II Dünya müharibəsində Azərbaycan xalqı böyük rəşadət göstərib
08.05.2010 [13:34]
Faşizm üzərində qələbənin 65 illiyi münasibətilə təşkil olunan konfransda Qafqaz xalqlarının nümayəndələri- II Dünya müharibəsinin iştirakçıları və ictimai xadimlər iştirak edib.
Həmin konfransda Azərbaycanın iki müharibə veteranı - Damət Məcid oğlu Nəbiyev və Bəkir Xanlar oğlu Məmmədov da iştirak ediblər. Söhbətimiz zamanı hər iki müharibə veteranı konfransın yüksək səviyyədə keçdiyini, veteranlara böyük hörmət və ehtiram göstərildiyini vurğulayıblar. Bildiriblər ki, üç günlük konfransda xalqların dostluq və əməkdaşlığı ilə bağlı müzakirələr və Böyük Vətən müharibəsində Qafqaz xalqlarının birgə fəaliyyəti ilə bağlı söhbətlər aparılıb. Konfrans iştirakçıları tədbirin ilk günündə müharibə qəhrəmanlarının abidəsini ziyarət edib, əbədi məşəl önünə gül-çiçək dəstələri düzüblər. Tuapse konfransında Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, həmçinin, bu ölkələrin tərkibində olan muxtar qurumlar Abxaziya, Cənubi Osetiya, Dağıstan, çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardino-Balkar, Qaraçay-çərkəz, Adıgey, Stavrapol, Krosnadar təmsilçiləri iştirak ediblər. “Qafqaz Böyük Vətən müharibəsi illərində və bunun Rusiya və Qafqazda müasir ictimai şüurda əks-təsirləri” mövzusunda keçirilən dinləmələrdə çıxış edənlər Qafqaz və Rusiya xalqlarının daim sülh və dostluq şəraitində yaşadıqlarını, ümumi düşmənə qarşı birgə mübarizə apardıqlarını qeyd ediblər. Müharibədə qələbənin əldə olunmasında Qafqaz xalqlarının böyük rolu olduğu vurğulanıb. çıxışlarda Qafqazda sülh və sabitliyin, xalqların dostluq və əməkdaşlıq şəraitində yaşamasının vacibliyi vurğulanıb.
Qeyd edilib ki, çoxsaylı millətlərin yaşadığı bu regionda bütün insanlar sülhün və əməkdaşlığın bərqərar olmasını arzulamalı və bunun üçün səy göstərməlidirlər.
Həmsöhbətimiz olan veteranlar, həmçinin, keçdikləri döyüş yolları haqqında da xatirələrini danışıblar. D.Nəbiyev bildirib ki, Gürcüstanda təyyarəçilik məktəbini qurtardıqdan sonra bir başa cəbhəyə gedib: “Mənim ilk döyüş uçuşum Varşava şəhərində olub. 1944-cü ilin sentyabr ayından döyüş uçuşlarına başlamışam. Varşavanı azad edəndən sonra bir sıra şəhərlərin azad olunmasında iştirak etmişəm. Düşmən qırıcılarının qarşısını alanlardan biri də mən olmuşam. Berlinə kimi döyüş uçuşlarında iştirak etmişəm. 2 may 1945-ci ildə bizim döyüş uçuşlarımız dayanıb”.
Veteran deyir ki, müharibədən sonra da bir il Almaniyada qalıb. Bir il sonra isə Stalinin əmri ilə Zaparoje şəhərinə gəliblər. “Mən 8-ci qvardiya bombardmançı alayında xidmət etmişəm. Zaparoje şəhərində dörd ay qalandan sonra 1950-ci ilə kimi o vaxtkı Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yaşadım. İşlədiyim hərbi hissə ləğv olunandan sonra 1973-cü ilə kimi piyada qoşun hissələrində qulluq etmişəm. Həmin ildən istefaya çıxmışam. Daha sonra Azərbaycana gəlib Politexnik İnstitutunda, Musiqi texnikumunda işləyərək gənclərə hərbi vətənpərvərlik məsələlərini təbliğ etmişəm. 2002-ci ildən işləmirəm”, deyən D.Nəbiyev yaşına baxmayaraq “Ali Baş Komandan əmr verərsə, mən də gənclərlə bərabər torpaqlarımızın azadlığı uğrunda döyüşə getməyə hazıram”, - deyir.
