/ / Novruz Məmmədov: Ermənistanın indiki rəhbərləri özlərinin separatizm ideyalarının girovuna çevriliblər
Novruz Məmmədov: Ermənistanın indiki rəhbərləri özlərinin separatizm ideyalarının girovuna çevriliblər
08.07.2010 [16:22]
- Novruz müəllim, rəsmi Bakı yenilənmiş Madrid prinsiplərini bəzi istisnalarla qəbul edib. Ermənistan isə bu sənədin qəbulu üçün iki həftə vaxt istəsə də, artıq aylar keçib və rəsmi İrəvan bu təkliflərə münasibət bildirmir. Ermənistanın bu susqunluğunun arxasında nə gizlənir?
- Ermənistan tərəfinin münasibət bildirməməyinin çox səbəbləri var. Onların hər biri haqqında danışmaq olar. Amma məsələ burasındadır ki, ilk növbədə Ermənistanın indiki rəhbərləri separatçı qüvvələrdir. Yəni, onlar separatizm müstəvisində hakimiyyətə gəliblər və bundan sonra da həmin müstəvidə öz hakimiyyətlərini saxlamaq istəyirlər. Onlar özlərinin separatizm ideyalarının qurbanına və girovuna çevriliblər. Bunula da öz xalqlarına və ölkələrinə çox ağır, deyərdim ki, sağalmayacaq bir yara vurublar. Bunu hələ gələcək göstərəcək. Digər tərəfdən qeyd etmək istəyirəm ki, həmsədr dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatlar, eyni zamanda ABŞ, Avropa İttifaqı daha qətiyyətli mövqe göstərərək Ermənistana təzyiq etməlidirlər. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və hazırda da həmin əraziləri işğal altında saxlayır. Düşünürəm ki, məsələnin uzanmasının əsas səbələrindən biri odur ki, dünyanın nüfuzlu dövlətləri, ABŞ, Avropa İttifaqı və ümumiyyətlə, beynəlxalq təşkilatlar işğalçı Ermənistana güclü təzyiq göstərmirlər. Onlar ədalətin bərpa olunması üçün rəsmi İrəvandan konkret mövqe tələb etməlidirlər. Ermənistan ordusu Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, Dağlıq Qarabağı 20 ildir talan edir. Amma bununla bağlı işğalçı dövlətə heç kim heç nə demir. Bu düzgün deyil. ümumiyyətlə, dünya birliyindən, Avropadan ədalət naminə, beynəlxalq hüquq naminə ədalətli mövqe gözləyirik. Biz ABŞ-dan, Rusiya Federasiyasından, Fransadan, beynəlxalq təşkilatlardan yalnız bunu istəyirik. Bizim başqa heç bir tələbimiz, iddiamız yoxdur. Ədalətli mövqe nümayiş etdirilsin. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və tanıyır. Amma bu hələlik azdır və işğalçı Ermənistana təzyiq göstərmək lazımdır. Bu təzyiq olmadığı üçün Ermənistan özünü arxayın hesab edir və danışıqlar prossesini məqsədli şəkildə uzadır.
- ABŞ Ermənistana 44 milyon dollar həcmində maliyyə yardımı göstərmək barədə qərar qəbul edib. Vaşinqton, həmçinin, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı rejimə də maliyyə yardımını ötən illə müqayisədə 2 milyon dollar artıraraq 10 milyona çatdırıb. Separatçı quruma maliyyə vəsaiti ayırmaq sizcə, nə dərəcədə düzgündür?
- Biz bununla bağlı mövqeyimizi daim bildirmişik. ABŞ-la Azərbaycan arasında çox gözəl, uğurlu əməkdaşlıq olsa da, münasibətlər bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə yüksəlsə də, çox təəssüf ki, bu ölkə Ermənistanı dəstəkləməkdə davam edir. Əlbəttə, biz bundan narazıyıq. Ədalətli mövqe deyəndə biz məhz belə məsələləri nəzərdə tuturuq. Mən düşünürəm ki, ABŞ dövlət katibinin Azərbaycana səfərindən sonra bu sahədə bəlkə də müəyyən dəyişiklik olacaq. Belə ki, Hillari Klinton Azərbaycana gəldi, Azərbaycanın indki durumunun və inkişafının şahidi oldu. Düşünürəm ki, aparılan danışıqlar gələcək münasibətlərimizdə stimul rolunu oynayacaq və yəqin ki, xoşagəlməz məqamların aradan qaldırılmasına kömək edəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

