/ / Yeni Azərbaycan Partiyası parlament seçkilərində qələbə qazanmaq üçün bütün resurslarını səfərbər edib
Yeni Azərbaycan Partiyası parlament seçkilərində qələbə qazanmaq üçün bütün resurslarını səfərbər edib
02.09.2010 [10:05]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında seçkilərdə ilk dəfə səs verəcək partiya üzvü olan gənclərlə görüş keçirilib. Görüşdə YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının təmsilçiləri iştirak ediblər. Görüş iştirakçılarını salamlayan YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, YAP qüdrətli siyasi təşkilat olaraq, əsas hərəkətverici qüvvə kimi ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərin önündə gedir.
YAP-ın sıralarında 520 minə qədər insanın birləşdiyini deyən Əli Əhmədov qeyd edib ki, Azərbaycanın tarixində heç bir siyasi qüvvə bu göstəriciyə, bu uğura malik olmayıb. “Bu günə qədər Azərbaycan tarixində heç bir siyasi təşkilat YAP-ın bu gün cəmiyyətə təqdim etdiyi insani resurs qədər gücə malik olmayıb. Bu günə qədər heç bir siyasi partiyanın sıralarında yarım milyon insan birləşməyib. YAP-ın sıraları davamlı olaraq artır. Hər il partiyanın sıralarına 25-30 min üzv daxil olur. Onların da əksəriyyətini gənclər təşkil edir. Bu, ondan xəbər verir ki, Azərbaycan vətəndaşları Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inanır. İkinci bir tərəfdən, siyasi taleyini YAP ilə bağlayanlar atdıqları bu addımın doğru olduğu qənaətindədirlər və ətrafdakı insanlar da hakim partiyanın ölkənin tərəqqisi, insanların rifah halının yaxşılaşması istiqamətində fəaliyyət göstərdiyini yüksək dəyərləndirərək, bu təşkilata üzv qəbul olunmaq haqqında qərara gəlirlər. YAP mövcud oduğu bütün dövrlərdə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan ictimai-siyasi gərginliyin aradan qaldırılmasında, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi islahatların həyata keçirilməsində, sonrakı illərdə ölkənin tərəqqisinin təmin edilməsində, bugünkü ictimai-siyasi proseslərdə partiyanın üzvləri yaxından iştirak edirlər. Bir sözlə, ölkəmizdə əldə olunan bütün nailiyyətlərdə YAP-ın rolu böyükdür” deyə YAP sədrinin müavini vurğulayıb.
Bu gün partiyanın sıralarında birləşən yarım milyondan artıq üzvün 40 faizini gənclərin təşkil etdiyini söyləyən Əli Əhmədov onu da bildirib ki, bunun özü Azərbaycan gəncləri arasında YAP-ın nüfuzunun sübutudur. “Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu gün ölkənin hərtərəfli inkişafı naminə həyata keçirilən siyasətin dəstəklənməsində Azərbaycan gəncləri birmənalı şəkildə öz mövqelərini ortaya qoyurlar. çünki bu illər ərzində YAP birmənalı şəkildə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun olaraq partiya sıralarında və ölkəmizin ictimai həyatında da gənclərin geniş şəkildə iştirak etməsi üçün bütün imkanları yaratmağa çalışır. Hər il partiya sıralarına daxil olanlar arasında gənclərin çəkisi artmaqdadır. Bu onu göstərir ki, gənclər YAP-ın timsalında özünün gücünün, biliklərinin istifadə olunması üçün böyük meydan görür. öz enerjilərindən dövlət, xalq, partiya üçün istifadə edirlər” deyə YAP Sədrinin müavini vurğulayıb.
ötən ilin dekabrında ölkədə bələdiyyə seçkilərinin keçirildiyini xatırladan Əli Əhmədov qeyd edib ki, YAP gənclərin seçkilərdə yaxından iştirak etməsi təşəbbüsünü irəli sürdü və bunun da çox müsbət nəticəsi oldu: “2004-cü il bələdiyyə seçkilərində gənclər bələdiyyələrin tərkibində 2-2,5 faiz təmsil olunurdusa, 2009-cu il seçkilərində isə onların təmsilçilik faizləri 28 faizə çatdırıldı. Gənclərin bələdiyyələrdə iştirak səviyyəsi bələdiyyə təcrübəsi əsasında 10 dəfə artıb. Bu, gənclərimizin ictimai-siyasi fəallığının artmasından irəli gəlir”.
