Azərbaycan-Ukrayna münasibətləri dərin köklərə malikdir
26.08.2010 [09:10]
“Azərbaycanla Ukrayna arasındakı münasibətlərin tarixi dərin köklərə malikdir. Aparılmış elmi tədqiqatlara görə, bu münasibətlərin əsası hələ 1000 il əvvəl Kiyev-Rus dövlətinin vaxtında Azərbaycan coğrafiyasında yerləşən dövlətlərlə ilkin ticari əlaqələr nəticəsində qoyulub. O zaman Kiyev-Rus dövlətinin tacirlərinin bu ərazilərə gəlməsilə bağlı elmi dərgilərdə kifayət qədər geniş məlumatlar dərc edilib. Sonrakı dövrlərdə isə hər iki coğrafi məkanda yerləşən xalqlar arasında ticari əlaqələrlə yanaşı, eyni zamanda, mədəni münasibətlər də təşəkkül tapmağa və genişlənməyə başlayıb. XIX əsrdə Ukrayna mədəniyyət və elm nümayəndələrinin, alimlərinin Azərbaycana gəlməsi, onların Bakıda, Gəncədə və digər bölgələrdə fəaliyyət göstərməsi, həmçinin, iki xalqın mədəni əlaqələrinin inkişafına verdikləri töhfələr haqqında da kifayət qədər məlumatlar var. Artıq bu gün bu məsələlər üzrə həm Azərbaycanda, həm də Ukraynada elmi tədqiqat işləri də aparılmaqdadır”. Bunu qəzetimizə müsahibə verən “Kiyev-Mohila” Milli Universitetinin Humanitar elmlər fakültəsinin dosenti, tarix elmləri namizədi, “Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının” sədri Fərhad Turanlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Ukrayna arasındakı mədəni-elmi münasibətlər XX əsrdə daha geniş spektri əhatə etməyə başlayıb: “I Dünya Müharibəsindən sonra Azərbaycan Demokratik Respublikasının və Ukrayna Demokratik Respublikasının öz müstəqilliklərini elan etməsilə siyasi münasibətlərin də əsası qoyulub”.
Fərhad Turanlı qeyd edib ki, məhz, o zaman Azərbaycanın alimləri, ziyalıları Ukraynada fəaliyyət göstərməyə, bu ölkənin aparıcı universitetlərində işlməyə başlayıblar: “Həmin vaxtdan başlayaraq, azərbaycanlı tələbələrin Ukraynanın nüfuzlu universitetlərində təhsil alması prosesinə start verilib. Düşünürəm ki, azərbaycanlıların Ukraynadakı diasporunun əsası məhz həmin dövrdən qoyulub”.
Keçmiş SSRİ dönəmində də Azərbaycan-Ukrayna münasibətlərinə yeni çalarlar daxil olduğunu vurğulayan alim deyib ki, müstəqillik illərində iki ölkə arasındakı mədəni-elmi əlaqələrin inkişafı istiqamətində vacib sənədlər imzalanıb: “Bu dövrdə artıq Azərbaycanda Ukrayna, Ukraynada isə Azərbaycan günlərinin keçirilməsi, hər iki xalqın görkəmli nümayəndələrinin xatirələrinin əbədiləşdirilməsi iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirib. Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığında ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması, İrpin şəhərində akademik Zərifə xanım Əliyevanın xatirəsinə parkın salınması, Azərbaycanda isə Ukraynanın məşhur yazıçısı Taras Şevçenkonun abidəsinin qoyulması iki ölkə arasındakı qarşılıqlı möhkəm əlaqələrin ifadəsidir”.
Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətindən danışan Fərhad Turanlı deyib ki, bu istiqamətdə addımların atılmasına məhz, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzündən sonra başlanıb: “ötən dövr ərzində Ukraynada fəaliyyət göstərən bir çox cəmiyyətləri öz ətrafında birləşdirən, ölkəmizlə bağlı həqiqətlərin ukraynalıların diqqətinə çatdırılmasında effektli fəaliyyət göstərən təşkilatlar formalaşıb. Onlardan biri kimi, Ukrayna Azərbaycanlıları Konqresini göstərə bilərəm”.
“Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının” sədri Fərhad Turanlı onu da əlavə edib ki, bu cəmiyyət mühüm tarixi günlərlə bağlı böyük konfranslar, tədbirlər təşkil edir, ukraynalıları Azərbaycan haqqında dolğun məlumat əldə etməyinə yardımçı olur. Fərhad Turanlı yekun olaraq vurğulayıb ki, həm cəmiyyət sədri, həm də Ukraynada yaşayan azərbaycanlı alim kimi hər zaman Azərbaycan haqqında həqiqətlərin təbliği işində aktiv olacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

