Nobel mükafatı, "intellektual qullar"
04.05.2010 [10:08]
1901-ci ilin dekabr ayından başlayaraq, bəşəriyyətə elmi müstəvidə nailiyyətlər bəxş edən alimlərə stimulverici Nobel mükafatı verirdilər. Bu mükafatın verilməsi alimlər arasında böyük rəqabətin yaranmasına gətirib çıxarırdı ki, bundan da qazanan intellektuallaşan bəşəriyyət olurdu. Amma zaman ötdükcə, dünyada qloballaşma, inteqrasiya və dezinteqrasiya prosesləri sürətləndikcə, həyatımızın bütün sahələrinə siyasət adlı “virus” sirayət etməyə başladı. Bununla da, cəmiyyətdəki fərdlər belə hər bir addımında siyasi prizmadan düşünməyə və addım atmağa başladı. Siyasət, eyni zamanda, bəşəriyyətin mədəniyyət, elm sferalarına da nüfuz edərək, buradakı qələmləri öz diktəsilə yazmağa, beyinləri isə “lazım olan” istiqamətdə fikirləşməyə məcbur etdi...
Beləliklə, Nobel mükafatı yeni status qazandı. Artıq bu mükafatı böyük güclərin imperiya siyasətinə xidmət etməyi qarşısına məqsəd qoyan, öz millətini və xalqını təhqir edən, onun keçmişinə və şərəfinə qara yaxan “intellektual qullar”a verirlər...
Yaşadığımız əsrdə böyük dövlətlər artıq maraqlarını təmin etmək məqsədilə tez-tez hərbi gücə əl atmaq məcburiyyətində qalmır. Onlar “mükafatlar” kimi vasitələrdən də istifadə edərək, istədikləri ölkə daxilində planlaşdırdıqları hərəkata kütləvilik xüsusiyyəti verə bilirlər. Bunun əyani sübutlarını isə qardaş ölkənin daxilində gedən proseslərdə görürük...
Erməni və digər etnik qruplar vasitəsilə bu ölkəni parçalamaq niyyətində olanlar Türkiyənin daxilindəki nüfuzlu şəxslər vasitəsilə dövlətin gələcəyi üçün təhlükəli olan prosesləri başlatdılar.
Bu zaman səhnəyə dəfələrlə yazdığı əsərlərə görə, xarici dövlətlərdən maddi mükafatlar alan Orxan Pamuk çıxdı. Pamuk Türkiyə dövlətinin “etnik siyasəti”nə etiraz əlaməti olaraq, xalq yazıçısı adından imtina etməklə, bir növ xarici qüvvələrin tapşırığını həyata keçirdi. “Dostlarından” aldığı sifariş əsasında xalqının yazıçısı olmaqdan imtinanın müqabilində ona İMPAC Beynəlxalq Dublin Premyasını - 100 min avro verdilər. Bunun ardınca Pamuk İsveçrənin “Das Magazine” nəşrinə müsahibəsində “Türkiyədə 1 milyon erməni və 300 min kürd öldürülüb” - deməklə, sonradan isə guya “doğma şəhərinin melanxolik ruhunda qarşıdurmalara gətirib çıxaran amillər tapdığına” görə, Nobel mükafatına layiq görüldü. Bununla da, Pamuk təlimatlandırılmış şəkildə işini yerinə yetirdiyinə görə, 1 milyon 300 min dollar qazandı...
Eyni mənzərə, bu gün də yaşanır - yenidən hər şey İsveçrədən başladı. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində tarixə “Sürix protokolları” kimi daxil olmuş sənəd imzalandı. Amma bir millətin iki dövləti arasındakı mənəvi dəyərlərin bu dəfə siyasətə qalib gəlməsi nəticəsində ortaya yeni “pamuklar” çıxmağa başladı. Bu dəfə isə bu missiyanı yazar və teleaparıcı M.Ə.Birand yerinə yetirir. Erməni mənbələrindən qidalanan Birand sərhədlərin açılmadığını görən kimi, dözmədi və xislətini üzə verdi. Ermənilərdən təlimat alaraq, Azərbaycanı hədəf götürərək, antiazərbaycan təbliğatını aparmağa başladı.
İşinə “müvəffəqiyyətlə” başlayan Birand, hələ ki, Azərbaycanı Türkiyəyə dəstək verməməkdə ittiham edir, müxtəlif tarixi məqamlara yanlış istiqamətdən nəzər salır. Türkiyədəki mənbələrin məlumatına görə, Birandın bu ölkədəki ermənilərlə qohumluq əlaqələri var və onların sifarişlərini həyata keçirir.
Ermənilərin sifarişlərini reallaşdıran Birand Türkiyə ilə Azərbaycan arasında narazılıq yaratmaq, nifaq toxumu səpmək üçün əlindən gələni edir. Davamlı olaraq, Azərbaycan haqqında həqiqətə uyğun olmayan informasiyalar yayan Birand Türkiyədə sanki Antiazərbaycan hərəkatını başlatmaq istəyir...
Bir sözlə, hər şeyin necə sistemli şəkildə həyata keçirildiyini görürük. Birand da Pamuk kimi erməni təfəkkürünün məhsulu olan fikirlərilə Nobel mükafatına doğru “inamla” addımlayır...
P.S. Əlbəttə ki, bu cür yazılarla, əslində, biz Birand kimiləri təbliğ edirik və düşmənlərimizin ona daha çox dəstək olmasını bir növ stimullaşdırırıq. Amma hər bir halda, bir millətin nümayəndələri onun torpaqlarına göz dikmiş düşməni ilə mənəvi bağlılığı olanları tanımalı, onların əməllərilə tanış olmalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

