/ / Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan regionda geniş əməkdaşlıq imkanları açan yeni reallıqlar yaradıb
Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan regionda geniş əməkdaşlıq imkanları açan yeni reallıqlar yaradıb
25.05.2021 [08:58]
Prezident İlham Əliyev: Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq
Son illərdə Azərbaycan beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirə edildiyi tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan, mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrinin keçirilməsi də diqqət çəkir. Qeyd edək ki, dövlətimizin başçısının səkkiz il öncə dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin tanıdılması üçün verdiyi tapşırığa əsasən yaradılan Beynəlxalq Mərkəz qısa zaman kəsiyində bütün dünyada böyük nüfuz qazanıb. Qurum aparıcı beynəlxalq təşkilatlarla və dövlətlərlə əlaqələr qurmaq strategiyasını uğurla reallaşdırır. İndiyədək Beynəlxalq Mərkəz bir sıra önəmli tədbirlər təşkil edib ki, onların sırasında Bakı Qlobal Forumu xüsusi yer tutur. Beynəlxalq Mərkəzin Azərbaycan Prezidentinin iştirakı ilə keçirdiyi son müzakirələrin mövzusu da qlobal gündəlikdə duran mühüm məsələlərdəndir. Çünki ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə Azərbaycanın qazandığı şanlı qələbə sayəsində Cənubi Qafqaz regionunda mühüm dəyişikliklər baş verib və yaranmış yeni vəziyyət yeni yanaşmaları tələb edir. Prezident İlham Əliyev müzakirələrdəki çıxışında və Ona ünvanlanan çoxsaylı suallara verdiyi cavablarda postmüharibə dövrünün reallıqlarından bəhs edib və ölkəmizin strateji hədəfləri ilə bağlı mesajlarını diqqətə çatdırıb. Əslində, sözügedən müzakirələri Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı kimi də dəyərləndirə bilərik. Bütövlükdə, dövlətimizin başçısının tədbirdə verdiyi mesajların üç mühüm istiqamətinə xüsusi nəzər salmaq məqsədəmüvafiq olar.
Üç onillik ərzində davam edən münaqişə artıq arxada qalıb
Ermənistanın üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasəti regionda sülh, təhlükəsizlik üçün ciddi təhdidlər yaradıb. Bu işğalçılıq siyasəti humanitar faciələrə yol açdı. Zəbt olunan ərazilərin bir milyondan artıq azərbaycanlı sakini öz doğma yurd yerlərini, ev-eşiklərini tərk etmək məcburiyyətində qaldı.
Təbii ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmadı. Arxada qalan üç onillik ərzində ərazi bütövlüyünün təmin olunması məsələsi ölkəmizin gündəliyinin mərkəzində dayandı. Azərbaycan dövləti ötən əsrin doxsanıncı illərinin əvvəllərində düşmən tərəfindən işğal olunan torpaqları geri qaytarmaq, tarixi ədalətin bərpa olunmasını təmin etmək üçün məqsədyönlü siyasət apardı. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət məntiqi sonluqla yekunlaşdı. Belə ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz işğalçı Ermənistanın hərbi birləşmələrini darmadağın edərək düşməni diz çökdürdü. Ordumuz təxminən 300-ə yaxın yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etməyə nail oldu. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin, bir sıra strateji yüksəkliklərin azad olunmasından sonra düşmən müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşdü və noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Sözügedən sənədlə üzərinə bir sıra öhdəliklər götürən işğalçı Ermənistan sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza qaytardı. Beləliklə, üç onillik davam edən Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalıb, münaqişə hərbi-siyasi yolla həllini tapıb. Prezident İlham Əliyev bildirib ki, müharibə vaxtı baş verənlər ədalətin qələbəsi, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi.
