Azərbaycan mətbuatının inkişafı istiqamətində növbəti addım
12.06.2010 [02:53]
Bu il zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının 135 ili tamam olur. Görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçən milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmağı bacarıb. XlX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində “Əkinçi” ənənələrini davam etdirən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” və digər nəşrlər insanları yüksək ideallar uğrunda mübarizəyə səsləyib, milli oyanış və özünüdərk prosesinin aparıcı nümunələri kimi tanınaraq şöhrət qazanıblar. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr verib.
XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın inkişafı ilə bağlı yürütdüyü siyasət bu gün ölkəmizdə demokratik medianın yaranmasının əsas stimulu olub. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə gələn Ulu öndər az bir müddətdə ölkədə söz azadlığının bərqərarına təkan verdi, Azərbaycanda müstəqil mətbuat təşəkkül tapdı. Daha sonra Ulu öndərin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasında vətəndaşların söz azadlığı, fikir azadlığı öz əksini tapdı. 1998-ci ilin avqustunda “ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə Azərbaycan mətbuatının inkişafı yeni mərhələyə qədəm qoydu.
ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Ulu öndərin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Bunun əsası isə məhz Ulu öndərin müstəqil mətbuatın inkişafına verdiyi dəstək əsasında qoyuldu.
Ulu öndər Heydər Əliyevin başlatdığı ölkəmizdə həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı hər zaman mətbuatın inkişafının dövlət siyasətinin başlıca prioritetlərindən olduğunu vurğulayıb və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırıb. Prezident İlham Əliyev böyük humanistlik göstərərək qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının dövlət büdcəsi hesabına ödənilməsi qərarını qəbul etdi, milli mətbuatımızın yaranmasının 130 illik yubleyi münasibətilə ölkənin onlarla jurnalistlərini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz. Qəbul olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması milli mətbuatımızın inkişafında müstəsna əhəmiyyəti olan addımlardır. ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən, milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Bu gün istər iqtisadi, istərsə də siyasi cəhətdən yüksək inkişaf tempinə malik Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Bu isə dövlətimizin diqqəti və qayğısı nəticəsində daha yüksək sürətlə həyata keçirilir. Bu gün jurnalistikada peşəkarlığın artırılması, obyektivliyin gözlənilməsi, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmək kimi prioritetlər əsas götürülür və bunun nəticəsində də mətbuat öz inkişaf yolunu müəyyənləşdirir. Məhz dövlətimiz tərəfindən milli mətbuatımızın inkişafına verilən dəstək qeyd olunan prinsiplərin qorunmasına və inkişafına yol açır.
Prezident İlham Əliyev bu günlərdə bir daha milli mətbuatımızın inkişafını özündə ehtiva edən Sərəncam imzalayıb. Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında olan Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, demokratikləşmə və müasir vətəndaş cəmiyyəti quruculuğunda milli mətbuatın rolu yüksəkdir və bu baxımdan Azərbaycan milli mətbuatının 135 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması qərara alınır. Daha sonra bildirilir ki, Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurasına tapşırılır. Bundan başqa, Sərəncamda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflərin də irəli sürülməsi ilə bağlı müddəa öz əksini tapır.
Həqiqətən də, bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılır. Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən konseptual inkişaf strategiyası ölkəmizdə vətəndaş cəmiyyətinin, demokratik prinsiplərin möhkəmləndirilməsinə, dövlət-vətəndaş birliyinin davamlılığına və əbədiliyinə öz töhfələrini verir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

