Azərbaycan mətbuatının bundan sonrakı inkişafı daha işıqlı yollarla müşayiət olunacaq
24.07.2010 [03:31]
ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişinin ardından Azərbaycanda bütün sahələrdə olduğu kimi mətbuatda da inkişaf hiss olunmağa başladı. Qısa zaman kəsiyində ölkədə çap olunan mətbu orqanların sayı artdı, 1998-ci ildə senzuranın ləğv olunması və qəzetlərə dövlət nəzarətinin tam şəkildə aradan qaldırılması medianın inkişafına öz töhfəsini verdi. Ardından isə qəzetlərin nəşriyyata olan borclarının dondurulması, həmçinin, Prezident İlham Əliyevin Sərəncamına əsasən bu borcların dövlət büdcəsindən ödənilməsi və digər addımlar ölkəmizdə azad sözə, azad fikrə verilən qiyməti nümayiş etdirdi. Onu da qeyd edək ki, beş il öncə - 2005-ci ildə Prezident İlham Əliyev milli mətbuatımızın 130 illiyi münasibətilə jurnalistlərə fəxri adların verilməsi ilə bağlı Sərəncam imzaladı. Bu ilə təsadüf edən milli mətbuatımızın 135 illiyi isə daha yüksək səviyyədə qeyd olundu. Belə ki, iyunun 10-da Prezident İlham Əliyev milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı Sərəncam imzaladı. ölkə başçısının iyulun 22-də imzaladığı bir sıra jurnalistlərə fəxri adların verilməsi, KİV-lərə birdəfəlik yardımların ayrılması və mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamlar isə KİV-in inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Prezidentin bu diqqət və qayğısı təltif olunan həmkarlarımız tərəfindən yüksək qiymətləndirilir. Qəzetimizə açıqlama verən mükafatçılar həm də dövlətin mətbuat siyasətinin uğurlarından danışıblar.
“Səs” qəzetinin baş redaktoru, “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev istər ümumilikdə mətbuata göstərilən diqqət və qayğı, istərsə də iyulun 22-də imzalanan sərəncamlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi: “Mən möhtərəm Prezidentimizə öz adımdan, rəhbərlik etdiyim kollektiv adından təşəkkür edirəm. Cənab Prezidentin atdığı bu addım mətbuatın inkişafına göstərilən növbəti qayğıdır. Bu qayğının əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Bildiyiniz kimi, ümummilli liderimiz hər zaman mətbuat işçiləri ilə təmasda olurdu, onların problemləri ilə yaxından tanış olurdu. 1993-cü ildən sonra Azərbaycan mətbuatının inkişaf tarixində yeni mərhələ başlandı. Ulu öndər Heydər Əliyev müstəqil mətbuatın inkişafında mühüm rola malik şəxsiyyətlərdəndir. Məhz Ulu öndər qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarını dondurdu, ilk dəfə qəzetlərə birdəfəlik yardımlar edildi. Mətbuat ƏDV-dən, gömrük rüsumlarından azad olundu. 1998-ci ildə imzalanan senzuranın ləğvi ilə bağlı Sərəncam isə mətbuatın inkişafına təkan verdi. Bu Sərəncam Azərbaycanda Ulu öndər Heydər Əliyev tərəfindən azad sözə verilən qiymətin təzahürü idi. Mətbuatın üzərindən dövlət nəzarətinin götürülməsi bu sahədə demokratikləşmə prosesini sürətləndirdi. ümummilli liderimiz tərəfindən əsası qoyulan yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentimiz istər mətbuatın 130 illik yubileyi zamanı, istərsə ondan əvvəl və ya sonrakı dövrlərdə daim mətbuatla sıx əlaqədə olub, mətbuatın inkişafına öz töhfəsini verib. İyulun 22-də imzalanan sərəncamlarla isə Prezident İlham Əliyev bir daha sübut etdi ki, dövlətimiz mətbuatın inkişafında maraqlıdır. Cənab Prezidentimizin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamı isə analoqu olmayan bir sənəddir. Mən əminəm ki, bu, jurnalistlərin mənzil problemlərinin həllində ilk addım olacaq və bu addımlar davamlı xarakter alacaq. Bu addımlar mətbuatın inkişafına yeni bir təkandır. Əminəm ki, imzalanan sənədlər də jurnalistlər tərəfindən yüksək şəkildə dəyərləndirilir. Bu Sərəncamların verilməsi ilə mətbuata qarşı digər dövlət strukturlarının, o cümlədən, ümumilikdə cəmiyyətin diqqəti artır. Mən inanıram ki, Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət dövlət-mətbuat münasibətlərinin daha yüksək səviyyəyə yüksəlməsinə şərait yaradacaq”.
“Ədalət” qəzetinin baş redaktorunun müavini Əbülfət Mədətoğlu verilən sərəncamları çox yüksək dəyərləndirdi: “Mənim üçün 22 iyul 2010-cu il tarixi son dərəcə əhəmiyyətli bir gün oldu. İlk olaraq mənə verilən fəxri ada görə möhtərəm Prezidentimizə təşəkkür edirəm. Cənab Prezidentimizin jurnalistlərə qayğısı həddən artıq böyükdür. İyulun 22-də jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı ayrılan vəsait bu gün çox böyük əhəmiyyətə malikdir. Evsizlik çox ağır çətinlikdir. Bu səbəbdən də mən bir daha jurnalistlərin əməyini qiymətləndirdiyinə, Azərbaycan ictimai fikrinə səmimi qayğısına görə cənab Prezidentə öz adımdan, işlədiyim kollektiv və ailəm adından təşəkkür edirəm. İnanıram ki, Ulu öndər Heydər Əliyev kursunu layiqlə davam etdirən Prezidentimiz İlham Əliyev cənabları sözə, qələmə, jurnalistlərə öz qayğısını hər zaman göstərəcək. Biz jurnalistlər də qələm əhli olaraq üzərimizə düşən vətəndaşlıq borcunu sədaqətlə yerinə yetiririk və bundan sonra da yerinə yetirəcəyik”.
