Ermənistan KTMT-dən əlini üzdü...
27.01.2022 [11:08]
Paşinyandan çarəsiz cavab: KTMT ordu deyil
P.SADAYOĞLU
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı” zamanı ötən ilin may və noyabr aylarında Azərbaycanla sərhəddə baş verən gərginlikdən sonra İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməməsinin səbəbini açıqlayıb. Baş nazir bildirib ki, qurum nizamnamə çərçivəsində fəaliyyət göstərir və öz fəaliyyətində siyasi-diplomatik üsullara daha çox üstünlük verir. “KTMT ordu deyil”,- deyə Paşinyan əlavə edib.
KTMT-nin hərbi blok kimi çıxış etməsi sirr olmasa da, erməni baş nazirin bu yanaşması anlaşılandır. Ermənistanda bəzi siyasi qüvvələrin tez-tez səsləndirdiyi “KTMT kömək edəcək” ifadəsi artıq faktiki olaraq bu ölkənin siyasi rəhbərliyi tərəfindən təkzib olunur. Bu isə həm Paşinyanın, həm də Ermənistan cəmiyyətinin “hərbi müttəfiq”lərindən əllərinin üzüldüyünü deməyə əsas verir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Razi Nurullayev KTMT-nin 1992-ci il mayın 15-də yaradılan hökumətlərarası hərbi ittifaq olduğunu deyib. Onun sözlərinə görə, KTMT-nin üzvlərinin əksəriyyəti Azərbaycanla dostluq münasibətlərinə malikdir. Həmin dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Sərhəd toqquşmaları zamanı Ermənistan adından quruma müraciət edilsəydi belə, bu müraciət cavabsız qalacaqdı. Çünki həmin ölkələrin prezidentləri səviyyəsində qeyd edilib ki, bu məsələ diplomatik və siyasi yolla həll olunmalıdır. Bu mənada, Paşinyanın dediklərində həqiqət var”.
Müharibədən sonra baş verən toqquşmaların erməni təxribatı olduğunu və Azərbaycanın öz sərhədlərini müəyyənləşdirdiyi zaman baş verdiyini diqqətə çatdıran millət vəkili deyib: “Həmin dövrdə Prezident İlham Əliyev KTMT-yə daxil olan dövlətlərin başçıları ilə də bir sıra görüşlər keçirmiş, söhbətlər aparmışdı. Bu baxımdan, KTMT üzvü olan ölkələr heç zaman öz qoşunlarının Azərbaycan ərazisinə göndərilməsinə razı olmazdılar. Bu, hətta Azərbaycana müharibə elan olunması kimi də anlaşıla bilərdi. KTMT-nin nizamnaməsinə görə, üzv ölkəyə kömək yalnız təcavüzə məruz qaldıqda, ölkənin sərhədləri pozulduqda edilir. Azərbaycan Ermənistanın sərhədini pozmayıb. Bu faktı Paşinyan da bilirdi, müraciət etməmək səbəbi də bu idi. Düzdür, Ermənistanda bəzi siyasi qüvvələr bu məsələdən Paşinyana qarşı istifadə edirdilər. Hətta cəmiyyət arasında KTMT üzvü olan ölkələrin qoşunlarının gəlişini çıxış yolu kimi göstərənlər də tapılırdı. Paşinyan isə sanıldığı qədər də sadəlövh deyil. O müraciət etsəydi belə, nəticəsi olmayacaqdı”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

