Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK-da görüş olub

MSK-da görüş olub

02.07.2010 [10:56]

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi dünən Mərkəzi Seçki Komissiyasında  (MSK) qurumun sədri Məzahir Pənahovla görüşüb. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Məzahir Pənahov Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edib və ölkəmizin, o cümlədən MSK-nın  bu qurumla əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Mərkəzi Seçki Komissiyasında keçirdiyi səmərəli görüşləri  yaxşı xatırladığını bildirən P.Semnebi qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə və qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə edib. O, Azərbaycanın gənc, demokratik dövlət olduğunu vurğulayaraq, Avropa İttifaqının bu inkişafın davam etdirilməsinə yardım etməyə hazır olduğunu bildirib. Qonaq Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı həyata keçirdiyi tədbirlərlə maraqlanıb. MSK sədri Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı məlumat verib və seçkilərin ölkənin seçki qanunvericiliyinə, Avropada formalaşmış standartlara uyğun keçiriləcəyini bildirib. Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 892 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30