Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müxalifət qəzetlərinin gizlətməyə çalışdığı məqamlar haqqında...

Müxalifət qəzetlərinin gizlətməyə çalışdığı məqamlar haqqında...

17.08.2010 [09:29]

Və ya ermənipərəst Eynulla Fətullayevin dəstək istədiyi daxili antimilli qüvvələr kimlərdir?
Məlum olduğu kimi, Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş, əsrlər boyu azərbaycanlıları soyqırımına məruz qoymuş ermənilərlə iş birliyində olmuş və hazırda dövlətinə qarşı cinayət işlədiyinə görə həbsdə olan Eynulla Fətullayev “toxunulmazlıq immuniteti” qazanmaq üçün deputat seçilmək niyyətini açıqlayıb. Əlbəttə ki, bu yazıda Eynulla Fətullayevin öz namizədliyini irəli sürə bilib-bilməməsi ilə bağlı danışmayacağıq. Bu sırf hüquqi məsələ olduğundan, yəqin ki, məsələ ilə əlaqədar aidiyyəti orqanların açıqlamaları olacaq.
Biz bu məqalədə yalnız pərdə arxasında qalan qaranlıq məqamlara işıq salmağa, cəmiyyətimizə həqiqəti detallı şəkildə çatdırmaqla, müxalifət qəzetlərinin ancaq “qara piar”la və manipulyasiya ilə məşğul olduqlarını, daha dəqiq desək, kimin kim olduğunu aydınlaşdırmağa çalışacağıq.
Ermənilər bu gün Eynulla Fətullayevin “xidmətlərindən” Azərbaycana qarşı istifadə edir
İki il bundan əvvəl “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru, xarici təşkilatların əziz-xələfi kimi ad çıxarmış, ağına-bozuna baxmadan Azərbaycan cəmiyyətini lağa qoymaqdan çəkinməyən, öz bəd əməllərinə demokratiya donu geydirən Eynulla Fətullayev Xocalı sakinlərinin şikayətlərindən sonra həbs ediləndə, müxalifət düşərgəsi, həmçinin, “qəhrəmanın” daxildəki və xaricdəki dostları elə haray-həşir qopardılar ki, həqiqəti tam təfərrüatı ilə bilənlər belə bir an donub qaldılar. Axı, hər kəsə bəlli idi ki, Azərbaycanda formalaşdırılmış azad fikir, söz, mətbuat azadlığı atmosferindən sui-istifadə edən Eynulla Fətullayev xaricdən aldığı qonorarların əvəzi olaraq, torpaqlarımızı işğal etmiş, əsrlər boyu xalqımızı soyqırımına məruz qoymuş ermənilərlə, eyni zamanda, onların havadarları ilə iş birliyinə başlayıb. Məhz, bu işbirliyinin nəticəsi olaraq isə, Eynulla Fətullayevin “Qarabağ gündəliyi” adlı məqaləsi Azərbaycan xalqına qarşı təzyiqlərin edilməsi və erməni uydurmalarının dünya ictimaiyyətinə sırınması üçün əsas mənbələrdən birinə çevrilib. Həmçinin, Ermənistanın xüsusi xidmət orqanları tərəfindən yaradılan və 7 dildə yayımlanan www.xocali.net internet saytında “Xocalı-görünməmiş aldatmalar və saxtalaşdırmalar xronikası”nın əsas “qəhrəmanı”na çevrilmiş Eynulla Fətullayevin “Heyvanları çıxartdılar, insanları yox” başlıqlı məqaləsinə və “Qarabağ gündəliyi”nin bir parçasına toxunularaq, onun qeydlərinə yer verilib. “Xocalını görəndə, təəccübümü gizlədə bilmədim” - deyə, qeyd edən Eynulla Fətullayev qeydlərində tamamilə məhv edilmiş bu Azərbaycan şəhərinin ermənilər tərəfindən bütünlüklə bərpa olunduğunu da vurğulayıb: “Və siması dəyişdirilib, həmin qəsəbənin işğalında fəal iştirak etmiş, erməni generalın şərəfinə İvanovka şəhəri adlandırılıb”.
