Milli Məclisin növbəti iclası keçirilib
30.12.2020 [09:28]
İclasda 2021-ci ilin büdcə layihəsinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul olunub
Dekabrın 29-da Milli Məclisin növbəti iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər. Spiker Sahibə Qafarova iclası açaraq gündəlik barədə məlumat verib. Öncə 17 məsələdən ibarət gündəlik təsdiqlənib. Milli Məclisin Sədri məlumat verib ki, gündəliyin ilk 9 məsələsi dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələridir.
İclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” (üçüncü oxunuş) Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, qalib dövlətin büdcəsi, həmçinin manat ifadəsində ən böyük büdcə kimi xarakterizə olunan 2021-ci ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin komitələrində və plenar iclaslarda ətraflı və geniş müzakirə olunub. Həmin iclaslarda maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankın, Hesablama Palatasının rəhbərləri fəal iştirak ediblər. Büdcə layihəsi birinci və ikinci oxunuşda deputatlar tərəfindən müsbət qiymətləndirilib. Eyni zamanda deputatlar müzakirələr zamanı müxtəlif təkliflərlə çıxış ediblər.
Tahir Mirkişili bir daha deputatların nəzərinə çatdırıb ki, 2021-ci ilin dövlət büdcəsi layihəsində büdcə gəlirləri 1 milyard 303 milyon manat artırılaraq 25 milyard 427 milyon manata, büdcənin xərcləri isə 1 milyard 50 milyon manat artırılaraq 28 milyard 543 milyon manata çatdırılıb. Gələn il üçün büdcə kəsiri 3 milyard 116 milyon manat, inflyasiya 3 faiz, ÜDM-in artımı 3,4 faiz, neftin 1 barelinin qiyməti 40 dollar məbləğində nəzərdə tutulub. Ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə ayrılan xərclər 500 milyon manat, sosialyönümlü xərclər isə 563 milyon manat artırılıb.
Deputatların təklifləri əsasən, ölkə iqtisadiyyatının müxtəlif istiqamətlərinin və qeyri-neft sektorunun inkişafına, regionlarda sahibkarlığın inkişafı hesabına gələcəkdə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artmasına yönəlib. Eyni zamanda, dövlət büdcəsi xərclərinin daha səmərəli istifadə olunmasının, şəffaflığın artırılmasının, kölgə iqtisadiyyatına qarşı mübarizənin daha da gücləndirilməsinin zəruriliyi qeyd edilib.
Komitə sədri vurğulayıb ki, üçüncü oxunuşda müzakirəyə çıxarılmış dövlət büdcəsi layihəsi 2021-ci ildə ölkə qarşısında duran çağırışlara layiqli cavab vermək, sosial sahədə və təhlükəsizlik məsələləri istiqamətində dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.
Sonra iclasda Maliyyə naziri Samir Şərifov çıxış edərək parlament komitələrində və plenar iclaslarda qaldırılan məsələlərə aydınlıq gətirib, deputatların suallarına cavab verib. Samir Şərifov qeyd edib ki, prioritet sahələr daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Belə ki, son 5 ildə milli təhlükəsizliyə və müdafiəyə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi artaraq 16,1 faiz təşkil edib.
Nazir bildirib ki, ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinin tam başa çatdırılması, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, məşğulluğun təmin edilməsi çərçivəsində sosial müdafiəyə ehtiyacı olan əhali qrupları üçün yeni iş yerlərinin yaradılması məqsədilə tədbirlər gələn il də davam etdiriləcək.
Maliyyə naziri vurğulayıb ki, yola saldığımız 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq Zəfəri qarşıdan gələn 2021-ci ildə də ölkəmizin bütün aparıcı sahələrində davam etdirməklə iqtisadiyyatın dayanıqlı əsaslarla inkişaf etdirilməsinə, işğal olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin vüsət almasına, xalqın rifahının və dövlətimizin hərbi qüdrətinin daha da artırılmasına nail olmaq əzmindəyik. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, hər birimiz qarşıya qoyulmuş bu şərəfli və heç də asan olmayan vəzifələrin uğurla yerinə yetirilməsi üçün yorulmadan çalışmalıyıq.
İclasda deputat Sabir Rüstəmxanlının seçildiyi bölgə ilə bağlı təklifləri dinlənilib. Sonra “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Plenar iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” (üçüncü oxunuş) Qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Bildirib ki, DSMF-nin gələn il üçün olan büdcəsi etibarlı büdcədir, bu büdcə imkan verəcək ki, 2021-ci ildə aztəminatlı vətəndaşlarımız, pensiyaçılarımız, əlillərimiz, sosial müavinət alan digər kateqoriyadan olan vətəndaşlarımız daha təminatlı şəraitdə yaşasınlar. Qeyd edib ki, müavinətlərin və pensiyaların artım tempi inflyasiyanı üstələyir.
Sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi hazırlanarkən, ilk növbədə, əhalinin sosial müdafiəsi və sosial təminatı əsas götürülüb. Bu baxımdan ən önəmli kontingent olan şəhid ailələrinə və müharibə əlillərinə dəstək tədbirləri xüsusi əhatə olunub. Bu məsələlər dövlət başçısının xüsusi nəzarətindədir. Bu istiqamətdə silsilə addımlar atılır. Ötən il böyük sosial islahatlar paketi həyata keçirilib.
