NATO-nun təlim üçün yükləri Gürcüstan vasitəsilə Ermənistana keçirilə bilər
25.08.2010 [10:22]
YAP İcra katibinin müavini qeyd edib ki, Cənubi Qafqazın hər üç ölkəsi Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir. Onun fikrincə, Ermənistanın NATO ilə əməkdaşlığı formal xarakter daşıyır. çünki Ermənistan əslində, Moskvanın göstərişlərini yerinə yetirən vassal bir ölkədir. Amma Ermənistan guya NATO ilə tərəfdaşlıq proqramında iştirakını nümayiş etdirmək üçün bəzən bu və ya digər tədbirlərə qatılır. “Hətta bəzi hallarda Ermənistan Rusiyanın təzyiqi ilə NATO-nun tədbirlərində iştirak etmir. Məlum olduğu kimi, əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq NATO-nun Ermənistan ərazisində bir təlimi keçiriləcək. Bu təlim ətraf mühitlə bağlıdır və müəyyən mənada humanitar xarakterli tədbirdir. Həmin tədbirə NATO üzvü olan ölkələrin müvafiq strukturlarının nümayəndələri gəlməlidir. Aydındır ki, onlar müəyyən yük, avadanlıqlar gətirməlidirlər. Bu yüklər Qara dəniz vasitəsilə Gürcüstan üzərindən Ermənistana sərbəst şəkildə gətirilə bilər. Lakin nədənsə, bəziləri həmin yüklərin məhz Türkiyə ərazisindən Ermənistana gətirilməsində təkid edirlər. Bu təkid edənlərin niyyəti Türkiyənin Ermənistanla bir, iki günlük də olsa, sərhədlərin açılmasına nail olmaqdır. Təbii ki, təlim üçün lazım olan avadanlıqlar tədbir yekunlaşandan sonra onların həmin ərazidən çıxarılması üçün Türkiyə yenə də sərhədləri açmaq zorunda qalmalıdır. Yəni, bununla Ermənistanla Türkiyə arasında sərhədin bir-iki günlük, sonra isə birdəfəlik açılmasına çalışılır” - deyə, M.Qurbanlı qeyd edib.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti çətin vəziyyətdə qalıb. Türkiyənin NATO-nun üzvü olduğunu deyən YAP İcra katibinin müavini bildirib ki, bu dövlət NATO-nun təlimlərində iştirak edir və qurumun keçirdiyi təlimlərə əngəl yox, dəstək verməlidir. “Məntiqlə Türkiyə həmin yüklərin öz ərazisindən buraxmaq zorunda qalmalıdır. Amma sağlam məntiqlə Türkiyə bu addımı atmamalıdır. çünki məhz Türkiyəni bu oyuna cəlb edənlərin məqsədi Türkiyənin sərhədi açmasına nail olmaqdır ki, bunun sonradan davamlı olmasına gətirib çıxaran addımlar ata bilsinlər. Hamımız bilirik ki, Qərb Türkiyəyə Ermənistanla sərhədləri açmaq üçün ciddi təzyiq etməkdədir. çox müəmmalı və qəribə proses gedir. Bir tərəfdən, Ermənistan Rusiya ilə öz ərazisindəki hərbi bazanın müddətini uzadır və buraya yeni silahlar gətirsə də, Qərb buna göz yumur. Digər tərəfdən, Qərb Ermənistana himayədarlıq edərək Türkiyə ilə onun sərhədlərinin açılmasına və Ermənistana iqtisadi baxımdan yeni nəfəs verilməsinə çalışır. Anormal proses gedir, Qərb, əslində, Ermənistanın vassal ölkə olduğunu görərək bu ölkəyə dəstək verməməlidir. çünki Ermənistan ermənilərin özünün dediyi kimi artıq Rusiyanın bir quberniyasına çevrilib” deyən M.Qurbanlı əlavə edib ki, bu prosesdə Türkiyəni dilemma qarşısında qoymaq cəhdi var. Onun sözlərinə görə, bu gün Türkiyədə həmin məsələ ciddi daxili müzakirə mövzusuna çevrilib.
