Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bahar Muradova: Ermənistan Türkiyəni çətin vəziyyətdə qoymaq üçün istənilən yolla "erməni soyqırımı" məsələsini qaldırır

Bahar Muradova: Ermənistan Türkiyəni çətin vəziyyətdə qoymaq üçün istənilən yolla "erməni soyqırımı" məsələsini qaldırır

18.05.2010 [10:16]

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər möhkəmdir, heç kim bu münasibətləri poza və ya onlara ziyan vura bilməz. Bu barədə Alma-Atada ATƏT-in iclasında iştirak edən Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova Türkiyənin “Cihan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl Türkiyə ilə Azərbaycan arasında baş vermiş xırda anlaşılmazlıqlara baxmayaraq, ölkələr arasında münasibətlər yüksək səviyyədədir.
B.Muradovanın sözlərinə görə, regionda əsas problem təkcə Azərbaycana deyil, həm də Türkiyəyə ərazi iddiaları irəli sürən Ermənistanın özündədir.
“Ermənistan Türkiyəni çətin vəziyyətdə qoymaq üçün istənilən yolla “erməni soyqırımı” məsələsini qaldırır”, - vitse-spiker bildirib.
B.Muradovanın fikrincə, Ermənistanla problemi həll etmək üçün Türkiyə Azərbaycan ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidir.
O, həmçinin bildirib ki, güclü dövlət kimi Türkiyəyə inanır və Türkiyə ilə Azərbaycan arasında qardaş münasibətlərinin qorunub saxlanmasını istəyir.

Paylaş:
Baxılıb: 1172 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30