/ / İşğaldan əziyyət çəkən soydaşlarımız hər zaman olduğu kimi, bu gün də dövlətin diqqət və qayğısını hiss edirlər
İşğaldan əziyyət çəkən soydaşlarımız hər zaman olduğu kimi, bu gün də dövlətin diqqət və qayğısını hiss edirlər
16.09.2010 [09:45]
Qeyd edək ki, dövlətin həyata keçirdiyi tədbirlər ilk növbədə yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının məcburi köçkün ailələri ilə keçirdiyi görüşlərin birində vurğuladığı kimi, hazırda ölkədə bütün çadır şəhərcikləri ləğv olunub: “Dövlət Proqramı qəbul edilib və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olunub. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır. Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir”.
Hələ 2003-cü ildə dövlət başçısı İlham Əliyev 2008-ci ilədək respublikadakı bütün çadır şəhərciklərinin ləğv ediləcəyini bildirmişdi. ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində 2007-ci ilin dekabrında Saatlı və Sabirabad rayonlarındakı son 3 çadır düşərgəsinin ləğvi ilə respublikada mövcud olan 12 çadır düşərgəsi tamamilə aradan qaldırıldı. çadır şəhərciklərinin ləğvindən sonra isə qaçqınların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin növbəti mərhələsinin icrasına başlanıldı. Bu çərçivədə fin tipli qəsəbələrdə, yataqxanalarda, ictimai binalarda, təhsil müəssisələri binalarında, uşaq bağçalarında və digər yerlərdə yaşayan məcburi köçkün və qaçqınların müasir tələblərə cavab verən yeni qəsəbələrdə yerləşdirilir. Təkcə ötən il 1416 ailə, yəni təqribən 7 min nəfər yeni mənzillərə köçürülüb. Əvvəlki illərdə olduğu kimi, bu il də “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə” Dövlət Proqramı və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Dövlət Proqramına edilmiş əlavələrdən irəli gələn tələblər uğurla davam etdirilib, soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində planlaşdırılan işlər vaxtında yüksək səviyyədə icra olunub. Belə ki, bu ilin birinci yarısı ərzində respublikanın müxtəlif şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları tikilərək istifadəyə verilib. Görülən işlərin davamı olaraq Ağdam rayonu ərazisində məskunlaşmış 689 məcburi köçkün ailəsi üçün hər cür infrastrukturu olan müasir tipli qəsəbənin, Naftalan şəhərindəki “Qarabağ” sanatoriyasında 164 məcburi köçkün ailəsi üçün Goranboy rayonunun ərazisində 3 ədəd beşmərtəbəli yaşayış binalarının, Yevlax rayonunda 612 məcburi köçkün ailəsi üçün ərazisində 10 ədəd beşmərtəbəli binadan ibarət məhəllənin tikinti işləri vüsətlə davam etdirilir. Həyata keçirilən layihələrin maliyyələşdirilməsində Dövlət Neft Fondunun dəstəyini ayrıca vurğulamaq lazımdır. ümumiyyətlə, Azərbaycanın artan maliyyə imkanları digər sosial məsələlərdə olduğu kimi, evlərindən didərgin düşümüş soydaşlarımızın da problemlərinin sürətlə aradan qaldırılmasına imkan verir.
Qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə görülən işlərin mühüm hissəsini belə ailələrdən olan insanların işsizlik probleminin aradan qaldırılması təşkil edir. Məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun aradan qaldırılması məqsədilə yeni iş yerlərinin yaradılması diqqət mərkəzindədir. Təkcə bu ilin birinci yarısı ərzində 702 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə fəaliyyət nəticəsində işlə təmin olunub. Bundan əlavə, 134 nəfərə işsizlik müavinəti təyin olunub, 253 nəfər əmək bazarının tələblərinə uyğun olaraq peşə hazırlığı kurslarına, 217 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. Məcburi köçkünlərin maddi durumunun yaxşılaşmasına kömək məqsədilə atılan addımlardan biri kimi bu ay Prezident İlham Əliyevin imzaladığı “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Sərəncamı da göstərmək olar. Görülən işlərin nəticəsi olaraq məcburi köçkünlər arasında yoxsulluq həddi minimuma enib.
Qaçqın və məcbur köçkün ailələri dövlətin onlar üçün yaratdığı geniş imtiyazlardan istifadə edirlər. Soydaşlarımız hər zaman olduğu kimi, bu gün də dövlətin hərtərəfli diqqət və qayğısını hiss edirlər və hökumət bu sahədə tədbirləri problemlər tam aradan qalxanadək davam etdirəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

