ABŞ işğalçı Ermənistanı böhrandan çıxartmağa cəhd göstərir
21.04.2010 [09:18]
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda öncə millət vəkilləri cari məsələlərlə əlaqədar çıxışlar ediblər. Millət vəkili Vahid Əhmədov son zamanlar, ölkə ərazisində torpaq sürüşməsinin intensiv xarakter aldığını bildirib. Onun sözlərinə görə, Qubada, Qusarda, Daşkəsəndə və digər yerlərdə belə halların baş verməsi nəticəsində, əhali ciddi ziyan çəkir. Fövqəladə Hallar Nazirliyinin bu məsələ ilə bağlı müəyyən işlər gördüyünü deyən millət vəkilinin fikrincə, sözügedən sahədə dövlət proqramının olması daha məqsədəuyğundur. “Həmçinin, çayların öz məcrasından çıxması nəticəsində, həm əhalinin fərdi evlərinə, kəndlərə, həm də əkin sahələrinə ciddi ziyan dəyir. Sovet dövründə belə halların qarşısını almaq üçün bəndlər tikilirdi və çayların məcrasından çıxmasının qarşısı alınırdı. Amma son vaxtlar çaylar təmizlənmədiyi üçün belə hallar baş verir” deyən millət vəkili problemin aradan qaldırılması üçün sistemli tədbirlərin həyata keçirilməsini təklif edib.
Millət vəkili Tahir Rzayev isə qanunsuz evlərlə bağlı məsələyə münasibət bildirib. Onun sözlərinə görə, dəmir yollarının, elektrik və qaz xətlərinin yaxınlığında tikilmiş evlərlə bağlı xeyli söz-söhbət gəzir: “Belə evlərin sayı minlərlədir. Həmin evlərin söküləcəyi ilə bağlı ajiotaj yaradılır. Həqiqətən də, elə vətəndaşlar var ki, 10-15 il yaşadığı evi tam sənədləşdirməyib. Bununla belə, onların evi necə gəldi sökülməməlidir. Müvafiq orqanlar tərəfindən həmin evlərin uçotu aparılmalı və onlar sənədləşdirilməlidir”.
Millət vəkili İkram İsrafil isə çıxışında “Azərikimya” Dövlət Şirkəti ilə bağlı görülən tədbirlərə görə, bu işdə əməyi olan hər bir şəxsə-ölkə Prezidentinə, millət vəkillərinə və müvafiq dövlət orqanlarına təşəkkürünü bildirib. Onun sözlərinə görə, köhnə rəhbərliyin ucbatından üç aydır əməkhaqqı almayan işçilərin məvaciblərinin 50 faizi artıq ödənib.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə çıxışında bildirib ki, Azərbaycanın sürətli inkişafı, regionda aparıcı dövlətə çevrilməsi və ölkəmizin Dağlıq Qarabağ problemində prinsipial mövqe nümayiş etdirməsi bəzi qüvvələri narahat edir. S.Novruzov deyib ki, bir sıra dövlətlər işğalçı Ermənistana təzyiq göstərmək əvəzinə ona hər cür yardım edirlər. Onun sözlərinə görə, Azərbaycanın haqlı mövqeyinə dəstək verdiyi üçün Türkiyəyə təzyiq göstərilir. “Məqsəd odur ki, işğalçı Ermənistanla sərhədlər açılsın və bu dövlət çətin vəziyyətdən qurtulsun. Təəssüf ki, Azərbaycanda bəzi siyasi dairələr həmin xarici qüvvələrin əlində alətə çevrilib. Parlament seçkiləri ərəfəsində müxalifət partiyalarından ölkəmizdə qarışıqlıq yaratmaq üçün istifadə olunmağa çalışılır. Hələ bir müddət öncə demişdik ki, siyasi partiyalar xaricilərin fikirlərinə uymasınlar. Əsl məqsədlərin nədən ibarət olduğunu bəyan etmişdik. Ancaq müxalifət partiyaları öz ağalarının əmrlərini yerinə yetirdilər. Bir neçə gün öncə qanunsuz aksiya keçirməyə cəhd göstərdilər” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov xatırladıb ki, BMT-də Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələ müzakirə olunarkən, ABŞ və digər həmsədrlər ərazi bütövlüyümüzün əleyhinə səs veriblər. Onun sözlərinə görə, belə həssas məsələlərdə ölkəmizin bütün siyasi qüvvələri ümummilli mövqedən çıxış etməlidir.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Bakı şəhərinin bütün rayonlarında kütləvi aksiyalar keçirmək üçün yerlər ayrılıb. Onun sözlərinə görə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun Avropa Şurası tərəfindən müsbət rəy alıb və bu qanun Avropa standartlarına cavab verir. Sadəcə, aksiya keçirmək istəyən təşkilatlar qanunun tələblərinə əməl etməlidirlər.
