KİV komandaları arasında voleybol turnirinin püşkü atıldı
24.04.2010 [09:11]
“Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 87 illik yubileyinə həsr olunan kütləvi informasiya vasitələrinin komandaları arasında voleybol turnirinin püşkatma mərasimi keçirildi. “Yeni Azərbaycan” qəzetinin redaksiyasında baş tutan tədbirdə təşkilat komitəsinin nümayəndələri və KİV təmsilçiləri iştirak edirdi. Tədbiri açan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunan turnirdə 19 qəzet və telekanalın komandaları iştirak edir. Biznes Universitetinin idman zalında keçiriləcək turnirdə I, II, və III yeri tutan komandalar mükafatlandırılacaqlar. Baş redaktor qeyd etdi ki, turnirin keçirilməsinin əsas məqsədlərindən biri Ulu öndərin xatirəsini bir daha yad etməkdir. ümummilli lider Heydər Əliyev daim mətbuatın inkişafına xüsusi diqqət göstərib. Bu baxımdan, mətbuat nümayəndələrinin Onun yubileyini turnirlə qeyd etməsinin böyük əhəmiyyəti var. Vüqar Rəhimzadə, həmçinin, bildirdi ki, bu, elə bir turnirdir ki, sonda 3 komanda qalib olsa da, əslində, bu yarışda iştirak edən bütün komandaları qalib saymaq olar.
Daha sonra çıxış edən təşkilat komitəsinin nümayəndələrindən biri, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu rəhbərlik etdiyi qəzetin təşkilatçılığı ilə ötən il Ulu öndərin xatirəsinə həsr olunan media orqanları arasında futzal və dama turnirlərinin keçirilməsini xatırlatdı. Bu dəfə 3 qəzetin təşkilatçılığı ilə keçirilən voleybol turniri bir neçə baxımdan əhəmiyyət daşıyır. Baş redaktor qeyd etdi ki, bu turnir Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin təbliği, Onu bir daha yad etmək baxımından böyük önəm kəsb edir. Digər tərəfdən turnir media orqanları arasında həmrəyliyi gücləndirmək və mətbuat nümayəndələrinin mədəni istirahətinin təşkili baxımından əhəmiyyətlidir. Azərbaycanda idmana dövlət tərəfindən böyük diqqət göstərildiyini vurğulayan Hikmət Babaoğlu buna misal kimi bu yaxınlarda Bakıda reallaşan güləş üzrə Avropa çempionatını və orada idmançılarımızın qazandığı parlaq qələbəni xatırlatdı. Baş redaktor qeyd etdi ki, idman sağlamlıqdır və media nümayəndələri arasında voleybol turnirinin keçirilməsi, həm də bu baxımdan cəmiyyətə ünvanlanan mesajdır. Hikmət Babaoğlu söylədi ki, turnirin keçirilməsi Prezident Administrasiyası və Yeni Azərbaycan Partiyası tərəfindən də dəstəklənir və Azərbaycan Voleybol Federasiyası media orqanları arasında keçiriləcək bu turnirə təşkilatı dəstək verir. Eyni zamanda, “Azərsutəchizattikinti” və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də turnirə dəstək verən təşkilatlar sırasındadır. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru onu da vurğuladı ki, oyunlar Voleybol Federasiyasının hakimləri tərəfindən idarə olunacaq və yarış zalı beynəlxalq standartlar səviyyəsində olacaq.
Daha sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev dedi ki, Azərbaycan mətbuatı həmişə Ulu öndərin ideyaları ətrafında sıx birləşib və bu turnirə 19 komandanın qatılması da bu həmrəyliyin bariz nümunəsidir. Baş redaktor bildirdi ki, jurnalistlərdən peşəkar səviyyədə oyun gözləmək doğru deyil, amma onlar turnirdə iştirak etməklə, həm də idmanı yaxşı bacardıqlarını nümayiş etdirəcəklər. Turnirdə iştirak edən komandalardan ən güclüsü ədalətli mübarizə nəticəsində qalib olacaq və qaliblərə mükafatlar veriləcək. Eyni zamanda, o, iştirakçı komandaları oyun mədəniyyəti göstərməyə dəvət etdi. Oyunlara vaxtında gəlmək, qaydalara riayət etmək həm turnirə, həm də qarşıdakı komandaya hörmət əlamətidir.