Yeni reallığa uyğun olaraq münasibətlərdə yeni yanaşma formalaşdırılmalıdır
Əslində, Ermənistanın işğalçılıq siyasətinin iflasa uğraması labüd idi. Forpost dövlətin üç onillik ərzində davam etdirdiyi siyasət təcavüzkarlığa əsaslanırdı, ədalətdən uzaq idi və yalan üzərində qurulmuşdu. Müzakirələrdə də bildirildiyi kimi, uzun illər ərzində Ermənistan siyasi isteblişmenti Azərbaycanı iblisləşdirirdi, onlar ictimai rəyi çaşdırırdı, respublikamızla və bizim nə istədiyimizlə bağlı tamamilə qeyri-real mənzərə yaradırdı. Ermənistan cəmiyyətində ölkəmizə qarşı olan nifrətin səviyyəsi, Azərbaycanafobiya o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başlamışdı. Buna görə də indi baş verənlər bu ölkədə çox ciddi psixoloji dram yaradıb. Artıq insanlar başa düşürlər ki, 30 il ərzində ölkəni idarə edən şəxslər xalqa yalan danışıblar. Yeri gəlmişkən, işğalçı ölkənin rəhbərliyi hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da yalan danışmaqdan qalmırdı, hansısa döyüşü udduqları, yeni əraziləri nəzarətə götürdükləri barədə feyk məlumatlarla baş qatırdı. Halbuki döyüş meydanında bunun tamam əksi baş verirdi. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, qaçqınları öz doğma torpaqlarına qaytarmaq istəyi və tələbi isə tam legitim idi, ədalətə, beynəlxalq hüquqa əsaslanırdı. Ölkəmiz Vətən müharibəsində istəyinə çatdı və erməni faşizmini məhv etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Regionda yeni reallıq yaranıb, daha dəqiq desəm, Azərbaycan tərəfindən yaradılıb və Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır”.
Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı qələbə sayəsində regionda yaranan yeni reallıqlar bütün bölgə dövlətləri arasında geniş əməkdaşlıq perspektivləri açır. Yuxarıda bəhs olunan üçtərəfli Bəyanatda əksini tapan müddəalardan biri Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlıdır. Bu dəhlizin yaradılmasını müharibənin qalibi olan Azərbaycan şərt kimi irəli sürüb və sənəd formalaşdırılarkən ölkəmizin tələbi nəzərə alınıb. Beləliklə, Naxçıvanın blokadasına son qoyulur, respublikamızla qardaş Türkiyə arasında birbaşa bağlantı yaranır. Digər mühüm bir məqam ölkəmizin tranzit imkanlarının genişlənməsi ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Ölkəmiz özünün coğrafi mövqeyindən bəhrələnməklə tranzit imkanlarını genişləndirməyi hədəfləyib. Son illərdə böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaradılan müasir infrastruktur ölkəmizin Avrasiya coğrafiyasının ən əlverişli nəqliyyat-logistika hablarından birinə çevrilməsini təmin edib. Zəngəzur dəhlizinin yaradılması respublikamızın nəqliyyat-daşıma imkanlarını daha da genişləndirəcək. Kommunikasiyaların açılması həm də bütün region dövlətlərinin maraqlarına cavab verir. Eyni zamanda, 30 il ərzində işğalçılıq siyasətinin girovuna çevrilən, bütün regional layihələrdən kənarda qalan Ermənistan da kommunikasiyaların açılmasından faydalana bilər. Prezident İlham Əliyevin bildirdiyi kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq.
Azərbaycan gələcək naminə müharibə səhifəsini bağlamağa hazır olan ölkədir
Üç onillik ərzində Ermənistanın apardığı işğalçılıq siyasətinin ölkəmizin həyatına gətirdiyi çətinliklərin, vurduğu iqtisadi və mənəvi ziyanın miqyası çox böyükdür. Biz yuxarıda Ermənistanın işğalçılıq siyasətinə görə bir milyondan çox azərbaycanlının öz doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldıqlarından bəhs etdik. Ermənilər, eyni zamanda, işğal etdikləri ərazilərimizdə misli görünməmiş vandalizm əməlləri törədiblər. İşğala məruz qalan şəhər və kəndlərimizin 90 faizi dağıdılıb. Meşələrimiz, digər təbii sərvətlərimiz talan edilib. Ermənilər işğal dövründə ərazilərimizdə qanunsuz məskunlaşma aparıblar, tarixi dini-mədəni abidələrimizi özününküləşdirməyə çalışıblar, bu mümkün olmadıqda isə onları dağıdıblar. İşğal altında qalan ərazilərimizdə 60-dan artıq məscid, onlarca muzey məhv edilib. Erməni işğalçılarının belə genişmiqyaslı dağıntıları törətməkdə məqsədi o idi ki, azərbaycanlılar bir daha öz dədə-baba torpaqlarına qayıtmaq barədə düşünməsinlər.
Əlbəttə, erməni işğalçılarının vandalizm əməlləri hər cür qınağa layiqdir. Ancaq Azərbaycan bütün olub-keçənlərə baxmayaraq, müharibə səhifəsini birdəfəlik bağlamaq istəyir. Ölkəmizin xoş niyyətini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. “Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan postmüharibə mərhələsində humanitar problemlərlə bağlı məsələlərə böyük həssaslıqla yanaşır. İndiyədək ölkəmiz bütün hərbi əsirləri, o cümlədən müharibə dövründə hələk olmuş 1600-ə yaxın erməni hərbi qulluqçusunun cəsədini qarşı tərəfə qaytarıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

