/ / YAP Gəncə şəhər təşkilatında partiyanın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə dair tədbir keçirilib
YAP Gəncə şəhər təşkilatında partiyanın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə dair tədbir keçirilib
06.10.2026 [22:59]
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə dair tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinə, partiyanınVIII qurultayına həsr olunmuş videoçarx nümayiş olunub.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, şərəfli tarixə malik Yeni Azərbaycan Partiyasının ölkəmizin sürətli inkişafında, beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan nailiyyətlərdə mühüm rol oynamasından danışıb. Partiyanın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə olduğunu diqqətə çatdıran Bayram Aslanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan, Prezident İlham Əliyevin ətrafında sıx birləşən Yeni Azərbaycan Partiyasının üzvləri bundan sonra da qarşıya qoyulan strateji vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklər. Çünki Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətinin müasir tarixinin ayrılmaz hissəsidir. Bu tarix Zəfərlərlə yazılıb və qarşıdakı illərdə də yeni uğurlarla zənginləşəcək.
Milli Məclisin deputatı Müşfiq Cəvərov bildirib ki, bu gün Azərbaycan öz gücünə, xalqının iradəsinə və dövlətçilik ənənələrinə arxalanaraq gələcəyə inamla addımlayır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və yeni hədəflərlə davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası bu siyasi xəttin ən möhtəşəm nəticəsi olmaqla yanaşı, qarşıda yeni inkişaf mərhələsinin açıldığını göstərir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında verilən mesajlar bir daha təsdiqləyir ki, Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş Zəfərləri qorumaq, dövlətin gücünü daha da artırmaq, iqtisadi inkişafı sürətləndirmək, beynəlxalq mövqeləri möhkəmləndirmək və xalqın rifahını yüksəltməkdir.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxışında bildirib ki, hakim partiya olan Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin etimadını doğruldaraq dünənin, bu günün və gələcəyin partiyası olduğunu atdığı addımları ilə təsdiqləyib. Onun sözlərinə görə, partiyanın ən böyük uğurlarından biri xalqın sevgisini, etimadını və inamını qazanmasıdır. Bunun da əsas səbəbi partiyanın sözlə əməl birliyinə sadiq qalmasıdır.
1 saylı Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru, Paralimpiya çempionu Ramil Qasımov çıxışında vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi çıxış Azərbaycanın dünəni, bu günü və gələcəyi ilə bağlı mühüm məqamları özündə birləşdirən geniş siyasi baxışın ifadəsi oldu.
Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi, VIII qurultay nümayəndəsi Türkan Əhmədova vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının tarixi ölkəmizin müstəqillik tarixindən, dövlətçilik ənənələrindən və xalqımızın gələcəyə olan inamından ayrı təsəvvür edilə bilməz. Əminik ki, ölkəmizin qazandığı uğurların qorunması və yeni nailiyyətlərin əldə olunması üçün milli həmrəylik, dövlətçilik düşüncəsi və gələcəyə inam bundan sonra da mühüm amillər olacaqdır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