Bu, artıq bir faktdır ki, bu gün Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə virtual məkanda E.Fətullayevin Azərbaycana qarşı antimilli fəaliyyəti və onun Dağlıq Qarabağ haqqında yazıları ölkəmizə qarşı infomasiya savaşında düşmən tərəfindən “silah kimi” istifadə edilir. Erməni saytlarında Eynulla Fətullayevin sitatlarına istinad edilərək, “azərbaycanlıların mövqeyi” ortaya qoyulur və dünya ictimaiyyətinə təqdim olunur. Uydurma erməni təbliğatında E.Fətullayevin yazılarında işlətdiyi fikirlərinə - Xocalıdakı meyitlərin guya azərbaycanlılar tərəfindən eybəcər hala salındığı və digər məsələlər ətrafında - cümlələrinə geniş yer verilir. Ermənilərin təqdim etdiyi materiallar əsasında yazıldığı aydın duyulan fikirlərdə isə Azərbaycana qarşı erməni təcavüzü gizlədilir.
Bu mənada hər kəsin milli məsələyə (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə) başı qarışdığı bir zamanda, Eynulla Fətullayevin ermənilərin dəyirmanına su tökməklə, Qarabağda həlak olmuş qəhrəmanlarımızın ruhuna hörmətsizlik edərək qatillərlə, xalqımızı soyqırımına məruz qoymuş terrorçularla, torpaqlarımızı işğal edənlərlə bir süfrədə çörək yeməyini, onlarla birlikdə Şuşa yaxınlığında vurulmuş Azərbaycan tankının və Şuşaya ilk daxil olan erməni tankının yanında şəkil çəkdirməyini necə başa düşmək olar?! Eynulla Fətullayev etdikləri azmış kimi, erməni separatçılarının ayağına da getdi, orada da azərbaycanlıları təhqir etdi. Hanı Eynullada milli qürur, heysiyyat, vətənsevərlik? Görünür Eynulla Fətullayevə havadarlıq edən xarici qüvvələrə də məhz, bu cür insanlar lazımdır.
Avropa Məhkəməsinin Eynulla sevgisinin arxasında nə gizlənir?
Bu gün həm beynəlxalq səviyyədə bir sıra qüvvələr, həm də onların maraqlarından çıxış edən daxili antimilli qüvvələr ciddi-cəhdlə Eynulla Fətullayevin müdafiəsinə qalxıblar. Bütün bu ssenarilər isə aydın olduğu kimi, Azərbaycanın inkişafının qarşısını almaq istəyən maraq qruplarının məkanında cızılır. Bir neçə ay öncə isə biz həmin ssenarinin bir parçası ilə tanış olduq. Belə ki, Avropa Məhkəməsi Azərbaycan hökumətindən Eynulla Fətullayevə 20 min avro verilməsilə yanaşı, onun tezliklə azadlığa buraxılmasını tələb edən qərar qəbul etdi. Hətta bu qərarın qəbulunda maraqlı olan xarici qüvvələr Azərbaycan daxilindəki əlaltılarının vasitəsilə müxtəlif bəyanatlar verərək, hakimiyyətə təzyiq etmək və seçkiqabağı vəziyyəti gərginləşdirməyə çalışdılar. Amma bir daha hakimiyyətin siyasi iradəsi və cəmiyyətimizin intellektual təbəqəsinin nümayəndələrinin ayıq-sayıqlığı nəticəsində, xarici qüvvələrin bu addımları saf-çürük edilərək, əsl reallıq ictimaiyyətə çatdırıldı. Biz də cəmiyyətin bir parçası olaraq çalışırıq ki, həmin funksiyanı yerinə yetirək və ictimaiyyəti düzgün məlumatlandıraq. çünki Azərbaycanın düşmənləri ölkəmizə qarşı hər gün yeni planlar düzənləyir və onların həyata keçirilməsi üçün müxtəlif yollar axtarırlar. Onların ölkə daxilindəki əlaltıları isə öz şəxsi maraqları naminə milli mənafeyi qurban verməyə hazır olduqlarını qəzetlərilə nümayiş etdirirlər. Bu səbəbdən də, Azərbaycan ictimaiyyəti bu gün bir çox suallar ətrafında düşünür və onlara cavab axtarır. Yəni, cəmiyyətimiz bilmək istəyir, görəsən, nə üçün xarici qüvvələr Eynulla Fətullayevin belə tezliklə həbsdən azad olunmasına çalışır? “Operativliyilə” seçilən Avropa Məhkəməsinin Eynulla Fətullayevə olan sevgisinin arxasında nə dayanır? Və ya müxalifət Eynulla Fətullayevin  həbsini nə üçün siyasiləşdirir?