Nazir qeyd edib ki, həmin kateqoriyadan olan şəxslərin mənzil və avtomobillərlə təminatı sahəsində ciddi irəliləyişlər var. Bu günədək 9 mindən artıq mənzil, 7 mindən artıq avtomobil həmin kateqoriyadan olan şəxslərə təqdim edilib və bu proses davamlıdır. Cari ildə qənaət edilmiş vəsait barədə məlumat verən Sahil Babayev bildirib ki, yığımların artması və saxta pensiya işlərinin ləğv edilməsi və optimallaşdırılması nəticəsində qənaət edilmiş 250 milyon manat vəsait də əhalinin sosial müdafiəsinə və sosial təminatına yönləndirilib. Bu il 190 manatlıq səviyyədə olan ödənişin təxminən 200 milyon manatdan yuxarı olan hissəsi bu vəsaitlər hesabına ödənilib.
İclasda “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” (üçüncü oxunuş) Qanun layihəsini təqdim edib. Nəzərə çatdırıb ki, İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 milyon 769 min 146 manat, bu da cari ildəkindən 6 milyon 500 min manat çoxdur. Planlaşdırılan vəsaitin 70 milyon manatı məhz özünüməşğulluq proqramlarının genişlənməsinə sərf olunacaq.
Deputatlar üçüncü oxunuşda səsə qoyulan “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Qanun layihəsini dəstəkləyiblər.
Plenar iclasda “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” (üçüncü oxunuş) Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili şərh edib. Bildirib ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manatdan 196 manata, əmək qabiliyyətli əhali üçün 201 manatdan 207 manata, pensiyaçılar üçün 157 manatdan 162 manata, uşaqlar üçün isə 170 manatdan 175 manata qədər artırılıb.
Müzakirə zamanı deputat Fazil Mustafa rəy və təkliflərini bildirib. Nazir Sahil Babayev sualı cavablandırdıqdan sonra “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanun layihəsi səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.
İclasda “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanun layihəsi barədə (üçüncü oxunuş) məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində nəzərdə tutulub. Bu, cari ildəkindən 10 manat və ya 6,2 faiz çoxdur.
Səsvermə zamanı millət vəkilləri “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanun layihəsini də üçüncü oxunuşda təsdiqləyiblər.
“Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, dəyişiklik texniki xarakter daşıyır. Azərbaycanda 2019-cu ildən DSMF-nin təşkilati-hüquqi forması dəyişildiyindən qanunda “müvafiq icra hakimiyyəti” əvəzinə Dövlət Sosial Müdafiə Fondunun adının yazılması təklif olunur.
İclasda “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsi səsə qoyulub və üçüncü oxunuşda qəbul olunub.
Sonra Milli Məclis Sədrinin təklifinə əsasən, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mahiyyətcə bir-birinə yaxın olan növbəti üç qanun layihəsi barədə məlumat verib. Bildirib ki, “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda edilən dəyişikliklər ölkəmizdə sosial təminat sahəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Sənədlər üçüncü oxunuşda qəbul edilib.
İclasda “Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında” Qanun layihələri də üçüncü oxunuşda qəbul edilib.
Plenar iclasda “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş) Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Məlumat dinlənildikdən sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyulub və qəbul olunub.
“Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimlinin şərhi dinlənilib. Müzakirədə deputat İltizam Yusifov yollar və nəqliyyat vasitələri barədə fikirlərini və təkliflərini nəzərə çatdırıb. Səsvermə zamanı “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsi dəstəklənib.
Sonra iclasda ikinci oxunuşda müzakirəyə təqdim olunmuş 4 qanun layihəsinə baxılıb. Gündəlikdəki növbəti iki qanun layihəsi - “Müflisləşmə və iflas haqqında”, həmçinin “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihələri (ikinci oxunuş) barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, hər iki qanuna təklif olunan dəyişiklik Dünya Bankının “Doing Business” hesabatında “Müflisləşmənin həlli”, “Vergilərin ödənilməsi” və “Əmlakın qeydiyyatı” indikatorları üzrə kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, habelə sərf olunan müddət, prosedur və xərclərin optimallaşdırılması məqsədilə hazırlanıb və ölkəmizin “Doing Business” hesabatında qeyd olunan indikatorlar üzrə mövqeyinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Qeyd edib ki, bu reytinqlərdə bizim mövqeyimiz nə qədər yaxşı olsa, biz xarici investorların və beynəlxalq təşkilatların Azərbaycana dəvət edilməsində bir o qədər uğurlu fəaliyyət göstərəcəyik.
İclasda ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq “Müflisləşmə və iflas haqqında” Qanunda edilən dəyişiklik səsə qoyulub və sənəd ikinci oxunuşda qəbul edilib.
Sonra “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş) daha bir Qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin şərhi dinlənilib. Bildirilib ki, qanuna iki maddə əlavə edilir. Onlardan biri 2 il müddətinə ölkəyə idxal olunacaq koronavirus infeksiyasına qarşı vaksinlərin və şprislərin ƏDV-dən azad olunmasını nəzərdə tutur. Digər maddə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən 2 il müddətinə azad olunmasını ehtiva edir.
Qanun layihəsi əsas kimi qəbul edildikdən sonra müzakirə aparılıb, komitə sədri Siyavuş Novruzovun və deputat Aqil Abbasın fikirləri dinlənilib.
Plenar iclasın yekununda komitə sədri Tahir Mirkişili ikinci oxunuşda təqdim olunmuş “Dövlət borcu haqqında” Qanuna təklif olunan dəyişiklikləri şərh edib. Deputat Nigar Arpadarainin fikirləri dinlənilib. Qanun layihəsi ikinci oxunuşun prosedur qaydalarına uyğun səsə qoyulub və “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Nardar
Xəbər lenti
Hamısına baxGündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34

