Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
18.06.2010 [09:46]
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 2010-cu il 10 fevral tarixli Fərmanının icrası ilə bağlı məlumat verib. O, cari ildən universitetlərdə maliyyələşmənin ünvanlı şəkildə hər bir tələbə üçün aparıldığını xüsusi vurğulayaraq, bu Fərmanla bağlı görülən işlərdən danışıb.
Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, Fərmanın xüsusi bəndi ilə Azərbaycan Respublikasının Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirlikləri xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim ediblər. Həmin təkliflər əsasında Nazirlər Kabineti tərəfindən müvafiq qərar layihəsi hazırlanıb. Layihədə bakalavr və magistratura səviyyəsində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə hazırlanacaq mütəxəssislərin təhsil xərclərinin məbləği müəyyən edilib.
Bununla yanaşı, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi əsasında ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalarını müəyyən etmək məqsədi ilə Nazirlər Kabineti qərar layihəsi hazırlayıb. Layihənin bir neçə əsas müddəası müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.
Təhsil naziri Misir Mərdanov çıxış edərək, müvafiq Fərmanın yerinə yetirilməsi istiqamətində nazirlik tərəfindən görülmüş işlər barəsində məlumat verərək deyib ki, hazırda 29 dövlət ali məktəbində və 8 özəl universitetdə bu ildən etibarən yeni maliyyələşmə qaydası tətbiq olunacaq. Respublikanın 1 dövlət, 6 xüsusi təyinatlı və 8 özəl ali təhsil müəssisəsi dövlət sifarişinin yerinə yetirilməsində hələlik iştirak etmir. Ayrı-ayrı ixtisaslar və müxtəlif ali məktəblər üzrə ətraflı təhlil əsasında məlumat verən nazir belə bir mexanizmin təhsilin inkişafında olduqca müsbət nəticə verəcəyinə əmin olduğunu bildirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə builki qəbul qaydalarına dair məlumat verib və sınaq imtahanlarının nəticələrinə əsaslanaraq bildirib ki, yüksək səviyyəli müsabiqəni təmin etmək üçün kifayət qədər hazırlıqlı abituriyentin qəbulda iştirak edəcəyi gözlənilir. Onun fikrincə, ayrı-ayrı qruplar üzrə verilən ərizələrin təhlili göstərir ki, imtahanlarda bu ilin məzunları ilə yanaşı, keçən ilin də xeyli sayda məzunu iştirak edəcək. Komissiyanın sədri məlumat verib ki, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qəbul qaydalarında müvafiq dəyişikliklər aparılıb və qəbulu həyata keçirmək üçün zəruri proqram təminatı hərtərəfli işlənib hazırlanıb.
Maliyyə naziri Samir Şərifov adıçəkilən Fərmanı ölkədə keçirilən ümumi islahatlar proqramının ayrılmaz bir hissəsi olaraq çox yüksək dəyərləndirib və təhsilin ümumi inkişafı, rəqabət mühitinin formalaşması üçün mütərəqqi bir addım kimi qiymətləndirib. O, yeni maliyyələşmə mexanizminin bu ildən yalnız birinci kurs tələbələrinə şamil olunacağını bildirərək, bütövlükdə ali təhsil müəssisələrinin gələn ildən yeni maliyyələşmə mexanizminə keçməsi ilə bağlı problemlərə dair ətraflı məlumat verib və universitetlərin rəhbərlərinin diqqətinə çatdırıb ki, əslində, adambaşına maliyyələşmə bütün ali məktəblərə maliyyə cəhətdən tam muxtariyyət qazanmaq üçün əlverişli şərait yaradır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkənin inkişaf strategiyasına uyğun olaraq yüksək səviyyəli mütəxəssislərin hazırlığına dair nazirliyin proqnozları barədə məlumat verib. O, növbəti illər üçün belə proqnozların daha mütəşəkkil olacağını qeyd edərək, adambaşına maliyyələşmə mexanizminin bütövlükdə təhsil sisteminin inkişafı üçün təqdirəlayiq hal olduğunu bildirib.
Müşavirədə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru ömər Eldarov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı müxtəlif problemlərə toxunublar, bütövlükdə yeni maliyyələşmə mexanizminin tətbiqini son dərəcə müsbət bir hal sayaraq əmin olduqlarını bildiriblər ki, bu, təhsilin keyfiyyətinin artmasına öz təsirini göstərəcək.
Müşavirəyə yekun vuran Ramiz Mehdiyev rektorların diqqətini təhsillə bağlı bir neçə problemə cəlb edərək qeyd edib ki, Azərbaycan bu gün ən dinamik inkişaf edən ölkələrdən biri olmaqla, yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac duyur. Lakin dövlət qulluğuna qəbul olunmaq üçün verilən imtahanlar, eləcə də, müvafiq şirkətlərin keçirdiyi sınaqlar ali məktəb məzunlarının heç də hamısının bilik səviyyəsinin günün tələblərinə cavab vermədiyini göstərir. Bütün bu problemlər ali məktəblərin fəaliyyətində mövcud olan qüsurlardan xəbər verir. Təhsillə bağlı hər bir insanı belə bir cəhət də narahat edir ki, kadr korpusu sürətlə qocalmaqdadır, onları əvəz etmək üçün Avropa təhsil standartlarını ölkəmizdə bərqərar etməyə qadir olan gənc kadrlar isə kifayət qədər deyildir.
Ramiz Mehdiyevin fikrincə, bütün ali məktəblər Bolonya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsələr də, onların istifadə etdiyi proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər öz əksini tapıb. Məzunların xeyli hissəsi ingilis dilində və informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verən biliklər nümayiş etdirməyə qadir deyillər. Bütün bunlar ali məktəblərdə mövcud olan mənfi hallardan xəbər verir.
Ali Attestasiya Komissiyasının işinin təhlili göstərir ki, elmi dərəcə almaq naminə ali məktəblərdən təqdim olunan dissertasiyaların sayı durmadan artır. Lakin Azərbaycanın təhsil sistemində çalışan alimlərin dünyada böyük nüfuza malik jurnallarda məqalələrinə nadir hallarda təsadüf edilir. Bununla yanaşı, hələ də ali məktəblərdə ictimai elmlərin tədrisi ilə bağlı tələb olunan dönüş yaranmayıb.
Ramiz Mehdiyev təhsillə bağlı qarşıda duran digər vəzifələrdən də ətraflı bəhs edib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39