Bu və ya digər sualları ətraflı cavablandırmaq imkanımız məhdud olsa da, aşağıda müəyyən qaranlıq məqamlara işıq salmağa çalışacağıq.
Eynulla Fətullayev dəstək üçün niyə məhz onlara müraciət etdi?
İndi isə istərdik müxalifət qəzetlərinin məqsədli şəkildə gizlətməyə çalışdığı bir məqama da aydınlıq gətirək. Belə ki, Eynulla Fətullayev deputatlığa namizədliyini irəli sürəcəyini bəyan edərkən, məhz müxalifət “liderləri”ndən dəstək istəmişdi. Əslində, bu müraciətin özü bir sıra məqamlara işıq salır. O mənada ki, eyni mənbəyə qulluq edənlər bir-birindən siyasi proseslərdə dəstək istəyə bilir. Bu prizmadan çıxış etsək, belə bir məntiq hasil olur ki, Eynulla Fətullayevin dəstək istədiyi qüvvələr də onun qulluq etdiyi mənbədən qidalanırlar.
Proseslərə bir qədər dərindən nəzər saldıqda ermənilərə və onların havadarlarına xidmət edənlərin zəncirvari bir-birilərinə bağlı olduqlarının şahidi oluruq.
Belə ki, xarici qüvvələrdən yenidən dövləti təhqir edən yazı ilə gündəmə gəlmək və sonradan deputatlığa namizədlik vermək göstərişini alan Eynulla Fətullayev növbəti iddiasını məhz “Turan” agentliyi vasitəsilə ortaya qoydu. Bəs nə üçün “Turan” agentliyi? Məgər Azərbaycanda başqa agentliklər yoxdur?
Əslində, bu o deməkdir ki, xarici qüvvələrə işləyənlərin zəncirinin bir halqası məhz, adı çəkilən agentliklə bağlanır.
Digər tərəfdən, Eynulla Fətullayev deputat seçilmək üçün Əli Kərimlidən, İsa Qəmbərdən, Lalə Şövkət Hacıyevadan, Eldar Namazovdan, İlqar Məmmədovdan və digərlərindən dəstək istəyib. Sual olunur: məgər Azərbaycan Respublikasının Milli Məclisinə deputatları adı çəkilənlər seçir, yoxsa, xalq? Deputat seçilmək istəyən şəxs xalqa, yəni seçicilərinə müraciət etməli deyilmi?
Təbii ki, Eynulla Fətullayevin xalqın üzünə baxacaq halı yoxdur. çünki o, yaxın keçmişdə törətdiyi əməllərlə indi deputatı seçilmək istədiyi xalqı yalnız təhqir edib, düşmənlərin ayağına verib. Belə olan halda isə, o, yalnız, özünün məsləkdaşlarına müraciət edə bilərdi. Görünür, adı çəkilənlər də Eynulla Fətullayevin işlədiyi qüvvələrə xidmət edir, onların göstərişlərini yerinə yetirirlər.
Beləliklə də, aparılan araşdırmanın nəticəsi olaraq, ermənipərəst və ona siyasi dəstək verənlərin hansı mənbəyə işlədikləri detallı olaraq, aydınlaşır. Düşünürük ki, araşdırmada adı çəkilənlər bundan sonra nə dövlətçilikdən, nə vətənpərvərlikdən, nə də başqa siyasi məsələlərdən danışacaqlar. çünki artıq onların qulluq etdikləri, qidalandıqları mənbə bəllidir və bütün bunları xalq artıq bilir. Ona görə də, müxalifət danışmaq və ya hər hansı addım atmaq istəsə, öncə bu faktları göz qabağına gətirməlidir.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 970 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30