İlham Məmmədov: Arif Hacılı və təmsil olunduğu düşərgə yenə öz ampluasındadır
08.06.2021 [09:17]
“Hər zaman fəaliyyətini xaricdəki ermənipərəst mərkəzlərin sifarişi əsasında quran radikal müxalifət bu gün də öz əməllərindən əl çəkmir. Bu düşərgə təmsilçiləri Azərbaycan dövlətini və xalqını hədəfə almaq, qazanılan uğurlara, görülən işlərə kölgə salmaq üçün dondan-dona girirlər”. Bu fikirləri Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov deyib.
Deputat bildirib ki, ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinə və ordumuza dəstək verməyən dağıdıcı ünsürlər, bu gün öz fəaliyyətlərini bir mərkəzə istiqamətləndiriblər: “Onlar əldə etdiyimiz tarixi, möhtəşəm Zəfəri inkar etmək, postmüharibə dövründə dövlətimizin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərini hədəfə almaq üçün dəridən-qabıqdan çıxırlar. Əslində, dağıdıcı ünsürlərin bu cür davranması təbiidir. Çünki bunu onlara xaricdəki ağaları, ermənipərəst mərkəzlər sifariş verirlər. Buna görə də dünya Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən danışarkən, ölkəmizdəki radikal düşərgə təmsilçiləri məntiqsiz və əsassız iddialar səsləndirirlər. Hətta ermənilər belə Ermənistanın müharibədə ölümcül məğlubiyyətə uğradığını etiraf etdiyi halda, ölkəmizdəki radikallar qələbəmizi, yumşaq desək, görməzdən gəlirlər”.
Millət vəkili bildirib ki, vətənpərvərlik hissindən uzaq düşmüş radikallar dövləti hədəfə almaq üçün məntiqsiz iddialar səsləndirirlər: “Buna misal olaraq Müsavat Partiyasının sədri Arif Hacılının “facebook” sosial şəbəkə hesabından etdiyi son paylaşımlarından birini göstərmək olar. Belə ki, bir tərəfdən minalanmış ərazilərdə ölümlərin sayının artdığını yazan,- amma nədənsə o, bu minalara görə Ermənistanın ünvanına hər hansı bir tənqidi fikir səsləndirmir,- A.Hacılı digər tərəfdən, soydaşlarımızın niyə həmin ərazilərə buraxılmadığını soruşur, bu azmış kimi dövləti də haqsız yerə tənqid edir. Beləliklə, onun məntiqindən bu nəticə hasil olur ki, Azərbaycan dövləti insanları minalanmış ərazilərə buraxmalıdır. Belə yerdə deyiblər ki, “ustadına bərəkallah”. Bir sözlə, görünən odur ki, Arif Hacılı və təmsil olunduğu düşərgə yenə öz ampluasındadır”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

