İctimai Televiziyanın beş yaşı tamam oldu
28.08.2010 [11:16]
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) fəaliyyətə başlamasının beş ili tamam oldu. Bu münasibətlə dünən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təntənəli mərasim keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Telekanalın 5 illik fəaliyyətini əks etdirən videosüjet nümayiş etdirilib.
İTV-nin baş direktoru İsmayıl ömərov iştirakçıları salamlayaraq deyib ki, beş il tarix baxımından uzun müddət olmasa da, gərəkli bir təsisat yaratmaq istəyimizə qovuşmuşuq: “Biz xalqımıza güvənərək, dövlətimizə inanaraq inamla irəliləyərək belə bir televiziya qurmuşuq. Qazandığımız uğurlarda son illər ölkəmizdə gedən quruculuq, abadlıq işlərinin də öz payı var. Bu inkişaf beş il ərzində böyük uğurlara imza atmağımıza təkan verib. Bu işdə bizə diqqət və qayğı göstərmiş dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Bilirik ki, xalqımız İTV-dən çox şey umur. Tamaşaçı zəngləri, apardığımız monitorinqlər bunu deməyə əsas verir ki, üzərimizə düşən vəzifənin öhdəsindən gəlirik. Bu illər ərzində maarif ocağına çevrilən İTV bu missiyasını davam etdirəcəkdir. Məlum məsələdir ki, tamaşaçılarımız hər gün bizdən yenilik gözləyir. ötən müddətdə tərəfsiz və qərəzsiz bir televiziya qurmuş kollektivimiz tamaşaçıların tələbini ödəmək üçün səylərini əsirgəməyəcək, ölkəmizdə, dünyanın istənilən nöqtəsində baş verən ictimai, siyasi sosial yenilikləri bundan sonra da operativ surətdə onlara çatdıracaq”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İTV-nin əməkdaşlarını təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb.
İTV-nin keçdiyi tarixi yola bir daha nəzər salan Əli Həsənov vurğulayıb ki, beşillik bir zaman bu telekanalın inkişafı üçün yetərli olub. İTV artıq bir ictimai institut kimi formalaşıb. Bu gün bu kanal özünəməxsus verilişləri, inkişaf meyli ilə seçilib, fərqlənir.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, dünya sivilizasiyasının bir hissəsi olan Azərbaycanda azad sözə, plüralizmə, əxlaqi-mənəvi maariflənməyə, ümummilli maraqların ifadəsinə olan tələbat İctimai Televiziyanın yaranması məsələsini gündəmə gətirib: “Cəmiyyətin demokratikləşməsi, Azərbaycanın ümumavropa dəyərlərinə qovuşmaq istəyi İctimai Televiziyanın yaranmasını zərurətə çevirib. Azərbaycan ictimaiyyətinin istəyi və Avropa Şurasının tələbi ilə İctimai Televiziyanın yaradılması bu zəmində reallaşıb”.
Ə.Həsənov deyib ki, televiziya hər bir millətin səsi, simasıdır: “Televiziya milləti, dövləti dünyada təmsil və təqdim edir. İTV sözün həqiqi mənasında Azərbaycanın dilini, dinini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını dünyada layiqincə təmsil edir. Həmin təqdimatda təkcə millətin dəyərləri, varlığı deyil, həm də bu televiziyanı yaradan, onu inkişaf etdirən insanların təxəyyülü də öz əksini tapır. Bütün bunlar bir daha göstərir ki, İctimai Televiziyanın beşillik fəaliyyəti diqqətəlayiqdir və düşünürəm ki, bu fəaliyyət bundan sonra da bu istiqamətdə davam etdiriləcəkdir”.
Azərbaycan dövlətinin mətbuat, informasiya, o cümlədən teleradio siyasətinin əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğunu xüsusi vurğulayan Ə.Həsənov diqqətə çatdırıb ki, Ulu öndərimiz televiziyanın imkanlarından dünya azərbaycanlılarının birliyi istiqamətində çox məharətlə istifadə edirdi: “Bu ənənələr bu gün də inkişaf edir və milli televiziyalarımız xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, dövlətimizin möhkəmlənməsi istiqamətində ciddi işlər görür. Azərbaycan dövləti ölkəmizdə sözün həqiqi mənasında müstəqil, yaradıcı, peşəkar, əxlaqlı televiziyaların bundan sonra da yaranmasının, inkişaf etməsinin tərəfdarıdır”.
Mərasimdə çıxış edən digər natiqlər də İTV-nin yaradıcı kollektivini 5 illik yubileyləri münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulayıblar.
Tədbir tanınmış musiqiçilərin maraqlı konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

