/ / Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir
Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir
15.04.2021 [09:07]
Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir. Müxtəlif ölkələrin informasiya platformalarında tədbirlə bağlı 100-dən çox xəbər verilib. Eyni zamanda, tədbir iştirakçısı olan beynəlxalq mərkəzlərinin nümayəndələri və bir sıra ekspertlər də sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin regionun gələcəyinə, inkişaf perspektivlərinə, qonşularla münasibətlərə və digər aktual məsələlərə dair səsləndirdiyi fikirləri paylaşıb, həmçinin buna münasibət bildiriblər.
AZƏRTAC xəbər verir ki, qardaş Türkiyənin Anadolu Ajansı, Yeni Haber, Sözcü, Demirören Haber Ajansı, Mynet, Gazete Vatan, Yeni Şafak, Haber Global kimi aparıcı KİV-ləri Azərbaycan Prezidentinin çıxışına dair çoxsaylı materiallar, o cümlədən videoxəbərlər hazırlayaraq yayımlayıblar.
Azərbaycan Prezidentinin bölgədəki mövcud vəziyyət haqqında açıqlamaları, Cənubi Qafqazın gələcəyinə dair fikir və mülahizələri, əhatəli şərhləri Rusiya mətbuatında da geniş yer alıb. TASS, REGNUM, RİA Novosti, Vestnik Kavkaza, Vzqləd, News.ru, Lenta.ru, MKRU, Kommersant, Eurasia Daily, Qazeta, RBK, ROSBALT, 360, Federalğnoe Aqenstvo Novostey, Life, RT, İzvestiə, Vesti, Nezavisimaə Qazeta, Federalğnoe Aqenstvo Novostey kimi informasiya agentlikləri, televiziya və qəzetlər dövlətimizin başçısının çıxışına istinadla konfrans haqqında geniş informasiyalar veriblər.
Dövlətimizin başçısının konfransdakı çıxışı Ukraynanın “Ukrinform”, “RBK Ukrayna” informasiya agentlikləri, “GORDON”, “Segodnya”, “Korrespondent”, “Dialog”, “asmedia.kiev.ua”, GuildHall, 24tv.ua, News.ua, Espreso, RBC.ua, Qazeta, Delovaə Stoliüa, 112 Ukraine və digər informasiya mənbələrində də geniş işıqlandırılıb. Ukrayna və rus dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin çıxışındakı bir sıra fikirlər xəbər başlıqlarına çevrilib.
“Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans qonşu Gürcüstanda da KİV-in marağına səbəb olub. Bu ölkənin report.ge, interpress.ge, 24news.ge, kvira.ge, aktual.ge, ghn.ge, accentnews.ge, 1tv.ge, KavkazPlus və digər portalları Prezident İlham Əliyevin konfransdakı çıxışından bəzi məqamları oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində çatdırıblar.
Azərbaycan Prezidentinin nitqi Bolqarıstanın Focus-News, Livanın IMLebanon News, Misirin Aldiplomacy, Pakistanın Urdu Point, Hindistanın United News of India, Moldovanın Noi.md, Belarusun Charter97, Litvanın Slaptai, Qırğızıstanın “turktoday.info” media qurumları tərəfindən də ətraflı işıqlandırılıb.
Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışından bir sıra məqamlar sosial şəbəkələrdə geniş paylaşılıb. Məsələn, konfransın Türkiyədən olan iştirakçıları Hasan Ünal və Ahmet Uysalın, habelə Pakistanın Qlobal Strateji Elmlər Mərkəzinin tvitlərində tədbirin əhəmiyyəti, Azərbaycan Prezidentinin çıxışındakı nüanslar vurğulanıb.
Bundan başqa, bir sıra xarici ekspertlərin də dövlətimizin başçısının çıxışı ilə bağlı fikirləri diqqəti cəlb edir. ABŞ-dan olan beynəlxalq ekspert Piter Teyz ümumilikdə tədbiri beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərliyinin baxışının və ədalətli, dəyişməz siyasətinin növbəti nümayişi kimi dəyərləndirib.
Macarıstanın ingilis dilində yayımlanan “Daily News Hungary” internet resursunun yaradıcısı Alpar Kato isə Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda səsləndirdiyi fikirlərlə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi nailiyyətləri sülhə çevirmək, həmçinin qazanılmış hərbi qələbəni regionda sabitliyin və rifahın təmin olunması kimi nəcib məqsədlərə yönəltməyə sadiqliyini nümayiş etdirdiyini deyib.
Qeyd edək ki, ilk dəfə olaraq Prezident İlham Əliyevin “YouTube” kanalında və “Facebook” səhifəsində canlı yayım formatında təqdim olunan konfransa “Facebook” səhifəsində 120.971 nəfər baxıb, həmçinin 23.276 nəfər tərəfindən bəyənilib, şərhlər yazılıb və paylaşılıb. Həmçinin “YouTube” kanalında konfransa 16.795 baxış olub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05

