin növbəti iclası keçirilib
29.12.2020 [09:39]
İclasda millət vəkilləri tərəfindən 14 qanun layihəsi müzakirə olunaraq qəbul edilib
Dekabrın 28-də Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib. Gündəliyin 9 məsələsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlərdir. Bu sənədlər ikinci oxunuşda müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2021-ci ilin büdcəsində büdcə gəlirləri 1 milyard 303 milyon manat artırılaraq 25 milyard 427 milyon manata, xərcləri isə 1 milyard 50 milyon manat artırılaraq 28 milyard 543 milyon manata çatdırılıb. Büdcə kəsirinin 3 milyard 116 milyon manat, inflyasiyanın 3 faiz, ÜDM artımının gələn il üçün 3,4 faiz, neftin qiymətinin isə 40 dollar olması nəzərdə tutulub. Ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün ayrılan xərclər 500 milyon manat, sosialyönümlü xərclər isə 563 milyon manat artırılıb. Hər iki istiqamətdə xərclər cənab Prezidentin bu sahələrdə apardığı xüsusi siyasətin maliyyə təminatını təmin etmək məqsədi daşıyır. Layihənin Milli Məclisin iclasında birinci oxunuşda müzakirələrində 36 deputat çıxış edib, eyni zamanda, komitədə həmin çıxışlarda qaldırılan məsələlər müzakirə edilib.
İclasda çıxış edən deputatlar Emin Hacıyev, Tahir Kərimli, Elşən Musayev, Fəzail Ağamalı büdcə layihəsinin ikinci oxunuşu barədə fikirlərini bildiriblər.
Sonra “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Qanun layihəsi ilə bağlı (ikinci oxunuş) məlumatında diqqətə çatdırıb ki, layihə barədə birinci oxunuşda geniş məlumat verilib. Bildirib ki, layihənin birinci oxunuşda müzakirəsi zamanı 7 deputat çıxış edərək dəyərli təkliflər veriblər. Həmin təkliflər komitədə müzakirə olunub və əlaqədar qurumlara məlumat verilib. Gələcəkdə onların mümkün olanları nəzərə alınacaq.
Komitə sədri bildirib ki, DSMF-nin büdcəsinin gələn il üçün həm gəlirlərində, həm də xərclərində 7,6 faiz artım olacaq, pensiyaların artım dinamikası davam edəcək, pensiyalar təxminən 9,3 faiz artacaqdır. Əmək pensiyalarının orta aylıq məbləğinin 38 manatadək artaraq gələn il ölkə üzrə 340 manata, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı proqnozlaşdırılır ki, bu da cənab Prezidentin apardığı məqsədyönlü sosial siyasətin bariz nümunəsidir. Müavinətlərdə də xeyli artımlar proqnozlaşdırılır və bütövlükdə DSMF-nin gələn il üçün büdcəsi aztəminatlı vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsində etibarlı təminat yaradacaq.
Qanun layihəsinin müzakirəsi zamanı deputatlardan Soltan Məmmədov, Siyavuş Novruzov, Fazil Mustafa, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Məlahət İbrahimqızı, Aydın Mirzəzadə, Aqil Abbas fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
Sonra “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verib. Bildirilib ki, fondun 2021-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 157 milyon 769 min manat məbləğində nəzərdə tutulub. Fondun gəlirlərinin böyük hissəsi, yəni 69 milyon manatı özünüməşğulluq tədbirlərinin təşkilinə həsr olunacaqdır ki, bu da şəhid ailələrinin, Qarabağ qazilərinin məşğulluğunun təmin olunmasını təmin edəcək.
Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanun layihəsi barədə (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Bildirib ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə 190 manatdan 196 manata, əmək qabiliyyətli əhali üçün 201 manatdan 207 manata, pensiyaçılar üçün 157 manatdan 162 manata, uşaqlar üçün 170 manatdan 175 manata qaldırılması planlaşdırılır.
Məsələ barədə deputat Fazil Mustafa fikirlərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanun layihəsi barədə (ikinci oxunuş) danışıb. Bildirib ki, gələn il üçün ehtiyac meyarının həddinin daha 10 manat və yaxud 6,2 faiz artırılaraq, 170 manat məbləğində olması nəzərdə tutulur. Sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
İclasda “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Bildirib ki, dəyişiklik texniki xarakter daşıyır. Belə ki, 2019-cu ildən DSMF-nin təşkilati-hüquqi forması dəyişdiyindən qanunda “sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsi”nin sözləri dəyişdirilərək “Dövlət Sosial Müdafiə Fondunun büdcəsi” yazılması nəzərdə tutulur.
