Çin qlobal süni intellekt təhsil xidməti platformasını istifadəyə verir
13.05.2026 [22:43]
Çin çərşənbə axşamı ölkənin şərqindəki Zhejiang əyalətinin Hançjou şəhərində keçirilən 2026-cı il Rəqəmsal Təhsil üzrə Dünya Konfransı zamanı yüksəkkeyfiyyətli təhsil resurslarının sərhədlərarası paylaşılmasını təşviq etmək və intellektual texnologiyaların təhsilə inteqrasiyasını daha da dərinləşdirmək məqsədilə qlobal süni intellekt (AI) təhsil xidməti platformasının istifadəyə verildiyini elan edib.
AZƏRTAC-ın Sinxua agentliyinə istinadla xəbər verir ki, yeni platformanın istifadəyə verilməsi dünyanın 220 ölkəsində və bölgəsində istifadəçilər üçün əlçatan olan Çinin intellektual təhsil üzrə ictimai xidmət platforması olan “Çinin “ağıllı” təhsili” təşəbbüsünün daha geniş yayılmasının bir hissəsidir. Yenilənmiş platforma beynəlxalq xidmətlər və yeni funksiyalar təklif edən üç yeni sahə ilə genişləndirilib. Bunlara qlobal süni intellekt təhsil xidməti platforması, ömürlük təlim mərkəzi və Çin dilini öyrənmə icması olan “Çin dilini sevirəm” daxildir. Bu xidmətlərin hamısı qlobal miqyasda əlçatandır.
Mayın 11-də başlayan və bu gün başa çatacaq konfransda, həmçinin intellektual texnologiyalar dövründə təhsilin transformasiyası, inkişafı və idarə olunmasına yönəlmiş “Çində intellektual təhsilin inkişafı haqqında hesabat (2025-2026)” sənədinin dərc olunması da olub.
Tədbirdə, həmçinin hərtərəfli və davamlı insan inkişafı naminə süni intellekt texnologiyalarının üstünlüklərindən tam istifadə etməyi hədəfləyən “Hançjou təşəbbüsü”nün təqdimatı da olub.
Konfrans, həmçinin qlobal rəqəmsal uçurumu aradan qaldırmaq üçün yüksəkkeyfiyyətli resursların və “ağıllı” vasitələrin ortaq istifadəsi üçün intellektual təhsil platformasının potensialını tam şəkildə açmağı və ondan istifadə etməyi hədəfləyir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34

