Hökumət təbii fəlakətin vurduğu zərərin aradan qaldırılması ilə bağlı tədbirləri sürətləndirib
05.08.2010 [08:55]
Maliyyə Nazirliyi Kür və Araz çaylarının daşması nəticəsində təbii fəlakətlə üzləşmiş rayonlarda infrastrukturun yenidən qurulması, vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması və kompleks tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılmış 300 milyon manat əlavə vəsaitin müvafiq strukturlara çatdırılmasını təmin edib. Artıq büdcədən yönəldilmiş vəsaitlər hesabına sel fəlakəti ilə bağlı zərərçəkmiş bütün rayonlarda təmir-bərpa və quruculuq işlərinin həyata keçirilməsi sürətləndirilib. Rayonlarda yeni kəndlərin salınması, yol-nəqliyyat və kommunikasiya infrastrukturunun yenidən qurulması, kənd təsərrüfatı üçün yararlı torpaqlarda aqrotexniki-meliorativ işlərin həyata keçirilməsi, vətəndaşlara subsidiyaların verilməsi və digər tədbirlərlə bağlı kompleks addımlar atılmaqdadır. Bir sözlə, təbii fəlakətlə əlaqədar yaradılmış Hökumət Komissiyası bölgələrin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi, yol, nəqliyyat, infrastruktur, məktəb, xəstəxana, poliklinika və digər səhiyyə müəssisələri, sosial obyektlər, kommunal, enerji, rabitə, nəqliyyat bölmələri, inzibati binalar və digər infrastruktur sahələrinin əsaslı şəkildə yenidən qurulması, təmir və bərpası üçün davamlı tədbirlər görməkdədir.
Göründüyü kimi, Azərbaycan hökuməti ölkəmizin maliyyə imkanlarının yaxşılaşması müqabilində, əldə olunan vəsaitləri ilk növbədə, insanların sosial vəziyyətinin yaxşılaşmasına, bölgələrin inkişafına, infrastrukturun yeniləşməsinə yönəltməkdədir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, büdcəyə daxil olan əlavə vəsaitlərin böyük bir hissəsi təbii fəlakətin vurduğu zərərin fəsadlarının qarşısının alınması üçün davamlı tədbirlərə yönəldilir: “Bu vəsaitin bir hissəsi hərbi potensialımızın gücləndirilməsinə xərclənəcəkdir, bir hissəsi iqtisadi infrastruktur layihələrinə, bir hissəsi isə sel və daşqınlar nəticəsində öz evlərini itirmiş insanların yaşayış səviyyəsinin qaldırılmasına yönəldiləcəkdir. Bildiyiniz kimi, bu il Azərbaycanda biz böyük təbii fəlakətlə üzləşmişdik. Sel və daşqınlar demək olar ki, böyük əraziləri məhv etmişdi, subasma halları baş vermişdi və bu barədə bu gün danışıldı. Mən hesab edirəm ki, bizim müvafiq qurumlar çox böyük məharətlə və peşəkarlıqla işlədilər. Mən bilavasitə bu məsələlərə rəhbərlik edirdim və gündəlik formatda məlumatlar gəlirdi, özüm şəxsən vəziyyətlə tanış olmuşdum. Deyə bilərəm ki, bütün qurumlar çox yaxşı işlədilər, gecə-gündüz bu təbii fəlakətin aradan qaldırılması üçün çox böyük işlər gördük. Bütün fəlakətin qarşısının alınması və bundan sonra o yerlərin, evlərin bərpası və bəndbərkitmə işlərinin aparılmasını Azərbaycan dövləti öz üzərinə götürür və bütün bu işləri biz özümüz edəcəyik”.
Qeyd edək ki, təbii fəlakətin baş verdiyi may ayının ilk günlərindən etibarən Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün icra orqanları təcili və təxirəsalınmaz tədbirlərin görülməsinə başlayıb. Bu tədbirlərin həyata keçirilməsini daim nəzarətdə saxlayan dövlətimizin başçısının qərarı ilə Prezidentin Ehtiyat Fondundan 20,5 milyon manat vəsait ayrılıb. Həmin vəsaitlər hesabına əhalinin təhlükəli zonalardan uzaqlaşdırılması və təhlükəsiz yerlərdə məskunlaşdırılması, onların ən zəruri qida məhsulları ilə təminatı, məişət-iaşə qayğılarının həll edilməsi, eləcə də, fəlakətin qarşısının alınması və bəndbərkitmə işlərinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülüb. Hazırda isə fəlakət nəticəsində zərər dəymiş rayonların hər birində aparılan əsaslı yenidənqurma işləri nəticəsində bu bölgələrin siması tam dəyişməkdədir. Həmin bölgələrin köhnə infrastrukturu tam yeniləşib, müasir kommunikasiya qurğuları quraşdırılıb, yeni məktəb və səhiyyə müəssisələrinin tikintisinə başlanılıb, köhnə evlərin yerində ən müasir və yaraşıqlı evlər inşa olunmaqdadır.
Onu da qeyd edək ki, hazırda həyata keçirilən işlərlə bərabər, gələcəkdə təbii fəlakətin törədə biləcəyi halların qarşısının alınması üçün müvafiq tədbirlər planı üzərində də iş gedir. Belə ki, artıq Kür və Araz çayları ətrafında ciddi və daha da böyük həcmdə sahilbərkitmə işlərinin aparılması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı davamlı işlərin həyata keçirilməsinə başlanılıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, qarşıdakı dövrdə növbəti dəfə fəlakətin baş verməməsi üçün bütün zəruri addımlar atılacaq, dövlət bu məqsədlə böyük həcmdə maliyyə vəsaitləri yönəldəcək: “Bütün texniki məsələlər də həll olunmalıdır, bəndbərkitmə işləri də aparılmalıdır, bütün texniki qurğular saz vəziyyətə gətirilməlidir. Yəni, bu, böyük proqramdır və fəlakət baş verəndən sonra keçirdiyim müşavirələrdə mən bu barədə öz fikirlərimi bildirdim ki, biz kompleks tədbirlərin görülməsinə nail olmalıyıq. Kompleks tədbirlər planı hazırlanıb və biz qısa müddət ərzində bütün bu işləri görəcəyik”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43

