"Cənub dəhlizi" Azərbaycanın qaz sektoruna yeni sərmayə qoyuluşları üçün əlavə imkanlar açır
28.04.2010 [10:12]
Azərbaycanın neft və qaz yataqlarında aparılan geoloji tədqiqat işləri respublikamızın proqnozlaşdırılan enerji resurslarının həcminin artmasına əsaslı zəmin yaratmaqdadır. Xəzərin Azərbaycana məxsus zəngin neft-qaz yataqlarındakı enerji ehtiyatlarının həcmi ilə bağlı daha ümidverici proqnozlar səslənməkdədir. Artıq ölkəmizdə enerji siyasətinin yeni komponenti olan qaz bumu başlamaqdadır. ölkəmizin 3 trilyon kubmetrdən artıq qaz resurslarına malik olması Azərbaycanın uzun müddət dünya bazarında əsas tədarükçü olacağını şərtləndirmiş olur. Yanacaq ehtiyatlarının nəqlinin hər il artması isə respublikamızın yeni ixrac marşrutlarına qoşulmasını zəruri edir.
Azərbaycan milli maraqlarımıza cavab verən və iqtisadi cəhətdən daha rentabelli olan dəhlizlərə üstünlük verəcəyini bəyan edib. Bu məqsədlə həyata keçirilən siyasət ixrac marşrutlarının diversifikasiyasının genişləndirilməsinə xidmət edir. Hazırda ölkəmizin üstünlük verdiyi strateji enerji dəhlizləri sırasında “Cənub dəhlizi” layihəsi xüsusi yer tutur. Prezident İlham Əliyev bildirib ki, respublikamız “Cənub dəhlizi” layihəsini həmişə dəstəkləyib və bu istiqamətdə aparılan danışıqlar öz səmərəsini verməkdədir: “Azərbaycan bu layihəni əvvəldən dəstəkləmişdir. “Cənub dəhlizi” deyəndə, bütün Qərb istiqamətində gedəcək layihələr nəzərdə tutulub. O layihələr çoxdur, ona görə onları bir-birindən ayırmaq, məncə, düzgün olmaz. Baxmayaraq ki, Avropada bəzi ölkələr hansısa bir layihəni dəstəkləyir. Bizim üçün, əslində bunun böyük fərqi yoxdur. “Cənub dəhlizi” deyəndə, biz həm “NABUCCO”nu, həm Türkiyə-Yunanıstan-İtaliya, həm də Transadriatik layihələrini nəzərdə tuturuq. Artıq dünən Azərbaycan, Gürcüstan, Rumıniya arasında qaz nəqliyyatı üzrə memorandum imzalanmışdır. ümid edirəm ki, bu layihə də uğurlu olacaqdır. Əslində bu layihə də “Cənub dəhlizi”nin bir parçasıdır. Biz bütövlükdə, bu istiqamətə “Cənub dəhlizi” kimi baxırıq və öz siyasətimizi buna uyğun şəkildə aparırıq”.
Qeyd edək ki, “Cənub axını” layihəsini Avropanın demək olar ki, bütün ölkələri dəstəkləyir və onların əksəriyyəti artıq bu marşrutla bağlı sazişə qoşulublar. 2013-cü ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulan “Cənub axını” ilə ildə 60-65 milyard kubmetr yanacaq nəqli nəzərdə tutulur. Aparılan hesablamalara görə, 2020-ci ildə Avropa İttifaqı ölkələrində təbii qaz istehlakının illik həcmi 620 milyard kubmetrə çatacaq ki, bunun da 500 milyard kubmetrini idxal qazı təşkil edəcək. Rusiyanın müəllifi olduğu “Şimal axını”, “Mavi axın” və “Cənub axını” kəmərləri ilə birlikdə nəql olunacaq qazın həcmi 160-170 milyard kubmetr proqnozlaşdırılır və bu, yenə də Avropanın tələbini təmin etmək iqtidarında deyil. Ona görə də, yanacaq bazarındakı tendensiya digər alternativ kəmərlərin çəkilişini də zəruri edir. Yəni, “Cənub axını” çəkilsə belə, Aİ-nin qaz ehtiyaclarını ödəmək mümkün olmayacaq və başqa kəmərlərin gerçəkləşməsi qaçılmaz olacaq. Ona görə də, bu gün Qərb istiqamətində nəzərdə tutulan layihələri bir-birinə alternativ marşrutlar kimi deyil, şaxələndirmənin tərkib hissəsi kimi səciyyələndirmək olar.