Əli Əhmədov bildirib ki, ilk dəfə səsvermə hüququ qazanmaqla gənclər öz həyatlarında yeni mərhələyə başlayırlar. Onun sözlərinə görə, seçkilər demokratik cəmiyyətlərin başlıca göstəricilərindəndir və insanlar seçki hüququndan istifadə etməklə, hakimiyyətin formalaşmasında fəal iştirak edirlər. Bu mənada gənclər öz seçki hüquqlarından düzgün istifadə etməlidirlər. Noyabr ayında ölkəmizdə növbəti parlament seçkilərinin keçiriləcəyini xatırladan Əli Əhmədov bildirib ki, YAP bu seçkilərdə də iştirak etmək və qalib olmaq niyyətindədir: “Bu niyyətimizi həyata keçirmək üçün YAP bütün resursları, imkanları səfərbər edir. Partiya son illərdə ölkədə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan uğurlarda bilavasitə iştirak edib. Son illər ölkənin ictimai, siyasi, iqtisadi həyatı yüksəlişlə müşahidə olunur. Azərbaycanın iqtisadi artımın sürətinə görə, dünyada ən yüksək göstəriciləri nümayiş etdirməsi Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin böyük uğurlarından xəbər verir. Son illərdə dünyanı bürüyən maliyyə və iqtisadi böhranın ölkəmizdə hiss olunmaması da aparılan düzgün siyasətin nəticəsidir. İqtisadiyyatın inkişafı həyatımızın digər sahələrində də yüksəlişə geniş imkanlar yaradıb. İqtisadi inkişaf insanların həyat şəraitinin yaxşılaşmasına stimul verir. Bir sözlə, Azərbaycan yeniləşir və müasirləşir”.
YAP-ın yarandığı vaxtdan bütün seçkilərdə qələbə qazandığını deyən İcra katibi vurğulayıb ki, bu uğurlar Ulu öndər Heydər Əliyev ideyalarının xalq tərəfindən dəstəklənməsinin göstəricisidir. Onun sözlərinə görə, hazırda YAP qədər Azərbaycan xalqının maraqlarına uyğun fəaliyyət göstərən siyasi partiya yoxdur. “2005-ci il seçkilərindən sonra ölkəmizdə xeyli inkişaf baş verib. Hesab edirəm ki, bu amil qarşıdan gələn parlament seçkilərində partiyamızın daha böyük uğur qazanmasına səbəb olacaq” deyən YAP Sədrinin müavini əlavə edib ki, bu məqsədə çatmaq üçün bütün resurslar mövcuddur.
Əli Əhmədov vurğulayıb ki, digər seçkilərdə olduğu kimi, parlament seçkilərində də YAP-ın qələbə qazanacağı heç kimdə şübhə doğurmur. Bu, seçki strategiyamızın əsasında dayanan ən güclü arqument və reallıqdır. Digər tərəfdən, YAP olaraq, bütün seçkilərə ciddi hazırlaşırıq. Partiyanın malik olduğu böyük nüfuz, həmçinin, YAP-ın gücü, qüdrəti, siyasi təşkilatlanma parametrləri, birlik, monolitlik, vahid güc halında birləşmək imkanlarına malik olması öz növbəsində partiyamızın qarşıdan gələn parlament seçkilərində iştirakının və qələbəsinin əsasında dayanır.
Əli Əhmədov gənclərə harada yaşamasından asılı olmayaraq Azərbaycanın maraqlarını müdafiə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu gün virtual məkanda da ciddi müzakirələr gedir və YAP-çı gənclər ölkəmiz haqqında qeyri-obyektiv fikirlərə öz münasibətlərini bildirməlidirlər. “YAP gənclər qolu vasitəsilə hər bir gəncə ictimai-siyasi həyatda iştirak etmək imkanı yaradır. Azərbaycanda nə edilirsə, gələcəyimiz üçün edilir. ölkəmizin çiçəklənməsi, qüdrətlənməsi, gələcəyimiz üçündür. Bizim gələcəyimiz isə siz gənclərsiniz. Noyabr ayında ölkəmizdə parlament seçkiləri keçiriləcək. Bu seçkidə ilk dəfə iştirak etdiyinizə görə, bu siz gənclər üçün əhəmiyyətli olacaq. Biz inanırıq ki, bu seçkidə də Azərbaycan vətəndaşları YAP-ı dəstəkləyəcək. Xüsusən də, gənclərin YAP-ı dəstəkləməsi üçün ciddi əsasları var. Partiyanın gənc üzvü olaraq siz YAP-ın siyasəti, marağı, hədəfləri ilə bağlı diskussiya aparmalı, ətrafınızdakılara YAP-ın mövqeyini ifadə etməlisiniz. İnanıram ki, partiyanın üzvü olan gənclər seçki məntəqəsinə gəlməklə kifayətlənməyəcək, dost-tanışlarını da YAP-ın irəli sürdüyü namizədlərə səs verməyə inandıracaq, partiyamızın uğur qazanması üçün əllərindən gələni edəcəklər” deyə Əli Əhmədov qeyd edib.
Görüşdə ilk dəfə səs verəcək gənclərdən Ukraynanın Heydər Əliyev adına Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Gülmirə Əbdülrəhmanova, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Adil Quliyev, Azərbaycan Tibb Universitetinin tələbəsi Şəbnəm Əhmədova, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Həmidağa Əliyev və dünya çempionu Ceyhun Xaliqli çıxış edərək seçki hüquqlarından istifadə edərək parlament seçkilərində layiqli namizədlərə səs verəcəklərini bildiriblər.
Tədbirdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42

