/ / Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi dövlətin və cəmiyyətin diqqət mərkəzindədir
Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi dövlətin və cəmiyyətin diqqət mərkəzindədir
24.04.2021 [10:00]
Prezident İlham Əliyev: Həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq düşməni tam kapitulyasiyaya məruz qoydu və özünün ərazi bütövlüyünü təmin etdi. 44 günlük müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları uğurla yerinə yetirən Silahlı Qüvvələrimiz təxminən 300 yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qalan işğalçı Ermənistan bəhs edilən sənədlə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq 2020-ci il dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza geri qaytardı.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin qəhrəmanlığını, yüksək vətənpərvərliyini bütün dünya gördü. Verilən məlumatlara görə, müharibənin davam etdiyi 44 gündə Ermənistanın hərbi birləşmələrində təxminən 10 min fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə müharibənin əvvəlindən sonunadək bir nəfər də olsun fərarilik etmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlığı yüksək dəyərləndirərək vurğulayıb: “Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq”.
Azərbaycan dövləti şəhid ailələri və müharibə əlilləri üçün əlindən gələn hər şeyi edir
Azərbaycanda canlarını Vətən torpağı uğrunda fəda edən şəhidlərimizin xatirəsi əziz tutulur, müharibə əlillərinə böyük ehtiram bəslənilir. Azərbaycan dövləti daim bu qəbildən olan ailələrin və əlillərin yanında olmaq nümunəsi sərgiləyir. “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət dəstəyi müxtəlif istiqamətləri əhatə edir. Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup müharibə əlillərinin təqaüdü isə 300 manata qədər artırılıb. Eləcə də Milli Qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı”na Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi iştirakçılarının və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir neçə ayda görülmüş işlər 7 min şəxsi əhatə edir.
Ölkəmizdə, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur. Müvafiq proqramın Bakıda, Sumqayıtda, Abşeron rayonunda cari ilin sonunadək tam icra ediləcəyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib”.
Qeyd edək ki, 2021-ci ilin əvvəlindən ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə 300 mənzil verilib. Eyni zamanda, cari ildə regionlarda 450 fərdi ev də tikilərək bəhs edilən kateqoriyadan olan ailələrə və əlillərə təqdim ediləcək.
Azərbaycan dövləti tərəfindən, həmçinin müharibə əlillərinin normal həyata qayıtmalarının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Cari il fevralın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərindən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır. Ümumiyyətlə, son iki ildə ölkə üzrə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq istifadəyə verilib. Respublikamızda ötən ilin dekabrından müharibə əlillərinin yüksəktexnologiyalı protezlərlə təminatı işləri aparılır. Artıq 16 hərbçi yüksəktexnologiyalı protezlə təmin olunub və bu sahədə işlər davam etdirilir. Yaxın zamanlarda daha 12 hərbçi elektron ayaq protezi ilə təmin olunacaq. Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizə də yüksəktexnologiyalı protezlər veriləcək.
“YAŞAT” Fondu şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirir
Yuxarıda deyilənlərdən də göründüyü kimi, respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə bir sıra dövlət dəstəyi mexanizmləri formalaşıb. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi, həmçinin cəmiyyətin də diqqət mərkəzindədir. Tarixən Azərbaycan xalqı özünün humanizm ənənələri ilə fərqlənib. Yaxşı haldır ki, belə ənənələr cəmiyyətimizdə bu gün də yaşayır. Bu baxımdan Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Bəhs olunan sənəddə vurğulanıb: “Şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər”.
“YAŞAT” Fondunun fəaliyyətində Azərbaycan cəmiyyətinin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə necə həssaslıqla yanaşdığını aydın şəkildə izləmək mümkündür. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur: şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək şəhid ailəsi üzvü və ya müharibə əlili statusu alan şəxs tərəfindən götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması; şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin məişət şəraitinin yaxşılaşdırılması. İndiyədək fondun əməkdaşları tərəfindən 14280 şəhid ailəsi və müharibə əlili ziyarət olunub. Fondda qeydə alınan yaralıların sayı 2775-ə çatıb. Qurum 5818 şəxsi öz himayəsinə götürüb. Fəaliyyətini tam şəffaflıq və hesabatlılıq prinsipi ilə quran “YAŞAT” Fondu şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirir. Elə bu günlərdə daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə yola salınıb. Xatırladaq ki, fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Sağlamlıqları bərpa olunan qazilərimiz böyük ruh yüksəkliyi ilə Vətənə dönürlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