Dövlət başçısının qənaətinə görə, “Cənub dəhlizi”nin tərkibində olan bəzi layihələri icra etmək üçün Azərbaycan ilə Türkiyə arasında qaz satışı və nəqli üzrə danışıqlar da başa çatmalıdır. Yəni, dünya qaz bazarında şaxələndirmə siyasətinin tərkib hissəsi olan digər layihələrin də reallaşması üçün bütün tərəflərlə birgə əməkdaşlıq sazişləri imzalanmalıdır. Göründüyü kimi, Azərbaycan dünya bazarında etibarlı qaz tədarükçüsü kimi bütün istiqamətlər üzrə nəzərdə tutulan marşrutları dəstəkləyərək öz töhfəsini vermək niyyətindədir.
“Cənub dəhlizi”nin reallaşması respublikamızın qaz sektoruna yeni sərmayə qoyuluşları üçün əlavə imkanlar açacaq və Azərbaycanda ən perspektiv yataqlarda hasilat işləri sürətləndiriləcək. Ən əsası isə bütün dövlətlərin böyük maraq dairəsində olan nəhəng qaz yatağı olan “Şahdəniz”in ikinci fazasında istismar işlərinə start veriləcək. Bu isə ölkəmizdə qaz bumunun yeni mərhələyə qədəm qoymasına və Azərbaycanın Avropada bir çox dövlətlərə yanacaq ixrac etmək imkanlarının genişlənməsinə impuls vermiş olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Cənub dəhlizi” layihəsi baş tutarsa xarici tərəfdaşlarımızın “Şahdəniz” yatağının ikinci fazasına investisiya qoyuluşları geniş vüsət alacaq: “İnvestisiyaların mütləq əksəriyyəti xarici tərəfdaşlar tərəfindən qoyulacaqdır. Onlar da hesablayırlar ki, bu, təxminən 20 milyard dollara yaxın olan investisiyalardır. Əlbəttə ki, Azərbaycan bundan fayda götürəcəkdir. Əgər bu layihələr baş tutarsa, Azərbaycanda qazın hasilatı indikindən ən azı 16 milyard kubmetr çox olacaq və ümumi hasilatımız 40 milyardı keçəcəkdir”.
Proqnozlara görə, 2012-ci ildə Azərbaycan “Şahdəniz” yatağından 18 milyard kubmetr qaz çıxaracaq ki, bunun da böyük hissəsi Avropaya nəql olunacaq. Respublikamızdan qaz alan dövlətlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Azərbaycanın yaxın illərdə yanacaq ixrac edəcəyi ölkələr sırasında Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Polşa, Baltikyanı dövlətlər, Macarıstan, Slovakiya və digər dövlətlər dayanır. Azərbaycan 2015-2020-ci illərdə qaz kəmərləri vasitəsilə Avropaya ildə ən azı 20 milyard kubmetrdən çox qaz nəql edəcək. Azərbaycan təkcə “Şahdəniz” yatağından 1 trilyon 300 milyard kubmetr qaz hasil etmək gücündədir. Digər yataqlardakı, məsələn, “Bahar”, “İnam”, “Alov”, “ümid” kimi perspektiv yataqlarda qaz ehtiyatlarında 2-3 trilyon kubmetrdən çox qaz var. Azərbaycanın ildə 15-20 milyard kubmetr qaz ixrac edəcəyini nəzərə alsaq, həmin ehtiyatların 100 il, hətta 200 il kifayət edəcəyini söyləmək olar. Bu isə ölkəmizin “Cənub dəhlizi” ilə bərabər, digər marşrutlarla qaz ixrac etmək imkanlarını genişləndirir. Azərbaycan çoxvektorlu enerji siyasətinə sadiq qalaraq “NABUCCO”, Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik və digər kəmərlərlə də yanacaq nəqlini perspektiv nəql planlarına daxil edib.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18

