/ / "Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirilib
"Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirilib
22.04.2010 [09:52]
Dünən Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, jurnalist birlikləri və QHT-lərin, xəbər agentlikləri və mətbuatın, respublikada fəaliyyət göstərən teleradio yayımı şirkətlərinin rəhbərləri iştirak ediblər. MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan teleradio məkanında mövcud olan problemləri araşdırmaq və onların həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparmaqdır.
Konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək, Azərbaycanda elektron informasiya vasitələrinin fəaliyyəti istiqamətində müvafiq addımların atıldığını, bu sahədə əldə edilmiş uğurlarla yanaşı, çatışmazlıqların da olduğunu diqqətə çatdırıb. ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərin təbliği, yeni nəslin tərbiyəsi və formalaşması istiqamətində teleradio məkanının önəmli rolunu yüksək qiymətləndirməsindən, Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi qayğıdan danışan Ə.Həsənov bildirib ki, müstəqil dövlətimiz bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Konfransın Azərbaycan cəmiyyəti üçün mühüm əhəmiyyətə malik olduğunu deyən şöbə müdiri qeyd edib ki, televiziya və radio elə bir informasiya, ideologiya və milli mənəvi dəyər daşıyıcısıdır ki, hər bir təbəqənin evinə, mənzilinə qapını döymədən daxil olur. Bunu nəzərə alaraq Azərbaycan dövləti elektron informasiya vasitələrinə, onların inkişafına xüsusi diqqət yetirir.
Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, əgər Azərbaycan cəmiyyətini dünyanın aparıcı cəmiyyətlərindən birinə çevirmək istəyiriksə, televiziyaların efirinə ölkəmizin aparıcı şəxsiyyətlərini - elm, mədəniyyət, incəsənət və digər sahələrin tanınmış və əksəriyyət tərəfindən qəbul olunan simalarını çıxarmalıyıq. Bu, onların yaxşı xüsusiyyətlərini cəmiyyətə aşılamağa imkan verər. Ə.Həsənov təəssüf hissi ilə qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində buna heç də həmişə əməl etmək mümkün olmur, MTRŞ bu istiqamətdə nə qədər çalışsa da, məqamlar üst-üstə düşmür. çox zaman maddi əsaslara söykənən televiziya məkanında yaxşıların-yaxşısı əksini tapmır. Cəmiyyəti yönəldə bilən, nümunəvi xarakterli insanlar yox, qeyriləri efir məkanında yer alır. Digər tərəfdən isə, plüralizm dövrü televiziyaların fəaliyyətinə geniş müdaxiləyə imkan vermir. Dövlətin əlində isə televiziyalara yalnız lisenziya və cəmiyyət vasitəsilə təsir imkanları qalır. Konfransın təşkilində də məqsəd məhz cəmiyyətin aparıcı qüvvələrini hərəkətə gətirərək efir məkanında yer almış mənfi halların aradan qaldırılmasına nail olmaqdır.
Bu baxımdan tədbirdə aparılacaq müzakirələrin səmərəli olacağına ümidvar olduğunu qeyd edən Əli Həsənov onun işinə uğurlar arzulayıb.
Konfransda MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli “Elektron medianın dövlət tərəfindən tənzimlənməsi”, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl ömərov isə “Elektron mediaya ictimai nəzarətin zəruriliyi” mövzularında məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, hazırda Azərbaycan paytaxtında 8, regionlarda isə 14 televiziya kanalı, 13 kabel televiziyası operatoru, bir o qədər də radio yayımçısı var. Qədim tarixə malik Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə yaxın vaxtlarda xüsusi mədəniyyət kanalının açılması üçün hazırlıq işlərinə başlandığı qeyd olunub.
Sonra mövzu ilə əlaqədar müzakirələr aparılıb. Milli Məclisin deputataları Fazil Qəzənfəroğlu, Qənirə Paşayeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları çıxış edərək mövzunun aktuallığını vurğulayıb, televiziya, xüsusən də özəl televiziya kanallarının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ötən ilin oktyabrında mətbuatda dərc olunmuş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində ölkə televiziyalarının qarşılaşdığı problemlər, onların aradan qaldırılması istiqamətində atılan addımlar çox əhatəli şəkildə öz əksini tapıb. Həmin məqalədə demokratik dəyərlərin hökmran mövqe qazandığı cəmiyyətimizdə kanalllar qarşısında duran vəzifələr də dəqiq göstərilib.
Səslənən təkliflər arasında milli cizgi filmlərinin çəkilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, bu, əcnəbi cizgi filmlərinin qəhrəmanları ilə yanaşı, uşaqların milli nağıl qəhrəmanlarını da tanımasına, milli mənəvi dəyərlərə uyğun tərbiyəsinə və dünyagörüşünün formalaşmasına müsbət təsir göstərər. Bəzi özəl kanallarda etik normalara riayət olunmadığı, efir və aparıcılıq mədəniyyətinin gözlənilmədiyi də qeyd olunub.
Bildirilib ki, milli mənəvi dəyərlərin, hərbi vətənpərvərlik mövzularının əks olunduğu verilişlərə televiziya kanallarında daha çox yer verilməli, gənc nəslin milli mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

