/ / Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bir il uzadılması dünyada ölkəmizə, onun Liderinə olan inamın ifadəsidir
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bir il uzadılması dünyada ölkəmizə, onun Liderinə olan inamın ifadəsidir
18.07.2021 [09:49]
Prezident İlham Əliyev: 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı
Müstəqil Azərbaycanın öz imkanlarından istifadə edərək beynəlxalq miqyasda təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, ölkələr və xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verməsi dünyada yüksək dəyərləndirilir. Bunu ölkəmizin BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatındakı (QH) uğurlu fəaliyyətinin timsalında da izləmək mümkündür. Xəbər verildiyi kimi, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Prezident İlham Əliyev iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında videoformatda təqdim olunan çıxışında respublikamızın Qoşulmama Hərəkatında sədrlik fəaliyyətinə yüksək qiymət verilməsindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı”.
Pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir
Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin Qoşulmama Hərəkatında təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunmasına və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına yeni üzv dövlət seçilməsi prosedurunda Azərbaycan Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin ciddi dəstəyini hiss edib. Belə ki, həmin vaxt namizədlər arasında ciddi rəqabət var idi. Azərbaycan bu rəqabətdən qalib çıxdı - 155 dövlətin dəstəyini qazanaraq Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi və burada Qoşulmama Hərəkatına üzv dövlətlərin respublikamızın lehinə səs vermələri mühüm rol oynadı. Qoşulmama Hərəkatı, həmçinin Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyib və Vətən müharibəsi dövründə qəbul etdiyi sənədlərlə ölkəmizin yanında olduğunu ifadə edib. Öz növbəsində, respublikamız Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına davamlı töhfələr verir. İndiyədək ölkəmizdə Hərəkatın ayrı-ayrı tədbirləri yüksək səviyyədə təşkil olunub. Məlumdur ki, Qoşulmama Hərəkatının üzvlərinin böyük qismi inkişaf etməkdə olan dövlətlərdir. Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərdə bu amili nəzərə alır və ehtiyac yarandığı təqdirdə humanitar aksiyalarda fəal iştirak edir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün Hərəkata üzv olan 30-dan çox ölkənin gəncləri bu proqramdan faydalanırlar. Respublikamız, həmçinin Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Belə nümunələrin sayı kifayət qədər çoxdur. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub.
Məsuliyyətli dövlət olan Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövr üçün geniş, kifayət qədər səmərəli fəaliyyət planı hazırlamışdı. Lakin 2019-cu ilin sonlarından başlayan və qısa müddətdə bütün dünyanı ağuşuna alan, özü ilə bərabər həyatımıza bir sıra çətinliklər gətirən koronavirus pandemiyası qlobal miqyasda çağırışları dəyişdi. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik fəaliyyətinin yeni çağırışlara adekvatlılığını təmin etməyə çalışır. İndiyədək respublikamız qlobal səciyyə daşıyan pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan bir sıra təşəbbüslər irəli sürüb. Məhz Azərbaycanın təklifi əsasında 4 may 2020-ci il tarixində QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də bütün dünyada böyük rezonans doğurdu. Belə ki, əksər qitələrdən olan 150-dən artıq dövlət bu təşəbbüsə dəstəyini bildirdi və Xüsusi sessiya 3-4 dekabr 2020-ci il tarixlərində baş tutdu. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə Hərəkatın tarixində ilk dəfə olaraq QH Modeli Beynəlxalq Simulyasiya Təlimi keçirildi.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycan pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir. Öz növbəsində, ölkəmizin təşəbbüsləri Hərəkata üzv dövlətlər tərəfindən təqdir olunur. Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciətləri isə dünyada ölkəmizə, onun Liderinə olan böyük inamın və etimadın ifadəsidir. Aydın şəkildə görünür ki, Azərbaycanın QH-yə sədrliyi dövründə Hərəkatın beynəlxalq nüfuzunun, təsirinin gücləndirilməsi, qurum üzvlərinin maraqlarının, beynəlxalq hüququn və ədalətin müdafiəsi üçün göstərdiyi davamlı səyləri, pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, vəziyyətə çevik və adekvat reaksiya verməsi qlobal səviyyədə yüksək dəyərləndirilir.
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsinə mühüm töhfələr verir
Yuxarıda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə və ondan əvvəlki mərhələdə qurumun funksionallığının artması, beynəlxalq miqyasda siyasi nüfuzunun yüksəlməsi məqsədilə reallaşdırdığı tədbirlərin bəzilərinə nəzər saldıq. Bütövlükdə, bu siyahı uzundur və onların əhatə dairəsi kifayət qədər genişdir. Vurğulamaq yerinə düşər ki, Azərbaycan qlobal pandemiya şəraitində yüksək həmrəylik nümunəsi göstərərək Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon dollar həcmində ianə edib. Bu vəsaitin yarısı məhz Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub. Bundan başqa, pandemiyaya qarşı milli səviyyədə nümunəvi şəkildə mübarizə aparan respublikamız 30-dan çox dövlətə də dəstək verib. Respublikamızın “peyvənd millətçiliyi”nə qarşı qətiyyətlə mübarizə aparması da Qoşulmama Hərəkatına üzv dövlətlərin mənafelərinə tam uyğundur. Xatırladaq ki, Azərbaycanın Qoşulmama Hərəkatı adından irəli sürdüyü təşəbbüs BMT-nin İnsan Hüquqları Şurasında dəstəklənib və burada 2021-ci ilin mart ayında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı müvafiq qətnamə qəbul olunub.
Azərbaycanın QH-nin sədri kimi ən uğurlu fəaliyyət istiqamətlərindən biri isə Hərəkatla digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlıdır. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir. “Bakı Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında ötən ilin may ayında keçirilən Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı buna qoşulub. Bundan başqa, 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

