Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir
30.04.2010 [10:05]
Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərov www.yap.org.az saytına müsahibə verib:
- İsgəndər müəllim, bildiyimiz kimi, son illər digər sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf, yeniliklər müşahidə edilir. Bu baxımdan, təhsilə dövlət qayğısı haqqında nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti və genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir. Danılmaz faktdır ki, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı ölkə Prezidenti İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının səbəblərini də məhz İlham Əliyevin proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər. Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Möhtərəm Prezident vurğulayıb: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”. Bu mənada “təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır.
Son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual müddəalar dayanır. Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manata çatmış, 2009-cu ildə isə 1,3 milyard manat təşkil etmişdir. Dövlət başçısı tərəfindən son illərdə təhsil sahəsində 150-dən çox Sərəncam imzalanmışdır. Təhsil tariximizdə ilk dəfə olaraq “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli Sərəncamı imzalanmış, 2008 və 2009-cu illərdə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilmiş, həmin illərdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş 50 məktəbin hər birinə 10 000 manat, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 100 müəllimin hər birinə 5 000 manat məbləğində birdəfəlik pul mükafatı verilmişdir. Bu müsabiqə məktəb və müəllimlər arasında sağlam rəqabəti, innovativ fəaliyyəti gücləndirməklə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərmişdir.
Azərbaycanda təhsilə, təhsil işçilərinə diqqət və qayğının parlaq təzahürüdür ki, son illərdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə 1000-dən çox təhsil işçisi yüksək dövlət təltiflərinə, fəxri adlara və fərdi təqaüdlərə layiq görülmüşdür. Yalnız 2009-cu ildə təltif edilən təhsil işçiləri 312 nəfər olmuşdur.
- Hazırda təhsil sektorunun ayrı-ayrı sahələri üzrə çoxsaylı inkişaf proqramları həyata keçirilməkdədir. Həmin proqramlar hansı sahələri əhatə edir?
- Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsidir ki, təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü Dövlət Proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
Son 20 ildə heç bir məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə ilk dəfə olaraq ölkə üzrə 28 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 31 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunmuş uşaqların sayı 6 min nəfər artmış, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötmüşdür. Müstəqillik tariximizdə ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 137 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə çatdırılmışdır.
Məktəbəqədər təhsil sahəsində “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı”nda (2007-2010-cu illər) nəzərdə tutulmuş tədbirlərin icrasının davam etdirilməsi, monitorinq və qiymətləndirmə sisteminin yaradılması, beşyaşlıların məktəbə hazırlığının genişləndirilməsi, maddi-texniki və tədris bazanın möhkəmləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi həyata keçiriləcək əsas tədbirlər kimi müəyyənləşdirilmişdir.
Son illərdə Azərbaycanda 450 min şagird yerlik 2000-dək yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuş, Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. 450-dən çox məktəb əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. 708 məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqlarla təchiz edilmişdir. Azərbaycanda müstəqillik illərində ilk dəfə olaraq 119 məktəb müasir kimya və fizika laboratoriyaları ilə təmin edilmişdir. 600 məktəbin, o cümlədən, Bakı şəhərinin 301 ümumtəhsil məktəbinin istilik sistemi əsaslı təmir və bərpa olunmuşdur.
Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində ölkə üzrə 1 050 000 şagirdin (bütün şagirdlərin 75 faizi) təlim şəraiti yaxşılaşdırılmışdır. Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində son 10 ildə ikinövbəli məktəblərin faizi 73,3-dən 44,5-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən 21-ə enmişdir.
- Müasir dövrdə təhsil prosesini İKT-siz təsəvvür etmək mümkün deyildir. Bu sahədə hansı addımlar atılmışdır?
- Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Dövlət Proqramları çərçivəsində ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilmiş, hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. Halbuki, 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) və İnternet şəbəkəsinə qoşulmuş, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla 40 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmiş, 20 məktəbdə “elektron məktəb” layihəsi həyata keçirilməyə başlanmışdır. I-X siniflər üçün “İnformatika” dərslikləri hazırlanmış, bütün siniflərdə informatikanın tədrisinə başlanmışdır.
- Təhsil sistemində kadr təminatı və ixtisasartırma təhsili sahəsində də müəyyən yeniliklər baş verməkdədir. Bu yeniliklər barədə də məlumat verməyinizi xahiş edirik.
- Kadr təminatı sahəsində 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramı başa çatdırılmış, ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə göndərilmişdir. Beləliklə, ucqar kənd məktəblərində kadra olan kəskin ehtiyac ödənilmişdir. Respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlanmış, Bakı şəhərində müəllimlərin işə qəbulu elektron vasitələr əsasında, ikimərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilmişdir.
Pedaqoji kadr təminatı sahəsində ölkənin ümumtəhsil məktəblərində kadr təminatı vəziyyətinin monitorinqinin aparılması, nəticələrin təhlili və təkliflərin hazırlanması, beynəlxalq təcrübə nəzərə alınmaqla ölkə səviyyəsində müəllimlərin işə qəbulu sahəsində elektron vasitələr tətbiq edilməklə yeni mexanizmlərin tətbiqi, hazırda işləyən müəllimlərin və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə mexanizmin hazırlanıb tətbiq edilməsi əsas prioritetlər kimi müəyyənləşdirilmişdir.
Modul-kredit sisteminə əsaslanan, rəqabət mühitinin yaradılmasını, proqramların akkreditasiyasını, stimullaşdırıcı vasitələrin tətbiqini, karyera inkişafını nəzərdə tutan yeni ixtisasartırma təhsili modeli hazırlanmışdır.
Əlavə təhsil sahəsində modul-kredit sisteminə əsaslanan ixtisasartırma təhsilinin tətbiqi istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ixtisasartırma proqramlarının akkreditasiyasını aparmaq üçün Təhsil Nazirliyinin nəzdində Akkreditasiya Şurasının yaradılması, 2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək müəllimlərin yeni model üzrə ixtisasartırmadan keçirilməsinin təmin edilməsi, ixtisasartırma təhsili sistemi üçün monitorinq və dəyərləndirmə mexanizminin hazırlanması, xidmətlərin təklifi sahəsində rəqabət mühitinin yaradılması, ixtisasartıma təhsilində məcburilik prinsipinin təmin edilməsi, eyni zamanda, təhsilalanlar üçün stimullaşdırıcı tədbirlərin nəzərdə tutulması mexanizmlərinin hazırlanması, ali təhsil müəssisələrinin professor-müəllim heyətinin ixtisasının artırılması üzrə yeni mexanizmin yaradılması kimi məsələlər təxirəsalınmaz vəzifələr kimi müəyyənləşdirilmişdir.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31

