/ / Azərbaycan Kəlbəcəri işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına nail oldu
Azərbaycan Kəlbəcəri işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına nail oldu
02.04.2021 [22:42]
1990-cı illərin əvvəlində Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti, o cümlədən ölkə daxilində bəzi siyasi qüvvələrin hakimiyyət savaşı respublikamızın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğal olunmasına yol açdı. 1992-ci ildə qanunsuz yolla hakimiyyəti zəbt etmiş AXC-“Müsavat” cütlüyünün səriştəsizliyi və xəyanətkar siyasəti isə bu işğalın daha da genişlənməsinə şərait yaratdı. Beləliklə, hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə edən, hətta Şuşanın və Laçının düşmən tərəfindən işğal olunmasından belə siyasi dividend qazanmağa çalışan AXC-“Müsavat” cütlüyünün yaratdığı xaos, siyasi böhran, özbaşınalıq Kəlbəcər rayonunun da ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi.
Kəlbəcərin işğalı AXC-“Müsavat” hakimiyyətinin xəyanətkar siyasətinin nəticəsi idi
Vurğulandığı kimi, 1993-cü il aprelin 2-də işğal olunan Kəlbəcər məhz AXC-“Müsavat” cütlüyünün səriştəsiz və xəyanətkar siyasətinin qurbanına çevrildi. Bu, bütövlükdə AXC-“Müsavat” hakimiyyətinin Azərbaycan xalqına etdiyi xəyanət idi. Hətta rayon əhalisinin Kəlbəcəri tərk etməsi üçün heç bir tədbir görməyən o dövrün hakimiyyət rəhbərləri bununla da ermənilərin insanları qətlə yetirməsinə şərait yaratmış oldu. Rayon əhalisi dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas oldu. Onların bir çoxu isə qırğına məruz qaldı, atəşə tutuldu. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak oldu, yüzlərlə insan girov götürüldü və ya itkin düşdü.
Ermənilər Kəlbəcərdə çoxsaylı vandalizm aktları törədiblər
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, bu işğal nəticəsində rayondakı tarixi abidələr, kənd və şəhərlər, ümumilikdə infrastruktur da erməni vandalizminin qurbanına çevrildi. Qeyd edilməlidir ki, Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Bundan başqa, rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Rayon ərazisindəki tarixi mədəni və dini abidələrimiz uzun illər işğal altında qalaraq ermənilər tərəfindən dağıdılıb.
Bunlarla yanaşı, Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl ciddi antropogen təsirə məruz qalıb.
Kəlbəcərin işğaldan azad edilməsi əlamətdar tarixi hadisədir
Azərbaycanın möhtəşəm tarixi qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi digər ərazilərimiz kimi 30 ilə yaxın düşmən işğalında qalmış Kəlbəcərin də azadlığa qovuşmasını təmin etdi. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata uyğun olaraq ötən ilin noyabrın 25-də erməni silahlı birləşmələri və orada qeyri-qanuni məskunlaşdırılan əhali Kəlbəcəri boşaltdı. Vurğulamaq yerinə düşər ki, Kəlbəcərin azad olunması həm də BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir. Bir məqamı isə xüsusi vurğulamaq lazımdır ki, Kəlbəcər rayonunu tərk edən erməni silahlı birləşmələri yenidən öz faşist xislətlərini ortaya qoydular. Onlar qeyri-hərbi obyektləri, hətta mülki obyektləri belə minalayaraq növbəti hərbi cinayətə əl atdılar.
Nəticə etibarilə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər rayonu qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı ki, bu da əlamətdar tarixi hadisədir. Qeyd etmək lazımdır ki, bu gün işğaldan azad edilmiş digər bölgələrimiz kimi Kəlbəcərin də yenidən qurulması, tarixi torpağımızda yenidən həyatın canlanması üçün genişmiqyaslı və planlı iş aparılmaqdadır. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində işğaldan azad olmuş Kəlbəcərin öz simasını qaytaracağı gün isə uzaqda deyil.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19

