Müharibə başlayır?
11.02.2022 [23:24]
Ukrayna ətrafında gərginlik pik həddə çatıb
Nardar BAYRAMLI
Son günlər Ukrayna ətrafında vəziyyət daha da gərginləşib. ABŞ Prezidenti Cozef Baydenin son bəyanatı da bunu deməyə əsas verir. Belə ki, Cozef Bayden Ukraynadakı amerikalıları dərhal bu ölkəni tərk etməyə çağırıb. O, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ətrafında vəziyyətin kəskin şəkildə gərginləşəcəyi təqdirdə amerikalılara zərər verəcək hərəkətlərdən qaçmaq üçün kifayət qədər ağıllı olduğuna əminliyini ifadə edib. Bayden onu da qeyd edib ki, ABŞ ordusu hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, Ukraynaya göndərilməyəcək: “ABŞ vətəndaşlarının təxliyəsi üçün Ukraynaya Amerika qoşunları göndərilməyəcək. Əgər amerikalılar və ruslar bir-birinə atəş açsalar, o zaman dünya müharibəsi başlayacaq”.
ABŞ Dövlət Departamenti də bəyanat yayaraq bildirib ki, Amerika vətəndaşları mövcud olan bütün nəqliyyat vasitələri ilə Ukraynanı tərk etməlidirlər. ABŞ Mərkəzi Kəşfiyyat Xidməti isə Rusiyanın Ukraynaya qarşı doqquz istiqamətdən hücum planı müəyyənləşdirdiyini açıqlayıb. İddiaya görə, rus tankları 48 saat ərzində paytaxt Kiyevə çata bilər.
Bütün bunlar tezliklə müharibənin başlayacağını deməyə əsas verirmi? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, Ukrayna ətrafında gərginlik pik həddinə çatıb. Onun sözlərinə görə, təkcə ABŞ-ın davranışları, bəyanatları yox, həm də Avropa ölkələrinin kəşfiyyatının verdiyi məlumatlardan görünür ki, kifayət qədər gərginlik var: “Bu baxımdan, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin də açıqlaması diqqəti cəlb edir. S.Narışkinin Donbas ətrafında xarici muzdlu qüvvələrin yerləşdirildiynə dair verdiyi açıqlama kifayət qədər ciddi qəbul edilməlidir. Ona görə ki, bu, Rusiyanın hərbi müdaxiləyə hazırlaşması ilə bağlı bir anons ola bilər. Nəzərə almaq lazımdır ki, Rusiya hərbi müdaxilə üçün bir əsas ortaya qoymalıdır. Hər halda, NATO, Böyük Britaniya və ABŞ hərbi qulluqçularının şərqi Ukraynaya yerləşdirilməsi Rusiyanın müdaxiləsi üçün bəhanə ola bilməyəcək. Çünki bu qüvvələr müdafiə məqsədilə həmin ölkəyə yerləşdirilib. Amma məhz Donbas ətrafında muzdlu hərbi qüvvələrin yerləşdirilməsinə dair Rusiya kəşfiyyatının yaydığı məlumat həy?can təbili çalmaq üçün müəyyən əsaslar yaradır. Bütün bunlara baxmayaraq, biz Ukrayna hökumətinin fərqli ritorikadan çıxış etdiyini görməkdəyik. ABŞ-ın öz vətəndaşlarına məlum müraciəti Ukrayna rəhbərliyində müəyyən narazılıq yaradır ki, bu çağırışlar ajiotaja səbəb olur. Ukrayna prezidenti Zelenski də bu yaxınlarda bildirmişdi ki, belə çağırışlara zərurət yoxdur”.
Politoloq hesab edir ki, tərəflərin sərgilədiyi yanaşma, ritorik açıqlamalar müharibə ehtimalının kifayət qədər yüksək olduğunu deməyə əsas verir: “Məlumdur ki, NATO və ABŞ Rusiyanın üç tələbinin heç birini yerinə yetirmədi və açıq şəkildə bəyan olundu ki, həmin tələblər yerinə yetirilməyəcək. Belə ki, Ukraynanın NATO-ya üzv qəbul edilməyəcəyi ilə bağlı yazılı zəmanət verilməyəcək. Çünki hansısa bloka, ittifaqa qoşulmaq Ukrayna dövlətinin və xalqının suveren hüququdur. İkinci tələb NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair idi. Moskvanın irəli sürdüyü bu şərt də nə ABŞ, nə də NATO tərəfindən qəbul edilmədi. Üçüncü tələb isə Avropanın təhlükəsizlik düzəninin 1997-ci il səviyyəsinə qaytarılması ilə əlaqədar idi. Məlumdur ki, 1997-ci ildən sonra NATO-nun şərqə doğru genişləndiyi ölkələrdə zərbə silahları yerləşdirilib. Rusiya tələb edirdi ki, həmin silahlar 1997-ci ilə qədər olan ərazilərə geri çəkilsin. Bu şərt də yerinə yetirilmədi. Belə olan halda, Rusiya alternativ addım atmaq məcburiyyətində qalır. Həmin şərtlərin yerinə yetirilməməsi müqabilində səssiz qalsa bu, şəxsən Rusiya prezidenti Putinin nüfuzuna xələl gətirə bilər, cəmiyyətdəki populyarlığına böyük zərbə vurar. Bu baxımdan, rəsmi Moskva hansısa addım atmalıdır. Yəni proqnozlar, təhlillər deməyə əsas verir ki, sonuncu gərginlik fonunda Qərbin addımları Moskvaya başqa alternativ yol qoymur. Ona görə də, Baydenin bəyanatı əsaslıdır. Müharibə hər an başlaya, Rusiya şərqi Ukraynaya doğru hərbi kampaniya keçirə bilər. Bir sözlə, müharibə riski yüksəkdir”.
Xəbər lenti
Hamısına baxSosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09

