/ / “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
“Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
06.10.2026 [16:15]
Görüşdə Azərbaycanın rəqəmsal ekosisteminin inkişafı, süni intellekt dövründə telekommunikasiya sektorunda baş verən dəyişikliklər və qadınların texnologiya sahəsində liderliyi müzakirə olunub
“Azercell”in baş icraçı direktoru Zərinə Zeynalova Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yəhya ilə görüşüb.
Görüş Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsindən sonra Baş katibin ölkəmizə səfəri çərçivəsində baş tutub. Azərbaycanın rəqəmsal ekosisteminin əsas qüvvələrindən biri olan “Azercell” ölkənin rəqəmsal inkişafı, qlobal rəqəmsal iqtisadiyyatda mövqeyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələrə qoşulub.
Azərbaycanın DCO-ya üzv olması rəqəmsal sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkənin Qafqaz, Mərkəzi Asiya və digər bazarları birləşdirən regional rəqəmsal mərkəz kimi mövqeyinin gücləndirilməsi istiqamətində növbəti addımdır. Bu baxımdan görüşdə telekommunikasiya şirkətlərinin dəyişən rolu, rəqəmsal xidmətlərin, data və süni intellektin inkişafı ilə sektor üçün yaranan yeni imkanlar müzakirə olunub.
Zərinə Zeynalova gələcəyin tələblərinə cavab verən rəqəmsal ekosistemin qurulmasına dair “Azercell”in baxışını təqdim edib. Z.Zeynalova bildirib ki, şirkət ənənəvi telekommunikasiya xidmətləri ilə yanaşı, rəqəmsal xidmətlər, data və süni intellekt istiqamətlərini də ardıcıl şəkildə inkişaf etdirir. “Azercell”in hədəfləri artıq yalnız bağlantı və rəqəmsallaşma ilə məhdudlaşmır. Şirkət süni intellektin getdikcə daha böyük rol oynadığı iqtisadiyyatın tələblərinə uyğun yeni imkanlar yaratmağı, zəruri bilik və bacarıqları inkişaf etdirməyi və bununla Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyi hədəfləyir.
Görüşdə süni intellektin məsuliyyətli tətbiqi və insan kapitalının inkişafı da əsas müzakirə mövzuları sırasında olub. Qeyd olunub ki, süni intellektin uğurlu tətbiqi yalnız texnoloji həllərin yaradılması ilə məhdudlaşmır. Bunun üçün güclü texnoloji və data infrastrukturu, yeni həllərin məsuliyyətli tətbiqi, eləcə də insan kapitalının bilik və bacarıqlarının davamlı inkişafı böyük əhəmiyyət kəsb edir.
Qadınların texnologiya və rəqəmsal iqtisadiyyatın formalaşmasındakı rolu görüşün digər mühüm mövzularından biri olub. Müzakirələr zamanı qadınların yalnız texnologiyadan istifadə edən deyil, həm də onu yaradan, texnoloji şirkətlərin idarə olunmasında iştirak edən və rəqəmsal gələcəyi müəyyən edən qərarların qəbulunda fəal iştirakının vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanın rəqəmsal inkişaf hədəflərinə nail olmaq üçün zəruri bacarıq və istedad potensialının inkişaf etdirilməsində dövlət və özəl sektor, texnologiya şirkətləri və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.
Xəbər lenti
Hamısına baxGündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09