Məsələ ilə bağlı deputat Aydın Hüseynovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Tədbirdə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mahiyyətcə bir-birinə yaxın olan növbəti üç məsələni ikinci oxunuşda təqdim edib. Bildirib ki, “Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişiklik DSMF-nin statusunun dəyişdirilərək publik hüquqi şəxsə çevrilməsi ilə bağlıdır. Qurum bundan sonra Dövlət Sosial Müdafiə Fondu adlandırılacaq.
“Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələlərin mahiyyəti isə pensiya və sosial müavinət təyinatında sosial sığorta prinsiplərinin gücləndirilməsi, bəzi kateqoriyalı şəxslər üçün nəzərdə tutulan pensiya əlavələrinin və sosial müavinət növlərinin Prezident təqaüdü ilə birləşdirilməsi, sığorta stajı sahəsində güzəştlərin daha iki il müddətində artırılması, pensiya təyinatının elektronlaşdırılması istiqamətində islahatların dərinləşdirilməsi məqsədi daşıyır.
Qanun layihələri barədə deputatlar Siyavuş Novruzov, Fazil Mustafa, Tahir Kərimli, Razi Nurullayev və Fəzail Ağamalı fikirlərini bildiriblər. İclasda hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Daha sonra “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli diqqətə çatdırıb ki, qanun layihəsi üçüncü oxunuşun bütün tələblərinə cavab verir.
Deputatlardan Fazil Mustafanın və Siyavuş Novruzovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Fasilədən sonra Milli Məclisin iclası davam etdirilib. Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyə iki məsələnin əlavə olunması təklif olunur. Bunlar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi barədə (birinci oxunuş) və “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələlərdir.
Yeni gündəlik təsdiq edildikdən sonra Spiker bildirib ki, beləliklə gündəliyin son 4 məsələsi birinci oxunuşda olan qanun layihələridir.
Sonra “Müflisləşmə və iflas haqqında” Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihələri (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, hər iki qanuna təklif olunan dəyişiklik Dünya Bankının “Doing Business” hesabatında “Müflisləşmənin həlli”, “Vergilərin ödənilməsi” və “Əmlakın qeydiyyatı” indikatorları üzrə kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, habelə sərf olunan müddət, prosedur və xərclərin optimallaşdırılması məqsədilə hazırlanmışdır və ölkəmizin “Doing Business” hesabatında qeyd olunan indikatorlar üzrə mövqeyinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.
Deputatlardan Razi Nurullayevin və Rüfət Quliyevin layihələr barədə fikirləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi barədə (birinci oxunuş) məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanuna iki maddənin əlavə edilməsi təklif olunur. Birinci maddə iri neft emalı zavodunun (illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması çərçivəsində avadanlıqların və materialların idxalına 2021-ci ildən etibarən 2 il müddətində ƏDV-dən azad olunmasını özündə ehtiva edir.
Belə ki, 2018-ci ildən etibarən Azərbaycanda Heydər Əliyev adına Neft emalı zavodunun yenidən qurulması zamanı istifadə olunacaq xaricdən gətirilən avadanlıqlara ödənilən ƏDV-nin ARDNŞ-ə geri qayrtarılması mexanizmi var idi. Avadanlıqlar alınıb gətirilirdi, rüsum ödənilirdi, sonra isə həmin vəsait Dövlət Neft Şirkətinə geri qaytarılırdı. Bu mexanizm iki il idi fəaliyyət göstərirdi. Bu dəyişiklik həmin mexanizmin ləğv olunmasını və idxal zamanı alınmamasını özündə ehtiva edir.
İkinci maddə isə ölkəmizə koronovirus infeksiyasına qarşı vaksinlərin idxalı zamanı həmin vaksinlərin və şpritslərin 2021-ci il yanvarın 1-dən idxalda ƏDV-dən azad olunmasını nəzərdə tutur. Bu, daha aşağı qiymətə daha çox əhalinin vaksinasiya olunmasına kömək edəcək.
Layihə barədə deputat Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra sənəd birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
“Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, qanunla hər bir büdcədənkənar fondla büdcə arasında olan əlaqə tənzimlənir. Təminat Fondu da büdcədənkənar bir fonddur. Onun yaradılmasının əsas məqsədi dövlət zəmanəti ilə dövlət şirkətlərinin götürdüyü borca xidmət mexanizminin yaradılmasıdır. Təminat Fondu bu borcu özü ödəyir, daha sonra isə dövlət şirkətləri götürdüyü borclara görə aylıq, illik ödəmələri həmin fonda ödəyir. İndiyədək bizim qanunda Dövlət büdcəsindən Təminat Fonduna ödəmənin mexanizmi mövcud idi, amma əks mexanizm mövcud deyildi. Bu dəyişiklik həmin əks mexanizmin yaradılması məqsədini daşıyır.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

