Milli Məclisin payız sessiyasına start verildi
01.10.2021 [15:46]
Sentyabrın 30-da Milli Məclisin 2021-ci ilin payız sessiyasında ilk plenar iclası keçirilib.
Parlamentin sədri diqqətə çatdırıb ki, o, bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları barədə deputatlara məlumat verib. Sahibə Qafarova qısaca olaraq qeyd edib ki, 3 sessiyada 22 iclas keçirilib, 120 qanun və qərar qəbul edilib. Ölkənin ictimai-siyasi və iqtisadi həyatının mühüm məsələlərinə münasibət bildirilib.
Parlamentin sədri deyib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyadan sonrakı dövrdə də uğurla davam etdirilib. Bir sıra ölkələrə səfərlər həyata keçirilmiş, xarici ölkələrin təmsilçiləri Milli Məclisdə qəbul ediliblər.
Sonra plenar iclasın gündəliyi təsdiq olunub və gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 15 məsələ daxil edilib. Gündəliyin ilk iki məsələsi Milli Məclisin qərar layihələridir. Spiker qeyd edib ki, hər sessiyanın əvvəlində Milli Məclisin qanunvericilik işləri planı qəbul olunur və Milli Məclis öz fəaliyyətini həmin plan əsasında qurur. Sədr diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqındadır. Plan 12 bənddən ibarətdir.
Payız sessiyasının qanunvericilik işləri planı ilə bağlı aparılan müzakirələrdə komitə sədrləri Zahid Oruc, Musa Quliyev, Əhliman Əmiraslanov, Qənirə Paşayeva, Ziyafət Əsgərov, deputatlardan Musa Qasımlı, Azər Badamov, Fazil Mustafa, Əli Məsimli, Aydın Mirzəzadə, Razi Nurullayev, Sahib Alıyev, Jalə Əliyeva, Hikmət Məmmədov çıxış ediblər. Millət vəkilləri qanunvericilik işləri planını məqbul hesab ediblər, bir sıra təkliflər səsləndiriblər.
Deputatlar, eyni zamanda, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin bu günlərdə Qazaxıstan Respublikasına işgüzar və rəsmi səfəri barədə fikirlərini açıqlayıblar. Səfər zamanı keçirilən görüşləri, aparılan danışıqları yüksək dəyərləndiriblər. Həmin görüşlərdə spikerin Xocalı soyqırımının qarşıdan gələn 30 illiyi ilə bağlı etdiyi çağırışlar müsbət qarşılanıb.
Çıxışlarda 27 sentyabr - Anım Günündə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı xüsusi qeyd edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər tarixi ədalətin bərpası kimi dəyərləndirilib. Ölkə başçısı İlham Əliyevin Azərbaycanın şanlı qələbəsindəki rolu və xidmətləri yüksək qiymətləndirilib.
Müzakirələrin yekununda Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı səsə qoyularaq qəbul edilib.
Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsi Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı ilə bağlıdır. Qeyd edilib ki, ötən ilin sentyabr-noyabr aylarında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Zəfər yürüşü xalqımızın qəhrəmanlıq tarixində yeni şanlı səhifə açıb. Əldə edilən parlaq Qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü bərpa olunub. Spiker öz əminliyini bildirib ki, on illər, yüz illər keçəcək, ancaq 44 günük Vətən müharibəsində xalqımızın göstərdiyi cəsarət, fədakarlıq heç zaman unudulmayacaq və bir daha sınaqdan çıxmış torpaq, Vətən məhəbbətinin şöləsi daim gur yanacaq, yeni-yeni nəsillərimizi qələbədən-qələbəyə aparacaq.
Parlamentin sədri Sahibə Qafarovanın fikirləri alqışlarla qarşılanıb.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Milli Məclisin Bəyanat layihəsinin mətnini oxuyub.
Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı dinlənildikdən sonra səsə qoyularaq qəbul edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32

