Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

06.10.2026 [17:30]

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) sabiq rəhbəri Auqust Hanninq saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə bir neçə yerli media qurumu apardığı araşdırmaya əsasən məlumat yayıb.

Məlumata əsasən, Almaniya Federal Baş Prokurorluğu A.Hanninq barədə dövlətə xəyanət xarakterli casusluq, dövlət sirrlərinin əldə edilməsi, dövlətə xəyanətə cəhd və xarici kəşfiyyat fəaliyyəti ilə bağlı araşdırma aparır. İş üzrə BND-nin digər keçmiş yüksəkvəzifəli əməkdaşı da saxlanılıb. Bildirilir ki, o, 2026-cı ilin yazınadək BND-də çalışıb və 2022-ci ilədək pul müqabilində A.Hanninqə məxfi məlumatlar ötürüb.

Araşdırmalara görə, A.Hanninqə təxminən 2 min məxfi sənəd verilib. Sənədlər arasında İranın nüvə proqramı və Rusiya ordusu ilə bağlı məlumatların, həmçinin xarici tərəfdaş kəşfiyyat xidmətlərindən əldə edilmiş materialların olduğu bildirilir.

İstintaq A.Hanninqin bu məlumatlardan ən azı bir halda xarici kəşfiyyat xidmətinə təhlükəsizlik təhlili hazırlamaq üçün istifadə edib-etmədiyini araşdırır. Federal Baş Prokurorluq məsələ ilə bağlı gün ərzində açıqlama verəcəyini bildirib.

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31