Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanla Türkiyə arasında mövcud viza rejimi mütləq ləğv olunacaq

Azərbaycanla Türkiyə arasında mövcud viza rejimi mütləq ləğv olunacaq

07.05.2010 [10:19]

“Vizaların qarşılıqlı ləğvi istiqamətində Azərbaycan və Türkiyə xarici siyasət idarələrinin birgə çalışması davam edir”. APA-nın məlumatına görə, bu sözləri Türkiyənin “Cihan” agentliyinə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, iki ölkə arasında həllini gözləyən problem təkcə viza məsələsi deyil: “Türkiyə ilə Azərbaycan arasında hərbi-strateji əməkdaşlıq məsələsi də həllini tapmalıdır. Rusiya ilə Ermənistan arasında belə bir anlaşma var, biz niyə eyni addımı atmayaq? Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi, Azərbaycan və Mərkəzi Asiya qazının Türkiyənin ərazisindən keçməklə Avropaya çatdırılması kimi bir çox önəmli məsələ var. Amma bu məsələlər müvafiq qurumlar tərəfindən araşdırılır və onların gündəmindədir. Bu məsələlərin ən qısa zamanda həllini tapacağına inanıram. Azərbaycanla Türkiyə arasında mövcud viza rejimi formal xarakter daşıyır, bu rejim mütləq ləğv olunacaq. Bunun nə zaman baş verəcəyi isə müvafiq qurumların işidir. Proses davam edir”.

Paylaş:
Baxılıb: 1035 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30