Millət vəkili Əli Məsimli isə çıxışında uydurma “erməni soyqırımı”nın ifşa edilməsi ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, qondarma “erməni soyqırımı” ilə bağlı bu il Azərbaycan hökumətinin həm KİV vasitəsilə, həm ölkəmizdən kənarda gördüyü işlər, həm də Türkiyə-Azərbaycan kontekstində gördüyü işləri müsbətdir. Millət vəkili hesab edir ki, bu işin davam etdirilməsi, məhz həmin qondarma məsələnin yalanlanması istiqamətində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. “Birinci Dünya müharibəsi zamanı ermənilər türklərə qarşı qiyam qaldırıblar. Həmin vaxt öldürülən türklərin sayı 2 milyon, ermənilərin sayı 500 min civarındadır. Burada vacib olan ermənilərin xəyanətidir. Osmanlılar özlərini müdafiə ediblər. Bu gün uydurma məsələni gündəmdə saxlamaqla, ermənilər ABŞ-da böyük pullar qazanırlar. Ermənilər arxivləri açmırlar, çünki açılsa bütün həqiqətlər üzə çıxacaq və həmin pullardan məhrum olacaqlar” - deyə, millət vəkili qeyd edib.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da çıxışında ABŞ-ın mövqeyini tənqid edib. Onun sözlərinə görə, Azərbaycan antiterror koalisiyasının ən fəal üzvüdür. Eyni zamanda, bütün önəmli məsələlərdə Azərbaycan ABŞ-ın strateji tərəfdaşı olduğunu bəyan edib. Millət vəkili hesab edir ki, bütün bunların əvəzində, ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyi və işğalçı Ermənistanı böhrandan çıxarmaq səyləri qəbuledilməzdir.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov çıxışında bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində son zamanlar müsbət meyillər müşahidə olunsa da, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti Azərbaycan ictimaiyyətini qane etmir. Əli Əhmədov deyib ki, Türkiyənin bu prosesdə fəallıq göstərməsi və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi təqdirəlayiq haldır. Onun sözlərinə görə, Türkiyənin münaqişənin həllinin nizamlanmasına kömək edə biləcək təkliflərinə həmsədrlər əks mövqe nümayiş etdirir. Bu mövqe daha çox ABŞ tərəfindən ifadə olunur.
“Söhbət Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasından gedir. Bu məsələdə, ABŞ-ın ifadə etdiyi mövqe Azərbaycan-ABŞ münasibətlərinin xarakterinə uyğun gəlmir. Bu mövqe, həmçinin, vasitəçilik missiyasına, həm də ABŞ-ın dünyada demokratiya carçısı kimi imicinə uyğun deyil. Təbii ki, bütün bunlar Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olur” - deyə, YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov bildirib ki, Milli Məclisin üzvləri, ölkədə fəaliyyət göstərən siyasi partiyalar və ictimai təşkilatlar ABŞ-ın bu mövqeyinə etirazlarını açıq şəkildə ortaya qoymalıdırlar.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə seçki prosesi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq işləri gedir. Bütün siyasi təşkilatlar bu prosesdə fəal iştirak etməlidirlər. B.Muradova bildirib ki, ölkəmizdə mövcud qanunvericiliyə uyğun olaraq, keçirilmiş seçkilər beynəlxalq standartlara cavab verib. Milli Məclisin sədr müavini deyib ki, xalqımız bu seçkilərdə fəal iştirak edib və onu qəbul edib. Vitse-spiker qeyd edib ki, son 10 il ərzində ölkəmiz sürətli inkişaf edib və bu inkişaf xalqın gözü qarşısında baş verib.
“Hazırda parlament seçkilərinə hazırlıq işləri gedir. Artıq bir sıra beynəlxalq təşkilatların iştirakı ilə bu məqsədlə tədbirlər keçirilir. Amma bəzi müxalifət partiyaları hansısa səbəblərdən həmin tədbirlərdə iştirak etmirlər və seçki ilə bağlı indidən proqnozlar verirlər. Hesab edirəm ki, seçki prosesində iştirak etmədən bu məsələ ilə bağlı fikir yürütmək düzgün deyil. Yaxşı olar ki, həmin siyasi təşkilatlar bu proseslərdə iştirak etsinlər” - deyə, B.Muradova vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

