“Kaş ki, Anna Akopyan olardım”
09.12.2021 [10:27]
Osmanqızı haqlıdır... çünki o, elə Paşinyanın başçısı olduğu ölkənin vətəndaşlığına layiqdir
Nurlan
Özünü “virtual aləmin qəhrəman obrazı”, yaxud “internet fenomeni” kimi görən və göstərməyə çalışan, xaricdən idarə olunan kanalda siyasi şoular təşkil edən Sevinc Osmanqızı növbəti dəfə ifşa olunub. Əslində, bu, daha çox özünüfadədir. Çünki o, reallığı - əsl fikrini-zikrini, əqidəsini ifadə edib, hansı “dəyər”lərin daşıyıcısı olduğunu göstərib. Söhbət onun canlı efirdə “kaş ki, prezidentimiz Paşinyan olardı” cümləsindən gedir...
Doğrusu, S.Osmanqızının Ermənistanın baş nazirini dəstəkləməsi təəccüblü deyil. Ən azından ona görə ki, o, indiyə qədər işğalçı ölkənin mövqeyini dəfələrlə müdafiə edib, efirə çıxardığı “ekspert”lərin də eyni yanaşmasını təbliğ etməkdən çəkinməyib. Azərbaycana - xalqa, dövlətə qarşı əks-təbliğat işinin aparılmasına görə ermənilər Osmanqızına minnətdardırlar, desək, yanılmarıq. Amma onun Paşinyanı özünə “ideal” seçməsi - erməni baş naziri “mükəmməl siyasətçi” kimi görməsi təəccüblü olduğu qədər də gülünc və məntiqsizdir. Bir sözlə, bu, tragikomik mənzərədir. Bu məntiqlə deyə bilərik ki, Osmanqızı “kaş ki, işğalçı olardıq”, “kaş ki, müharibə cinayətlərinə yol verərdik”, “kaş ki, müharibədə darmadağın edilərək dünyaya rəzil olardıq”, “kaş ki, kapitulyasiya sənədini hansısa tində, küncdə-bucaqda imzalayardıq” və s. kimi arzularla yaşayır. Elə bu mənzərə onu göstərir ki, Sevinc Osmanqızı özünü düşüncə, əqidə və mənəviyyat etibarilə “azərbaycanlı” hesab etmir...
Amma Osmanqızı haqlıdır: çünki o, elə Paşinyanın başçısı olduğu ölkənin vətəndaşlığına layiqdir. Ona görə də şəxsi arzularını bu reallığa uyğun səsləndirir. Onun növbəti arzu - diləyini “kaş ki, Anna Akopyan olardım” formasında dilə gətirməsi də təəccüb doğurmaz. Yeri gəlmişkən, Osmanqızının bəhs olunan fikirlərinə reaksiya verən bəzi sosial şəbəkə istifadəçiləri onun Akopyan ilə fiziki bənzərliyinə də diqqət çəkiblər. Söhbət üz və ya baş formasından deyil, baxışlardan, jestlərdən və mimikalardan gedir. Psixologiya elmi isə təsdiq edir ki, belə bənzərliklər adətən eyni xarakterə malik olmaqdan irəli gəlir. Eyni cür düşünənlər bənzər baxışlara sahib olurlar... Anna Akopyanla hissiyyat və düşüncə bənzərliyinə malik olan birinin Paşinyanı özünə ideal seçməsi isə təsadüfi və təəccüblü deyil. Əlavə sözə nə hacət?!
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17