“Qanunla Türkiyə 1 saat da olsun belə, Ermənistanla sərhədləri aça bilməz. Türkiyə parlamenti buna icazə verməyib, hökumət əlahiddə qərar qəbul etdikdə daxili dartışmalara gətirib çıxara bilər. Türkiyə hökumətinin belə addım atacağı təqdirdə Azərbaycan ictimai rəyində də mənfi qarşılanacaq. Hazırda bunu görməkdəyik. Ona görə də, Türkiyə tərəfi həmin yükləri Gürcüstan üzərindən Ermənistana gəlməsini tövsiyə etməlidir. Hazırda Poti limanı vasitəsilə Ermənistana yüklər necə gəlirsə, yenə də NATO-nun yükləri bu vasitəilə Ermənistana gətirilməlidir. Bu zaman Türkiyə bu dilemmadan qurtarmış olur. Yəni burada biz uzaqgedən hiylələri görürük və əminəm ki, Türkiyədə bu məsələni nəzərə alacaqlar. çünki türk ictimai rəyi də sərhədlərinin açılmasının əleyhinədir. Ona görə də, Azərbaycan - Türkiyə strateji tərəfdaşlığını göz önünə gətirərək, bütövlükdə Türkiyənin maraqlarını öndə tutaraq həmin sərhədin nəinki bir gün, hətta bir saat da açılmasına imkan vermək lazım deyil. Qərbin ermənipərəst dairələrinin qurduğu tora düşmək olmaz” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Milli Məclisin Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov isə bildirib ki, məsələ ilə bağlı artıq Türkiyə rəsmiləri açıqlamalar verib: “Sərhədlə bağlı məsələ ortaya çıxanda Azərbaycan cəmiyyəti narahat olur. Eləcə də, Türkiyə cəmiyyətində bu narahatlıq var. Amma Türkiyənin rəsmiləri bildirirlər ki, NATO-nun bu tədbirləri humanitar xarakter daşıyır. Ona görə də, Türkiyənin quru sərhədləri texnikaların keçməsi üçün açıla bilər. Yəni sərhədlər cəmiyyət üçün, ticari-iqtisadi əlaqələr üçün açılmır. Amma bütün hallarda bir məsələ də var ki, sərhədin açılması artıq siyasi, simvolik hadisə kimi dərk olunur. çünki Türkiyə ilə Ermənistan arasında quru əlaqəsi yoxdur. Yalnız hava əlaqəsi var. Ermənistanın on minlərlə vətəndaşı Türkiyədə işləyirlər. Bu da o deməkdir ki, sərhədlər müəyyən qədər açıqdır. NATO-nun təliminə aid yüklərin hava və ya Gürcüstan yolu ilə getməsinin ciddi fərqi yoxdur. Amma quru sərhədlərin açılması məsələsi bizim üçün prioritet məsələdir və təbii ki, Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayınca işğalçı Ermənistanla sərhədlər açılmayacaq. Türkiyə tərəfi öz sözünün üstündə durur və bizdə buna inam var. Ona görə də, mən güman etmirəm ki, burada çox böyük narahatçılığa əsas var”.
N.Cəfərovun sözlərinə görə, Azərbaycan cəmiyyətində məsələyə həssas yanaşılması tamamilə təbiidir. Yəni istənilən halda, hansısa tədbirin keçirilib-keçirilməməsindən asılı olmayaraq bu sərhədlərin bir gün belə açılması Azərbaycanda böyük narahatlıq törədir.
Millət vəkilinin fikrincə, əgər işğalçı dövlətlə bir saat sərhəd açılsa belə bunun ardı gələ bilər: “Müəyyən beynəlxalq dairələr tərəfindən bundan sonra belə rəy yaradıla bilər ki, sərhədin bağlanması üçün heç bir problem yoxdur. Yəni bu vəziyyət belə iddiaların meydana çıxmasını təmin edir. Həmin dairələr iddia edəcəklər ki, Dağlıq Qarabağ problemindən kənarda Türkiyə ilə Ermənistan arasında əlaqə yaranır. Bu proses nəticəsində isə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması perspektivi görünəcək. Narahatçılıq üçün də əsas budur. 1 günlük sərhədin açılması öz-özlüyündə problem deyil. Amma sərhədlərin birdəfəlik açılması üçün müəyyən əhval-ruhiyyə yaratmaq baxımından ciddi hadisədir. Bizi daha çox bu məsələ narahat edir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

