Azərbaycan hazırdır
11.02.2022 [23:29]
Ermənistan isə yenə tərslik edir
Azərbaycan heç bir şərt olmadan Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırdır. Bu sözləri srağagün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.
Bayramov qeyd edib ki, Ermənistan tərəfi komissiyanın işinə başlamaq üçün ilkin şərtləri irəli sürməyə çalışır və bu yanaşma müsbət dinamikaya kömək etmir. Xarici işlər naziri analoji bəyanatları əvvəllər Macarıstanın xarici işlər və ticarət naziri ilə birgə mətbuat konfransında, Vyanaya səfəri zamanı ATƏT-in baş katibi ilə görüşündə də səsləndirib.
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası iki ölkə arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün mühüm element hesab olunur. Azərbaycan dəfələrlə iki dövlət arasında dövlət sərhədinin hüquqi sənədləşdirməsi ilə bağlı bir sıra məsələlərin dərhal həlli təklifi ilə çıxış edib. Bundan başqa, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş sənəddə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın yaradılmasının zəruriliyi vurğulanıb.
Lakin Ermənistanın bu məsələdə nümayiş etdirdiyi mövqe və delimitasiya prosesinin başlanması üçün irəli sürdüyü bir sıra ilkin şərtlər qətiyyən qəbuledilməzdir. Görünən odur ki, erməni tərəfi ənənəvi olaraq hansısa möcüzəyə ümid edərək prosesi ləngitməyə çalışır.
Azərbaycanın mövqeyi ərazi mübahisələrinin həlli üçün beynəlxalq təcrübədə, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin praktikasında kifayət qədər tez-tez istifadə olunan uti possidetis juris (“sahib olduğun şeyə sahib ol”) prinsipinə əsaslanır. Bu prinsipin məqsədi dövlətlərin müstəqilliyini və sabitliyini təhdid edən və sərhədlərlə bağlı mübahisə nəticəsində yaranan mübarizədən irəli gələn təhlükənin yaranmasının qarşısını almaqdır. Digər əsas məqsədi isə dövlətin müstəqillik əldə olunan anda mövcud olan ərazi sərhədlərinə hörmətin təmin edilməsidir.
Delimitasiya və demarkasiya qrupları vaxtilə Rusiya və Çin, eləcə də Rusiya və Qazaxıstan tərəfindən yaradılmışdır. Orada da mübahisəli ərazilər, gərginliklər olub, lakin tərəflər diplomatik üsullarla həll yolunu tapa biliblər. Sərhədlərin delimitasiyası və demarkasiyası sülhün bərqərar olmasına ciddi töhfədir və bu cür toqquşmaların, atışmaların təhlükəsini aradan qaldıracaq qüvvəyə malikdir.
Ermənistan tərəfinin bilərəkdən qəbuledilməz şərtlər irəli sürməsi mövcud vəziyyəti çətinləşdirir, regionda davamlı sülhün bərqərar olmasını ləngidir, səmərəli iqtisadi əməkdaşlıq rejiminin yaradılmasına mane olur.
Nazir Bayramovun əvvəl qeyd etdiyi kimi, Azərbaycan ərazilərini 30 ildir işğal altında saxlayan ölkənin sərhədlərin delimitasiyası prosesinin başlanması üçün hər hansı şərt qoymağa nə siyasi, nə hüquqi, nə də mənəvi haqqı var. Ermənistan mövcud reallıqlarla barışmalı və destruktiv mövqeyindən əl çəkməlidir. Əks halda o, daha da pis vəziyyətə düşəcək.
Taleh AĞAVERDİYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26

