Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nazirlər Kabinetində görüş olub

Nazirlər Kabinetində görüş olub

06.05.2010 [13:04]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən məlumata görə, dünən Baş nazir Artur Rasizadə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokov ilə görüşüb. Azərbaycan ilə Belarus arasında səmərəli iqtisadi əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edən Baş nazir Artur Rasizadə bildirib ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər bu əməkdaşlığın daha da inkişafı üçün münbit şərait yaradıb. Azərbaycanın bundan sonra da Belarus ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq etmək niyyətində olduğunu nəzərə çarpdıran Baş nazir iqtisadi əlaqələrimizin artıq real nəticələr verdiyini vurğulayıb. ölkəmizə səfəri barədə ətraflı məlumat verən A.Kobyokov Heydər Əliyev adına İdman-Konsert Kompleksində Belarus milli sərgisinin uğurlu açılışından danışıb, yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Sonra qonaq ikitərəfli əməkdaşlığın konkret sahələrinə toxunub, əlaqələrimizin daha da genişləndirilməsinə Belarus tərəfinin böyük maraq göstərdiyini  nəzərə çarpdırıb.

Paylaş:
Baxılıb: 996 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30