“İki sahil” qəzetinin baş redaktorunun müavini İsmayıl Hacıyev də fəxri ada layiq görüldüyü üçün çox xoşbəxt olduğunu dedi: “Mən cənab Prezidentimizə ürəkdən təşəkkür edirəm. Bu Sərəncam Azərbaycan jurnalistikasına verilən böyük qiymətdir. Möhtərəm Prezidentimiz hər zaman mətbuatın inkişafını, söz azadlığını diqqət mərkəzində saxlayıb. Dövlətin mediaya münasibəti də bunu aşkar şəkildə ortaya qoyur. Son bir neçə ildə KİV-in inkişafı ilə bağlı imzalanan sərəncamları göz önünə gətirsək, bunların şahidi olarıq. Cənab Prezidentimiz hər zaman jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüb. KİV DF-nin yaranması, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması ilə bağlı atılan addımlar buna misaldır. İki gün öncə verilən Sərəncama əsasən isə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərar qəbul olunub. Mən inanıram ki, bu addımlar gələn illərdə də davam etdiriləcək. Aldığım fəxri ad isə bütün qəzetimizin zəhmətinə verilən qiymətdir. Mən bu fəxri ada görə də cənab Prezidentimizə təşəkkür edirəm. Bir jurnalist olaraq Azərbaycan həqiqətlərinin işıqlandırılmasında bundan sonra da əlimdən gələni etməyə hazıram”.
Təltif olunan jurnalistlər arasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də var. E.Mirzəbəyli də öz növbəsində mətbuatın hər zaman dövlətin diqqətində olduğunu söyləyib: “Prezident İlham Əliyevin mətbuatın 135 illiyi ilə bağlı imzaladığı Sərəncam və bu Sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi Azərbaycanın media tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Mən düşünmürəm ki, hər hansı bir ölkədə, xüsusilə də, post-sovet məkanında medianın problemlərinə bu qədər həssaslıqla və qayğı ilə yanaşılsın. Mətbuat Şurasının yeni binasının açılışı, Azərbaycan jurnalistlərinin əsas təşkilatına geniş imkanların yaradılması, KİV DF-yə maliyyə vəsaitlərinin ayrılması və jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ayrılan vəsait, o cümlədən, qəzetlərə edilən birdəfəlik yardım və Azərbaycan mətbuatının inkişafında xidmətləri olan insanların fəxri adlarla təltif olunması Azərbaycan mediasına verilən qiymətdir. Təbii ki, Azərbaycan dövlətinin mediaya belə böyük qayğısı jurnalistləri də gələcəyə ruhlandırır, onları stimullaşdırır. Düşünürəm ki, bundan sonrakı fəaliyyətimizdə mətbuatımızın inkişafına və dövlət maraqlarımızın qorunmasına daha şövqlə xidmət edəcəyik. Bu, həm də bir vətəndaş olaraq bizim borcumuzdur. Vətəndaş olaraq öz vəzifəmizin öhdəsindən hər zaman gəlməyə çalışırıq. Təbii ki, insanın əməyini yüksək səviyyədə qiymətləndirmək onun üçün yeni bir səhifənin açılması deməkdir. Bütün bu tədbirləri kompleks şəkildə dəyərləndirəndə bir qənaətə gəlmək mümkündür: Bu gün Azərbaycan dövləti öz mətbuatının arxasındadır və Azərbaycan mətbuatının bundan sonrakı inkişafı daha işıqlı yollarla müşayiət olunacaq”.
“Olaylar” qəzetinin baş redaktoru və “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz üçün 22 iyul tarixi ikiqat bayramdır: “22 iyul mənim üçün əlamətdar bir gündür. 2010-cu ilin 22 iyulunda mənə verilən fəxri ad həm də xüsusi özəlliyə malik oldu. Bu mənim 50 illik yubileyimdə aldığım ən böyük hədiyyədir. Mən öz adımdan, rəhbərlik etdiyim kollektiv adından cənab Prezidentə təşəkkür edirəm. ümumiyyətlə, Prezident İlham Əliyev mətbuat sahəsini hər zaman diqqətdə saxlayıb və göstərilən qayğının nəticəsində jurnalistlərimizin sosial problemləri öz həlini tapır. Son Sərəncama əsasən jurnalistlərin mənzil-məişət problemlərinin həlli ilə bağlı vəsait ayrılıb. Bu çox sevindirici bir haldır və böyük perspektivin, ənənənin başlanğıcıdır. Belə demək mümkündürsə, Azərbaycan jurnalistikası yeni eranın başlanğıcında dayanıb. Bu qayğı jurnalistikanın nüfuzunun geri qayıtmasına, jurnalistlərin peşəkarlıq səviyyəsinin artmasına, o cümlədən, oxucu-qəzet münasibətlərinin inkişafına yol açacaq. Cənab Prezidentimiz jurnalistlərə göstərdiyi qayğı ilə sözə, demokratiyaya münasibətini göstərdi. Mən bir daha atılan addımlara, göstərilən qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edirəm.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

