/ / Azərbaycanın şanlı qələbə qazanaraq öz ərazi bütövlüyünü tam təmin etməsi çoxəsrlik dövlətçilik tariximizin ən parlaq zəfəridir
Azərbaycanın şanlı qələbə qazanaraq öz ərazi bütövlüyünü tam təmin etməsi çoxəsrlik dövlətçilik tariximizin ən parlaq zəfəridir
30.12.2020 [09:39]
Prezident İlham Əliyev: Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik
Azərbaycan sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq öz gücünü bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz 44 gün ərzində bir gün də olsun geri çəkilmədi, hər gün yeni zəfərlərə imza ataraq tarixi torpaqlarımızı işğaldan azad etməyə nail oldu. Bu qələbə sayəsində bölgədə yeni reallıqlar yaranıb. Artıq üç onillik ərzində davam edən Dağlıq Qarabağ münaqişəsi, eləcə də qoşunların təmas xətti, status-kvo kimi anlayışlar tarixə qovuşub. İşğaldan azad edilən ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına gedərək burada da şanlı bayrağımızı ucaldıb. Xüsusi əməliyyat nəticəsində geri qaytarılan Qubadlıda bayrağımızı ucaldan dövlətimizin başçısı erməni faşizminin məhv edildiyini qürur hissi il nəzərə çatdırıb. Bu gün 44 günlük Vətən müharibəsində erməni faşizmini məhv edən Azərbaycan Ordusu regionda təhlükəsizliyin qarantı rolunda çıxış edir. Şanlı qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”, - deyə vurğulayıb.
Azərbaycan işğalçı Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi
Azərbaycan sülhsevər ölkədir. Respublikamız beynəlxalq birlik tərəfindən tanınan ərzilərinin 20 faizinin işğal altında olmasına, təxminən 1 milyon azərbaycanlının qaçqın, məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, üç onillik ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak etməsi və daim konstruktivlik göstərməsi ilə sülhə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyib. Azərbaycan tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanmaqla daim o mövqedən çıxış edirdi ki, sülh danışıqları formal xarakter daşımamalıdır, substantiv nəticələrə hesablanmalıdır. Ancaq eyni sözləri işğalçı Ermənistan barəsində söyləmək mümkün deyil. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızdakı hakimiyyət boşluğundan sui-istifadə etməklə 20 faiz ərazilərimizi öz nəzarəti altına alan Ermənistan işğal məhsulu olan status-kvonu sonsuzadək davam etdirmək istəyirdi. Bu ölkənin danışıqlarda iştirakı formal xarakter daşıyırdı. Son illərdə isə işğalçı dövlətin baş naziri Nikol Paşinyan sərsəm bəyanatlar səsləndirərək danışıqlar prosesini, əslində, dalana sürükləmişdi. O, gah danışıqların formatının dəyişdirilməsinin “zəruriliyini” əsaslandırmağa çalışır, gah da deyirdi ki, “Dağlıq Qarabağ Ermənistandır və nöqtə”. Beynəlxalq təzyiqlərdən kənarda qalan işğalçı dövlətin siyasi-hərbi rəhbərliyi cəzasızlıq mühitindən ruhlanaraq “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməkdən belə çəkinmirdi. Təkcə cari ildə Ermənistanın hərbi birləşmələri ölkəmizə qarşı üç dəfə təxribata əl atdılar. Birinci dəfə iyul ayında iki ölkə arasındakı dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimiz intensiv artilleriya atəşinə tutuldu. Düşmənin bu təxribatı törətməkdə məqsədi yeni ərazilər tutmaq və yaxınlıqdakı enerji infrastrukturuna nəzarəti ələ keçirmək idi. Azərbaycanın Silahlı Qüvvələri düşmənin hərbi birləşmələrinə layiqli cavab verərək dövlət sərhədimizin pozulmasının qarşısını qətiyyətlə aldılar. Avqust ayında isə düşmən Goranboy istiqamətində mövqelərimizə diversant qrupu göndərdi. Əsgər və zabitlərimiz yenə də sayıqlıq göstərərək bu təxribatın da qarşısını vaxtında aldılar.