Onun sözlərinə görə, dövlətimiz İkinci Dünya müharibəsi iştirakçılarına həmişə qayğı göstərir. 1992-ci ildə o vaxtkı hakimiyyət tərəfindən Qələbə bayramının faktiki ləğv edildiyini xatırladan veteran bildirib ki, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra bu bayramı bərpa etdi: “ümummilli liderimiz bildirmişdi ki, “Böyük Vətən müharibəsi veteranları bizim qızıl fondumuzdur”. Bundan artıq bizim üçün qiymət ola bilməz. Bu gün Prezident İlham Əliyev Ulu öndərimizin bu siyasətini layiqincə davam etdirir”. Dövlət başçısının daim veteranlara qayğı göstərdiyini deyən həmsöhbətimiz müharibə iştirakçılarına birdəfəlik 500 manat yardım verilməsi haqqında Prezident İlham Əliyev tərəfindən bu günlərdə imzalanan Sərəncamı yüksək dəyərləndirib: “Bu qayğıya görə, Prezidentimizə təşəkkür edirəm. Dövlətimiz bütün işlərdə bizə dəstək olur. öz növbəmizdə Ali Baş Komandanın əmrini gözləyirik. Əgər torpaqlarımızın azad olunması haqqında əmr verilsə, biz veteranlar da döyüşə getməyə hazırıq. Azərbaycan bayrağının tezliklə Xankəndində ucalmasını istəyirik”.
Digər veteran Bəkir Məmmədov hələ müharibədən əvvəl pedoqoji texnikumda təhsil alıb ibtidai sinif müəllimi işlədiyini deyib. Müharibənin başlaması xəbərini isə hərbi xidmətdə olarkən eşidib. “Mən piyada qoşunlarında xidmət etmişəm. Müharibə xəbərini verənlər deyirdilər ki, faşistlər 3 ay ərzində sovet ittifaqını işğal etmək istəyirlər. Amma istəklərinə nail ola bilmədilər. Baxmayaraq ki, onlar Moskvanın 17 kilometrliyinə çatmışdılar. Eyni zamanda, faşistlərin Mahaçqalaya çatmağa 70 kilometr qalmışdı. O vaxt bizi Minsk şəhərini azad etməyə göndərmişdilər. Səhra ordusunda olsam da, Qafqaza gəlib 23-cü Azərbaycan milli diviziyasının tərkibində döyüşmüşəm. 1943-cü ildə ordu irəli gedəndə 416-cı diviziya ilə birgə hərəkət etmişik. Rostov, Krasnodar, Pyatiqorsk şəhərlərini birgə keçmişik. Rostova yaxınlaşanda 416 diviziya Toqonroq tərəfə, 223 diviziya isə Smolensk tərəfə gedib. Burdan sonra Belorusiyaya gələndə 135-ci atıcı diviziyasında 3-cü Belarus cəbhəsinə düşmüşəm. 1944-cü ildə Minsk şəhərini azad etdik. Daha sonra Polşanın faşistlərdən təmizlənməsi uğrunda döyüşlərdə iştirak etdik. Bu döyüşlərdə Krakov və digər şəhərləri faşistlərdən təmizləyərək Polşanı azad etmişik. Mənim bu müharibədə axrıncı döyüşüm Berlinin yaxınlığındakı Potstam şəhəri olub. Demək olar ki, aprelin axırında mühaibə qurtardı”. B.Məmmədov müharibədə Azərbaycan neftinin xüsusi rol oynadığını da vurğulayıb. “Bilirsiniz ki, təyyarə benzininin hamısını Bakı verirdi. Bu ixtiranı akademik Yusif Məmmədəliyev etmişdi. Böyük sərkərdə Jukovun kitabında belə bir kəlam var: “Azərbaycan nefti olmasaydı, qələbə şübhə altında idi”. ümumiyyətlə, Azərbaycan xalqının müharibə illərində etdiyi kömək, yardım həddindən artıqdır. Katyuşanın mərmiləri keçmiş leytnant Şmidt adına zavodda istehsal olunurdu. Bunlar hamısı sovet ordusuna kömək edib. Tanklar, təyyarələr burda təmir olunub. Yəni xalqımız arxa cəbhədə misilsiz xidmətlər göstərib”, - deyə o, qeyd edib.
Müharibə qurtarandan sonra B.Məmmədov Azərbaycana qayıdıb. O zaman hərbidən birinci müəllimləri tərxis edirmişlər. Bakıya gələndən sonra isə Bəkir müəllim ali təhsil alıb. Hal-hazırda isə o, normal həyat tərzi keçirdiyini, heç nədən şikayətçi olmadığını bildirib: “Müstəqilliyimizin ilk illərində veteranlara xoş münasibət olmasa da, Ulu öndər bizə ikinci həyat verdi, 9 May bayramını bərpa etdi. Eyni zamanda, bu müharibədə iştirak edənlər haqqında qiymətli fikirlər söyləyib. Müharibəyə 600 min nəfərdən çox azərbaycanlı getsə də, onların yarısı qayıtdı. Hazırda isə çoxları vəfat edib, indi təxminən 3000 nəfər yaşayır. Bu gün Prezident İlham Əliyevə minnətdarıq ki, Ulu öndərin siyasətini uğurla davam etdirir. Biz hamımız Prezidentimizə gördüyü işlərdə dayaq olmalıyıq. 65 illik yubiley alman faşistlərinin üzərində qələbənin bayramıdır. Amma istəyirəm ki, tezliklə erməni işğalçılarının üzərində qələbəmizi bayram edək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18