Sonra isə Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarova söz verildi. Baş hakim bildirdi ki, iştirakçı komandalar 4 yarımqrupa bölünəcək və qrupda gedən mübarizə nəticəsində, ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Bu mərhələdə qalib olan komandalar yarımfinala, daha sonra qalib olanlar isə finala vəsiqə əldə edəcəklər. Final mərhələsində həm 3-cü yer uğrunda, həm də 1-ci yer uğrunda oyunlar keçiriləcək. 3 hissədən ibarət olacaq oyunlarda hər set 25 xala qədər oynanılacaq və əgər hesab 24-24 olarsa oyun 26 xala qədər davam etdiriləcək. İki xal fərqini əldə edən komanda qalib olacaq. Daha sonra püşkatma mərasimi keçirildi və qruplar aşağıdakı kimi formalaşdı:
A qrupu
1. “İki sahil” qəzeti
2. “Həftə içi” qəzeti
3. “Bakı xəbər” qəzeti
4. “Mövqe”+ “Futbol+qol” qəzetlərinin birgə komandası
5. “Ədalət” qəzeti
B qrupu
1. “Səs” İnformasiya Agentliyi
2. “Kaspi” qəzeti
3. “İTV”
4. “AzərTAc”
5. “Azərbaycan” qəzeti
C qrupu
1. “Yeni Azərbaycan” qəzeti
2. “Azad Azərbaycan” qəzeti
3. “Xalq qəzeti” qəzeti
4. “Palitra”+”Paritet” qəzetlərinin birgə komandası
5. “Azərbaycan müəllimi” qəzeti
D qrupu
1. “Səs” qəzeti
2. “Space TV”
3. “Xalq Cəbhəsi” qəzeti
4. “Xəzər TV”
Qeyd edək ki, qrup oyunlarına aprelin 30-da start veriləcək. Yarışın final görüşü isə mayın 7-də baş tutacaq. Oyunların keçirilmə tarixi isə belədir:
30 aprel 2010
12:00. “Səs” qəzeti - “Xəzər” TV
12:45. “Bakı-xəbər” qəzeti - “Mövqe+Futbol+qol” qəzeti
13:30. “Kaspi” qəzeti - “Azərbaycan” qəzeti
14:15. “Azad Azərbaycan” qəzeti - “Azərbaycan müəllimi”
15:00. “İTV” - “AzərTAc”
15:45. “Xalq” qəzeti - “Palitra”+ “Paritet” qəzetləri
16:30. “Həftə içi” qəzeti - “Ədalət” qəzeti
17:15. “Space” TV - “Xalq cəbhəsi” qəzeti
01 may 2010
12:00. “Ədalət” qəzeti - “Bakı-xəbər” qəzeti
12:45. “İki sahil” qəzeti - “Həftə içi” qəzeti
13:30. “Azərbaycan” qəzeti - “İTV”
14:15. “S.İ.A.” - “Kaspi” qəzeti
15:00. “Azərbaycan müəllimi” qəzeti - “Xalq” qəzeti
15:45. “Səs” qəzeti - “Space” TV
16:30. “Xəzər” TV - “Xalq cəbhəsi” qəzeti
17:15 “Yeni Azərbaycan” qəzeti - “Azad Azərbaycan” qəzeti
03 may 2010
12:00. “Bakı-xəbər” qəzeti - “İki sahil” qəzeti
12:45. “Mövqe+Futbol+qol” qəzeti - “Ədalət” qəzeti
13:30. “İTV” - “SİA”
14:15. “AzərTAc” - “Azərbaycan” qəzeti
15:00. “Xalq” qəzeti - “Yeni Azərbaycan” qəzeti
15:45. “Palitra”+ “Paritet” qəzetləri - “Azərbaycan müəllimi” qəzeti
16:30. “Space” TV - “Xəzər” TV
17:15. “Səs” qəzeti - “Xalq cəbhəsi” qəzeti
04 may 2010
12:00. “İki sahil” qəzeti - “Mövqe+Futbol+qol” qəzeti
12:45. “Həftə içi” qəzeti - “Bakı-xəbər” qəzeti
13:30. “SİA” - “AzərTAc”
14:15. “Kaspi” qəzeti - “İTV”
15:00. “Yeni Azərbaycan” qəzeti - “Palitra”+ “Paritet” qəzetləri
15:45. “Azad Azərbaycan” qəzeti - “Xalq” qəzeti
05 may 2010
12:00. “Mövqe+Futbol+qol” qəzeti - “Həftə içi” qəzeti
12:45. “Ədalət” qəzeti - “İki sahil” qəzeti
13:30. “AzərTAc” - “Kaspi” qəzeti
14:15. “Azərbaycan” qəzeti - “SİA”
15:00. “Palitra”+”Paritet” qəzetləri - “Azad Azərbaycan” qəzeti
15:45. “Azərbaycan müəllimi” - “Yeni Azərbaycan” qəzeti
06 may 2010
1/4 final
1) A 1 - D 2
2) D 1 - A 2
3) B 1 - C 2
4) C 1 - B 2
1/2 final
1-ci cütlüyün qalibi 2-ci cütlüyün qalibi ilə;
3-cü cütlüyün qalibi 4-cü cütlüyün qalibi ilə.
07 may 2010 - FİNAL
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

