Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev 10 yaşlı məktəbliyə kompüter hədiyyə edib

Prezident İlham Əliyev 10 yaşlı məktəbliyə kompüter hədiyyə edib

07.05.2010 [10:21]

Azərbaycan Prezidenti İlham Əliyev 10 yaşlı məktəbliyə kompüter hədiyyə edib. APA-nın məlumatına görə, Qaradağ rayonu Ələt qəsəbəsi, hərbi şəhərcik, ev 182 ünvanında yaşayan, 10 may 2000-ci ildə anadan olmuş 4-cü sinif şagirdi İbayev Murad Elçin oğlu Prezident İlham Əliyevə təbrik məktubu yazaraq, mayın 10-da 10 yaşının tamam olması münasibətilə ona kompüter hədiyyə olunmasını xahiş edib. M.İbayevin məktubunda deyilir: “Cənab prezident! Bu təbrik məktubunu Sizə 10 may - ümummilli liderimizin doğum günü münasibətilə ünvanlayıram. Qeyd etmək istəyirəm ki, gözəl insan, uşaqların gələcəyinin, bilik səviyyəsinin təməlini qoymuş insanla biz uşaqlar fəxr edirik. Valideynlərim və müəllimlərim mənə dahi şəxsiyyətin biz uşaqlara müstəsna münasibəti barədə söhbət edəndə böyük varlığı itirməyimizdən kədər hissi keçirirəm. Amma təsəlliverici amil odur ki, dahi insanın Sizin kimi oğlu var. Sevindirici hallardan biri də odur ki, mayın 10-da bizim ailədə mənim ad günüm keçiriləcək. Sizdən xahiş edirəm ki, bilik səviyyəmi artırmaq üçün mənə kompüter hədiyyə edəsiniz. Sizi bir daha 10 may - ümummilli liderimizin doğum günü münasibətilə İbayevlər ailəsi adından təbrik edir, Sizə uzun ömür, can sağlığı arzu edirəm”.
10 yaşlı məktəblinin xahişini nəzərə alan dövlət başçısı ona son model kompüter hədiyyə edib. İbayevlər ailəsi isə hədiyyəsinə görə Azərbaycan Prezidentinə təşəkkür teleqramı göndərib.

Paylaş:
Baxılıb: 985 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30