İşğalçı Ermənistanın sentyabrın 27-də törətdiyi təxribatın miqyası daha geniş idi - cəbhənin bütün istiqamətlərini əhatə edirdi. Azğınlaşan düşmən cəzalandırılmalı idi və Azərbaycan bunu etdi. Silahlı Qüvvələrimiz düşmənin təxribatlarına Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başlamaqla cavab verdi. Son 17 ildə dövlət başçımızın davamlı qayğısı sayəsində formalaşan güclü Ordumuz müharibənin elə ilk günlərindən təşəbbüsü ələ aldı. Məlum olduğu kimi, işğalçı Ermənistanın hərbi birləşmələri heç vaxt açıq döyüşlərdə hansısa bir uğur qazana bilməyiblər. Düşmən bu dəfə də riyakar, namərd sifətini ortaya qoydu. Belə ki, döyüş meydanında Ordumuzdan sarsıdıcı zərbələr alan Ermənistanın hərbi birləşmələri bunun qisasını münaqişə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizi ağır artilleriyadan atəşə tutmaqla çıxmağa çalışırdı. Gəncəyə, Bərdəyə, Tərtərə, Ağcabədiyə qadağan olunmuş silahlardan çoxlu sayda zərbələr endirildi, nəticədə 100-ə yaxın dinc sakin həyatını itirdi, yaşayış evlərinə, mülki infrastruktura ciddi ziyan dəydi. Məkrli düşmən bununla elə zənn edirdi ki, Azərbaycan adekvat addımlar atıb Ermənistanın yaşayış məntəqələrini atəşə tutacaq və müharibə, necə deyərlər, beynəlxalq miqyas alacaq. Lakin düşmənin hiyləgər planları baş tutmadı. Azərbaycan Ordusu Ermənistanın hərbi birləşmələrinə sarsıdıcı zərbələrini döyüş meydanlarında endirdi. Verilən məlumatlara görə, 10 min erməni əsgər və zabiti fərarilik edərək döyüş mövqelərindən qaçıb. Azərbaycan Ordusunun şəxsi heyəti isə müharibədə igidlik, Vətənə bağlılıq, hərbi anda sədaqət nümayiş etdirdi. Silahlı Qüvvələrimizin seçdiyi döyüş taktikası, məharətlə idarə edilən innovativ silahlar, ələlxüsus da pilotsuz uçuş aparatları Ermənistanın hərbi birləşmələrinin əsgər və zabitləri üçün ölüm kabusuna çevrilmişdi. Müharibənin aktiv döyüşlər gedən mərhələsində Silahlı Qüvvələrimiz 300-dək kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında geri qaytarmağa müvəffəq oldu. Noyabrın 8-də Şuşa şəhərinin, ertəsi gün isə 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi ilə müharibənin aktiv döyüşlər fazası yekunlaşdı. Müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşən düşmən ölkənin siyasi rəhbərliyi noyabrın 10-da Ermənistan üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları sənədə əsasən, məğlub durumda olan Ermənistan boynuna bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz ölkəmizə təslim etdi. Vətən müharibəsində qazandığımız şanlı qələbədən qürur hissi ilə bəhs edən dövlətimizin başçısı vurğulayıb: “Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyası idi. Ermənistan təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü. Ondan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atmadan bizə qaytarıldı. Bu gün Azərbaycan əsgəri bu rayonlarda xidmət göstərir. Bu da böyük nailiyyətdir”.
Ermənistan tərəfindən revanş cəhdləri göstərilsə, bu, işğalçı dövlət üçün daha ağır nəticələr verə bilər
Azərbaycan Prezidenti İlham Əliyev müharibə dövründə müxtəlif populyar transmilli media qurumlarına verdiyi müsahibələrində bir fikri dönə-dönə vurğulayıb: Respublikamızın düşmən dövlətin ərazisində heç bir hərbi niyyəti yoxdur. Həqiqətən də, əgər Azərbaycanın belə bir niyyəti olsaydı, yuxarıda bəhs etdiyimiz iyul təxribatı və Vətən müharibəsi dövründə bunu çox asanlıqla həyata keçirə bilərdi. Ancaq qeyd olunduğu kimi, Azərbaycan sülsevər dövlətdir. Sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlamaqda Silahlı Qüvvələrimizin məqsədi mövqelərimizi, mülki infrastrukturu və dinc əhalini qorumaq, işğalçıları torpaqlarımızdan çıxarmaq olub. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq və ərazi bütövlüyümüzü təmin etmək son üç onillik ərzində bir nömrəli ümummilli məsələ kimi Azərbaycan dövlətinin gündəliyinin mərkəzində dayanıb. Artıq Vətən müharibəsində düşmən üzərində şanlı qələbə qazanan ölkəmiz, xalqımız öz istəyinə nail olub. Müzəffər Ali Baş Komandanımız, Onun rəhbərliyi ilə döyüşən Ordumuz xilaskarlıq missiyasını şərəflə yerinə yetirib.
Yuxarıda sözügedən üçtərəfli Bəyanatda müharibənin yekununa uyğun olaraq ölkəmizin bir sıra şərtləri təmin olunub. Əslində, Azərbaycan Ermənistan üçün tam kapitulyasiya aktı sayılan bu sənədi imzalamaqla növbəti dəfə humanizm nümunəsi ortaya qoyub. Məlum olduğu kimi, Prezident İlham Əliyev müharibənin ilk günlərində bildirirdi ki, Ermənistanın baş naziri işğal altındakı torpaqların geri qaytarılacağına dair cədvəl təqdim etsə, O, döyüşləri dayandırmağa hazırdır. Lakin işğalçı dövlətin siyasi rəhbərliyi belə bir cədvəl təqdim etmədi və nəticədə daha ağır zərbələr aldı. Azərbaycan Prezidenti Öz sözünə növbəti dəfə də sadiq qaldı, işğalçı dövlət kapitulyasiyasını boynuna aldıqdan və Ağdam, Kəlbəcər, Laçın rayonlarının döyüşsüz geri qaytarılması ilə bağlı müvafiq cədvəl təqdim etdikdən sonra müharibəni dayandırdı. Müharibənin davam etməsi Ermənistan üçün daha böyük itkilər demək idi. Təəssüf doğuran haldır ki, Ermənistandakı bəzi qüvvələr və onların xaricdəki havadarları son günlərdə revanşist cəhdlərdə bulunurlar. Onlar qondarma “DQR” ordusunun Azərbaycanın azad etdiyi torpaqları yenidən geri qataracağı ilə bağlı sərsəm fikirlər səsləndirirlər. Görünür bəhs olunan qüvvələr müharibənin yekunlarından lazımi nəticələr çıxartmayıblar. Prezident İlham Əliyev məğlub ölkəyə sərt mesajlarını çatdırıb. “Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, üçtərəfli Bəyanata əsasən, bölgəyə Rusiya sülhməramlıları cəlb olunub. Bundan başqa, qardaş Türkiyə də sülhyaratma prosesində iştirak edəcək. Rusiya və Türkiyə hərbçiləri Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə yaradılan monitorinq mərkəzində birgə fəaliyyət göstərəcəklər. Hazırda işğaldan azad olunan Ağdamda monitorinq mərkəzinin yaradılması istiqamətində intensiv iş aparılır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53

