/ / Asim Mollazadə: Ölkəmiz üçün bu gün ən aktual məsələ postmüharibə dövründə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələr verməsidir
Asim Mollazadə: Ölkəmiz üçün bu gün ən aktual məsələ postmüharibə dövründə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələr verməsidir
05.08.2021 [08:55]
“Hazırda müstəqil Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş doğma Qarabağ torpağı böyük quruculuq və abadlıq meydanına çevrilib”.
Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Partiya sədrinin sözlərinə görə, ölkəmiz üçün belə bir məsuliyyətli və əlamətdar dövrdə referendumun keçiriləcəyi və parlamentin buraxılacağı kimi iddiaların ortaya atılması başadüşülən deyil: “Ötən dövrdə, o cümlədən pandemiya və müharibə zamanı, həm parlamentin, həm də hökumətin fəaliyyəti qənaətbəxş olub. Eyni zamanda, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımız, ölkədə fəaliyyət göstərən əksər siyasi qüvvələr və qeyri-hökumət təşkilatları dövlətimizə, hökumətimizə və Milli Məclisə dəstək nümayiş etdiriblər. Bu birliyin və həmrəyliyin nəticəsidir ki, Azərbaycan dövləti döyüş meydanında əldə etdiyi qələbəni diplomatik masada uğurla davam etdirir”.
A.Mollazadə deyib ki, ölkəmiz üçün bu gün ən aktual məsələ postmüharibə dövründə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələr verməsidir: “Qalib Azərbaycanın regionda yaratdığı yeni reallıqların fonunda azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin planlı şəkildə, sürətlə yerinə yetirilməsi, həmçinin ölkəmizin regionda nəhəng layihələrinin gerçəkləşməsinin tərkib hissəsi olan addımların atılması milli maraqlarımıza tam cavab verir. Böyük Qayıdış üçün səfərbər olan dövlətimizin və xalqımızın həmrəylik nümayiş etdirdiyi indiki vaxtda Azərbaycanı istəməyən bəzi qüvvələrin bir sıra internet resurslarında ictimai rəyi yanıltmaq və süni gündəm yaratmaq cəhdləri iflasa məhkumdur”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

